Azərbaycanda bu avtomobillər bahalaşdı

avtomobil 300x331

Azərbaycanda son aylarda hibrid avtomobillərinin qiymətində 15 faizə qədər artım müşahidə edilir.

araz.az xəbər verir ki, bu barədə Trend-ə avtomobil nəqliyyatı üzrə ekspert Elnur Əliyev deyib.

E.Əliyev bildirib ki, hibrid avtomobillərinin bahalaşması təkcə Azərbaycanla bağlı deyil, ümumilikdə dünyada bu avtomobillərə tələbat artıb. O qeyd edib ki, hazırda Azərbaycanda hibrid avtomobillər arasında ən çox maraq “Toyota Prius” markasınadır.

Onun sözlərinə görə, bu avtomobillər Azərbaycana əsasən birbaşa ABŞ-dan və ya Gürcüstan vasitəsilə gətirilir:

“Azərbaycana daha çox 2006-2008-ci illər arasında istehsal olunan avtomobillər gətirilir. Bu avtomobillər ABŞ-dan hərrac vasitəsilə alınır. Əvvəllər hərracdan avtomobilləri daha ucuz qiymətə və rahat şəkildə almaq olurdu, yəni hərrac iştirakçılarının sayı az olurdu. Lakin indi daha çox ölkələrdən avtomobil alıcıları hərraclarda iştirak edir və tələb artığı üçün qiymət də bahalaşır. İndi hərracda avtomobillər əvvəlkindən təqribən 1000 dollar baha satılır. Bu qiymət artımı əlbəttə ki, Azərbaycandakı qiymətlərə də təsirini göstərir.

Məsələn, iki-üç ay öncə Azərbaycanda 2008-ci il istehsalı olan yaxşı vəziyyətdə “Toyota Prius” avtomobilini 12500 manata almaq mümkün idisə, bu gün həmin avtomobil 13800-14000 manata satılır. Yəni son iki-üç ayda qiymətlər 15 faizə qədər bahalaşıb. Bu avtomobillərə maraq əsasən onların daha az yanacaq işlətməsi ilə əlaqədardır”.

 

 

araz.az xəbər portalı.

"Bakı Metropoliteni" QSC məlumat yaydı: Sentyabrın 20-dən...

metro2

Azərbaycanda yeni tədris ilinin başlanması, eləcə də fəal istirahət dövrü olan yay mövsümünün başa çatması ilə əlaqədar sentyabrın 20-dən "Bakı Metropoliteni" QSC-nin sərnişindaşıma fəaliyyətində bir sıra dəyişikliklər ediləcək.

QSC-dən verilən məlumata görə, ümumən, “COVID-19” pandemiyası və ölkədə elan edilmiş xüsusi karantin rejimi dövründə “Bakı Metropoliteni” fəaliyyətini Nazirlər Kabinetinin qərarları, tapşırıq və tövsiyələri, eləcə də müvafiq metodiki göstərişlər və digər tələbləri nəzərə almaqla qurub.

Bakı metrosu gücləndirilmiş iş rejimi şəraitində fəaliyyətini davam etdirəcək, qatarların hərəkət cədvəlində bir sıra dəyişikliklər edilərək dövrün xarakterinə uyğun və texniki cəhətdən mümkün hərəkət qrafiki tətbiq ediləcək. Gur saatlarda qatarlar arasında “Həzi Aslanov-28 May” sahəsində interval texniki cəhətdən mümkün həddə - 2 dəqiqəyə qədər azaldılacaq. Yaşıl və Qırmızı xətlər “28 May” stansiyasında kəsişərək birləşdiyindən, gur saatlarda qatarların intervalı “İçərişəhər” və “Dərnəgül” stansiyaları və əks istiqamətdə 4 dəqiqəyə qədər endiriləcək. Onu da əlavə edək ki, Bakı metropolitenində, ənənə üzrə, gur hərəkət səhər saat 07:30-dan 09:30-a, axşam isə 17:30-dan 19:30-a qədər davam edir.

Bununla belə, pandemiya şəraiti davam etdiyindən müvafiq mümkün texniki tədbirlərin yerinə yetirilməsi, o cümlədən hərəkət qrafiki ciddi nəzarətdə saxlanılacaq. “Nərimanov” elektrik deposunda ehtiyat qatarlar nəzərdə tutulacaq. Müvafiq monitorinqlər müntəzəm davam etdirilərək, sərnişin sıxlığı və axın istiqamətləri, eləcə də digər məsələlər öyrəniləcək. Zərurət yarandıqda, ehtiyat qatarlar xəttə buraxılacaq.

