Azərbaycanın Moldovadakı Səfirliyi saxlanılan vətəndaşlarımızı tezliklə Vətənə yola salacaq

WhatsApp Image 2021 02 06 at 20.36.39Bəzi kütləvi informasiya vasitələrində, Moldovada miqrasiya qaydalarını pozduqları üçün, Rusiya və Azərbaycan vətəndaşlarının saxlanılmalarına dair məlumatlar yayılıb.
Azərbaycan Respublikasınin Moldovadakı səfirliyinin mətbuat xidmətindən araz.az-a daxil olan məlumatda bildirilir ki, bəli, son 10 gündə bu ölkə ərazisində qanunsuz yaşayan Rusiya və Azərbaycan vətəndaşları Moldova Miqrasiya Xidməti tərəfindən saxlanılıblar: "Ümumi sayları 3 nəfər olan saxlanılan şəxslərin ikisi Rusiya, biri isə, Azərbaycan vətəndaşıdır.
Vətəndaşımızla bağlı məsələni səfirlik nəzarətinə götürüb. O, müvəqqəti saxlama məntəqəsindədir və Azərbaycana göndərilməsi üçün, onun, sənədləşdirmə işləri həyata keçirilir".
Səfirliyin məlumatında həmçinin bildirilir ki, Moldovada miqrasiya qaydalarını pozması səbəbi ilə, daha əvvəl də, bir Azərbaycan vətəndaşı saxlanılıb. Saxlanılan Azərbaycan vətəndaşı ruhi-əsəb xəstəsi olduğu üçün, o, müvafiq qaydada xəstəxanaya köçürülüb. Hazırda, o, xəstəxanada müalicə alır. Yaxın günlərdə, sözügedən hər iki vətəndaşımız Azərbaycana yola salınacaqlar.  
Mətbuat xidməti  məlumatının sonunda onu da qeyd edib ki, Azərbaycan Respublikasının Moldovadakı səfirliyinin, bu ölkənin Miqrasiya Xidməti ilə sıx əməkdaşlıq münasibətləri mövcuddur: "Məhz bu çərçivədə də, hər hansı məsələlərin həlli, müvafiq qanunvericilik əsasında dərhal həll olunur".
 
 
 
Rəşad CƏFƏRLİ,     
araz.az xəbər portalının xüsusi müxbiri.

Əlaqəli xəbərlər