Səfir Qüdsi Osmanov nüfuzlu xarici mətbuatda soyqırımından yazıb

WhatsApp Image 2021 04 01 at 00.17.47

Məqalədə daşnak-bolşevik birləşmələrinin Bakıda və digər rayonlarda törətdikləri qırğınlar barədə həqiqətlər yer alıb


Azərbaycan Respublikasının Moldovadakı Səfirliyinin təşəbbüsü ilə, Moldova mediasında Azərbaycanın təbliğatı uğurla davam etdirilir. Səfirlikdən araz.az-a daxil olan məlumatda bildirilir ki, 31 Mart -- Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı da, Moldovanın nüfuzlu noi.md xəbər
portalında, Azərbaycanın bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanovun maraqlı məqaləsi dərc edilib.
Müəllifin "В Азербайджане высоко чтят память жертв геноцида" başlıqlı həmin məqaləsində daşnak-bolşevik birləşmələrinin 1918-ci ildə Bakıda və digər rayonlarda törətdikləri qırğınlar barədə həqiqətlər yer alıb. Xüsusi olaraq qeyd edilib ki, 103 il öncə, erməni daşnaklarının bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdikləri həmin dəhşətli soyqırımı zamanı insanlığa sığmayan qətllər törədilib. Müəllif həmçinin onu da bildirib ki, ümumiyyətlə, Birinci Dünya Müharibəsi dövründə azərbaycanlıların ən böyük etnik təmizlənməsi həyata keçirilib. O illərdəki insanlığa sığmayan qətllərin sübutu kimi, yalnız onu demək kifayətdir ki, erməni daşnakları insanları diri-diri yandırır, evlərə od vurur, milli memarlıq inciləri sayılan tarixi abidələri, eləcə də məktəbləri, xəstəxanaları, məscidləri... dağıdırdılar. Ən dəhşətlisi odur ki, onlar Bakının böyük hissəsini xarabalığa çevirmişdilər.
Səfir Qüdsi Osmanov məqaləsində xüsusi olaraq onu da vurğulayıb ki, SSRİ dövründə də, 1918-ci ilin mart ayında baş verən həmin soyqırımı hadisələrinin xüsusi bir yöndən araşdırılmasına imkan verilməyib. Çünki onda hakim dairələrdə daşnak təfəkkürlü çox sayda ermənilər olub və elə, onlar da, istintaq zamanı şahid ifadələrinin sənədlərdən çıxarılmasına nail olublar. Əksər hallarda isə, şahidlərin ifadələri ermənilər tərəfindən alınıb. Bu azmış kimi, daha sonra, həqiqətləri gizlətməkdə maraqlı olan qüvvələr, o dövrdə baş verən hadisələrə dair arxiv materiallarını tamamilə məhv ediblər. Yalnız 80 il sonra həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilib. Ümummilli Lider Heydər Əliyevin imzaladığı 26 mart, 1998-ci il tarixli “Azərbaycanlıların soyqırımı haqqında” Fərmana əsasən, 31 Mart Azərbaycanlıların Soyqırımı Günü olaraq elan edilib.
Onu da qeyd edək ki, səfirin məqaləsi rus və rumın dillərində də dərc olunub. Həmin məqalənin Moldova mətbuatındakı moldova, rumın və rus dillərində olan linklərinə keçid belədir:

https://noi.md/ru/v-mire/gudsi-osmanov-v-azerbajdzhane-vysoko-chtyat-pamyati-zhertv-genocida

https://noi.md/ru/v-mire/gudsi-osmanov-v-azerbajdzhane-vysoko-chtyat-pamyati-zhertv-genocida
https://noi.md/md/in-lume/gudsi-osmanov-azerbaidjanul-intotdeauna-cinsteste-memoria-victimelor-genocidului

Yeri gəlmişkən, onu da bildiririk ki, 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar, ölkəmizin Moldovadakı Səfirliyinin təşəbbüsüylə bir çox önəmli və vacib işlər görülüb. Səfirlik, pandemiya ilə əlaqədar Moldovadakı mövcud sərt karantin rejimini nəzərə alaraq, elə, səfirliyin binasında martın 31-ində gənclərin iştirakıyla soyqırımı gününə həsr edilən dəyirmi masa təşkil edib. Dəyirmi masa çərçivəsində azərbaycanlılara qarşı erməni millətçiləri tərəfindən törədilən soyqırımının təfərrüatları, Azərbaycanın müxtəlif bölgələrində minlərlə günahsız insanın qətl edilməsinə dair tarixi faktlar, ümumiyyətlə, daşnakların təcavüzkar və işğalçı siyasətinin mahiyyəti gənc nəslə çatdırılıb.
Onu da qeyd edək ki, erməni daşnak qüvvələri tərəfindən azərbaycanlılara qarşı 1918-ci ildə törədilən qanlı faciədən bəhs edən Azərbaycan Respublikasının Milli Məclisinin sədr müavini Adil Əliyevin “31 марта - день геноцида азербайджанцев” adlı müsahibəsi isə, Moldovanın daha bir nüfuzlu “Tribuna” xəbər portalında, rus və rumın dillərində dərc edilib. Həmin müsahibənin Moldova mətbuatındakı moldova və rumın dillərində olan linklərinə keçid belədir:

https://tribuna.md/ru/2021/03/31/ru

Bu yerdə onu da bildiririk ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin sektor müdiri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Aydın Tağıyevin, Mart Soyqırımının ermənilərin mahiyyətini açıqlayan hadisə olaraq qiymətləndirilməsindən bəhs edən “Геноцид 31 Марта: Страницы истории, обагренные кровью” adlı məqaləsi isə, Moldovanın daha bir nüfuzlu ava.md xəbər portalında dərc olunub. Həmin məqalənin Moldova mətbuatındakı linklərinə keçid isə, aşağıdakı kimidir:

https://ava.md/2021/03/31/genocid-31-marta-stranicy-istorii-obagrennye/

MMXİ-nin s/35-4557/35/21 nömrəli, 31.03.2021-ci il tarixli məktubu ilə əlaqədar, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin soyqırımla bağlı verdiyi Bəyanat isə, Səfirlik tərəfindən aidiyyatı üzrə hər yerdə yayılıb. Bu Bəyanatın tam mətni də, rumın dilinə tərcümə edilərək, Moldova KİV-də yayılıb.

 

Rəşad CƏFƏRLİ,
araz.az xəbər portalının xüsusi müxbiri.

Əlaqəli xəbərlər