Ümumən, metropoliten xətlərində gündəlik yoxlama-nəzarət və monitorinqlər davam etdirilməklə, dövrün xüsusiyyətlərindən irəli gələn məsələlər nəzarətdə saxlanılacaq.

 

 

araz.az xəbər portalı.

Abşeronda başçı vəzifələri qohumları arasında belə bölüb – SİYAHI

1631372517 2

Abşeron rayon icra başçısı İradə Gülməmmədova bütün vəzifələri qohum-əqrəbasına pay-püş edib. Xanım icra başçısı rayonda elə bir idarə qoymayıb ki, ailə podratından kənar olsun.

Asiya.az
-ın əldə etdiyi xəbərə görə, hətta Abşeron Təmizlik idarəsinin müdiri də icra başçısının həyat yoldaşı Yolçu bəyin bibisi oğlu Mübarizdir.

Amma Abşeron rayonund təmizlikdən əsər-əlamət yoxdur. Başçının əri və bibisi oğlu İdarənin pullarını həzm-rabedən keçirməklə yaxşı gəlir mənbəyi əldə ediblər.
Rayonun inzibati mərkəzi sayılan Xırdalan şəhərində isə hökmranlıq Mübarizlə yanaşı Yolçunun digər qohumu olan Rafiqin əlindədir. Bu şəbəkəyə Qəhrəman adlı şəxs də daxildir.
O, Mənzil Kommunal İstismar Sahəsinin rəisi olub. Amma idarədə o qədər yeyinti olub ki, izi itirmək üçün ləğv olunub. İcra başçısı əvəzinə müxtəlif törəmə qurumlar yaradıb.
Həmin Qəhrəman icra başçısı ilə şərti şumda kəsib: deyib ki, maxinasiyalara görə həbsə gedən İH məmurlarının aqibətini yaşamaq istəmir.
Ona görə İ.Gülməmmədova bacısı oğlu Babək Zalovla baş memar Akif Əliyevin talyi təkrarlanmasın deyə həmin qurumu ləğv edərək törəmə şirkətlər təsis edib. Hazırda Qəhrəman rayonda təmizlik işlərinə nəzarət edir. Müavini isə icra başçısının qardaşı Rövşən Quliyevin oğlu Rauf Quliyevdir.
Bundan əlavə, İ.Gülməmmədova rayonda uşaq bağçaları üzrə “kurator” Afət xanımı təyin edib. İddialara görə, Afət xanım uşaq bağçalarından yığılan pulları, satılan ərzaqların pulunu Abşeron İH-nə çatdırır.

Çox maraqlıdır ki, barəsində bu qədər ittihamlara, yaxın çevrəsinin korrupsiya ilə həbs edilməsinə baxmayaraq, Abşeronun icra başçısı nə vəzifəsindən azad edilir, nə araşdırma aparılır. Onun biznesi, obyektləri, fərdi ev tikintisi üçün rüşvət istəməsi, qohumlarının vəzifələrə yerləşdirməsi, rayonu bərbad günə qoyması, yeyintiləri haqda dəfələrlə konkret faktlar tirajlanıb. Ən əsası baş memar və bacısı oğlu həbs edilib, lakin Gülməmmədovadan hansı təlimatları verdiyi sorğu-sual olunmur.

 

araz.az xəbər portalı.

Nazir onu tanımadı, teatrda qaldığı otaqdan qovdular – Tək-tənha yaşayan 86 yaşlı aktyorumuz

tia 959569939dd5b2b37c15b09b04ebc404 xnz3cvij20t5slumh4y7 640x336

araz.az Kulis.az-a istinadən Əməkdar artist Məcnun Hacıbəyov haqqında maraqlı faktları təqdim edir.

Məcnun Salam oğlu Hacıbəyov 1935-ci il oktyabrın 5-də Quba rayonun II Nügədi kəndində 9 uşaqlı ailədə anadan olub. 10 illik orta məktəbi bu kənddə bitirən aktyor 1961-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakültəsinə daxil olub.

***

Aktyor orta məktəbi bitirəndən sonra Sumqayıt şəhərindəki zavodların birində işə düzəlir. Günlərin birində işdən çıxıb şəhəri gəzərkən küçədə asılan afişaların birində Quba Dövlət Teatrının aktyorlarının tamaşa göstərəcəklərini görür. Tamaşa təqdim olunan günü bilet alıb, tamaşaya baxır. Tamaşaya baxan zaman oradakı aktyorlardan daha yaxşı obraz yaradacağına əmin olur. Sonra işdən icazə alıb Quba Dövlət Teatrının direktorunun qəbuluna gəlir. Direktorla görüş zamanı, 10-cu sinfi bitirdiyini, texniki məktəb oxuduğunu və zavodda işlədiyini bildirir. İsrarla aktyor olmaq istədiyini deyir. O isə cavabında aktyora səsinin olub-olmamasını soruşur. Ondan “Bayatı-Şiraz” oxumağını istəyir. Aktyor direktorun dediyini edir. Səs onun xoşuna gəlir və onu Quba Dövlət Teatrına aktyor kimi qəbul edir.

Məcnun Hacıbəyov aktyor kimi fəaliyyətə başlayır. Lakin o dövrlər aktyora qız verilmədiyindən o, evlənmək ərəfəsində işdən çıxır, sevdiyi qızla ailə qurandan sonra yenidən teatrdakı işinə qayıdır.

***

Günlərin birində isə Milli Dram teatrının rejissoru Tofiq Kazımov Quba teatrında tamaşa qurur. Məcnun onunla bərabər gələn rəssamla dostluq edir. Sonra İzzətlə Tofiq Kazımovun yanına gedir. Tofiq Kazımovun məsləhəti ilə o, İncəsənət Universitetinə sənədlərini verir.

Sonradan Milli Dram Teatrına işə düzəlir. Lakin teatrda maaş az olduğundan o, 16 il zavodda gecə növbəsində fəhlə işləyir. Bunu isə aktyor böyük sirr kimi saxlayır, heç kimə heç nə demir. Aktyor müsahibələrinin birində həmin günləri belə xatırlayır:

“Onda filmlərə çəkilmək üçün kinostudiyaya getmək və hansısa rejissorun yanında gəzmək lazım idi ki, səni görsünlər, tanısınlar. Şahmar Ələkbərov məni çoxdan tanıyırdı və rejissoru olduğu “Qəzəlxan” filminə məni dəvət etdi. Filmin operatoru rus idi. Operator Şahmara sual verdi ki, bu aktyor indiyə kimi harada idi? Niyə bu aktyoru filmlərə çəkməyiblər? Şahmar dedi, bizdə yaramaz insanlar çoxdur, ona görə bu aktyor filmlərə çəkilmədi. Film çəkən rejissorların əksəriyyəti dostu, qohumu, tanışı olan, onlara yaltaqlanan, rüşvət verən aktyorlara üstünlük verirdilər. Bu səbəblərdən mən filmlərə demək olar ki, çəkilmədim. Rüşvət verib filmə çəkilirdilər. Rejissor aktyora çatacaq məbləğin yarısını və ya üçdə birini özünə götürürdü. Çünki bu, əvvəldən aktyorla razılaşdırılırdı”.

***

Aktyor “Canavar balası”, “Evlənmək istəyirəm”, “Gənclik Macərası”, “Göz həkimi”, “Gülüş sanatoriyası”, “Kişilər”, “Qatarda”, “Qəzəlxan”, “Yarımştat” kimi film və televiziya tamaşalarında yaddaqalan obrazlar ifa edib. O, yalnız “Solğun çiçəklər” tamaşında Əbdül rolunu oynamadığı üçün heyfsilənib.

1999-cu ilin 13 iyulunu həyatının ən ağrılı günlərindən biri kimi xatırlayır. Həmin gün aktyorun ömür gün yoldaşı Zahidə xanım 57 yaşında faciəli şəkildə dünyasını dəyişib.

***

Aktyor tamaşaçıların yaddaşında daha çox “Qatarda” televiziya tamaşasındakı Fatı və “Yarımştat” tamaşasındakı Murtuz kimi qalıb.

***

Məcnun Hacıbəyov vaxtilə Zərnigar Ağakişiyevanı dəlicəsinə sevib. Zərnigar xanımın ölüm xəbərini eşidəndə aktyor çox məyus olub. Sevdiyi qadının evdə tənha şəkildə ölməsi xəbərini alan aktyor göz yaşını saxlaya bilməyib:

www.instagram.com

“Can, can Zərnigar! Sənə qurban olum… Axı niyə belə etdin? Zərnigarla bir kənddənəm, onu məndən yaxşı kimsə tanıya bilməz. Yazığın heç kimi yoxdur. Tənha bir qadın… Anası da çoxdan rəhmətə gedib. Ailə qurmadı… Mənim onu sevməyim isə uzun söhbətdir. O, xəstəxanada olanda hər gün yanına gedib, baş çəkərdim. Saatlarla dərdləşərdik. Çox heyf, ayaqlarım işləmir, gəzə bilmirəm. Mənim dilimdən ona başsağlığı verin. Deyin ki, məni bağışla, Zərnigar, Məcnun sənin dəfninə gələ bilməyəcək”.

Əməkdar artist Məcnun Hacıbəyovun Ceyhun və Pərviz adında 2 oğlu, Zülfiyyə adında 1 qızı, 7 nəvəsi və 3 nəticəsi var.

***

Aktyora Xalq artisti adı verilməyib. Bu barədə ona sual verəndə deyir:

“Deməli, mən buna layiqəm. Sadəcə olaraq vermirlər. Canları sağ olsun. Bir dəfə bir neçə deputat mənim barəmdə Mədəniyyət naziri Əbülfəs Qarayevə danışıblar. Əbülfəs Qarayev də məni tanımadığını deyib. Bəlkə də, Əbülfəs Qarayev həmin dövrdə teatrın nə olduğunu bilmirmiş. Mən isə həmin dövrdə qocaman aktyorlarla işləmişəm. O, 1970-1980-ci illərdə cavan oğlan olub, bəlkə də heç teatrla maraqlanmırmış. Yəqin buna görə də məni tanımır”.

***

Həyat yoldaşının vəfatından sonra o, evini satıb övladları üçün ev alır. Özü isə kəndə qayıtmaq istəyir. Həmin vaxt vəziyyəti Akademik Milli Dram Teatrının direktoru Həsənağa Turabova izah edir. O, aktyora ev alacağına söz verib, teatrdan getməməsini xahiş edir. Bundan sonra Turabov teatrın binasında bir otağı boşaltdırıb, içərisini təmir etdirib Məcnun Hacıbəyova verir.

***

Aktyorun həyat yoldaşı rəhmətə gedəndən sonra bir xanımla münasibəti varmış. Bir gün Turabov ona deyir ki, onsuz da hamımız bilirik, arada gəlsin yeməyinə, paltarının yuyulmasına köməklik etsin. Beləcə aktyor bir müddət teatrdakı işinə davam edir. Ancaq Turabov direktor vəzifəsindən azad olunandan sonra onun yerinə gələn Əliabbas Qədirov, elə ilk gündən ona teatrdakı otağı tərk etməyi tapşırır. Məcnun Hacıbəyov ərizə yazaraq teatrdan çıxır və kəndə köçür. Lakin bir müddət sonra Əliabbas Qədirov onu yenidən teatra çağırır. Dörd il təkrar orada yaşayan və işləyən aktyor təqaüdə çıxandan sonra ikinci və sonuncu dəfə doğma teatrından uzaqlaşır.

Müsahibələrinin birində deyir:

“Biz hələ dilənçi gününə düşməmişik, amma düşə bilərik. İsrafil İsrafilov teatra direktor təyin olunduqdan sonra məni yanına çağırtdırdı. Bildirdi ki, 40 illik fəaliyyətimlə bağlı mənə teatrın büdcəsindən aylıq 200 manat pul veriləcək. Çox sağ olsun, sənətimə qiymət verdi. Azərpaşa Nemətov isə direktor təyin olunanda həmin mükafatı dayandırdı. Teatr büdcəsinin az olmasını əsas gətirdi”.

***

Hal-hazırda 85 yaşı olan aktyor haqqında bir dəfə ölüm xəbəri yayılıb. Məcnun Hacıbyov hazırda doğma kəndində – Qubanın İkinci Nügədi kəndində yaşayır.

 

araz.az xəbər portalı.

“Ər dostlarıyla danışanda arvadının adını çəkməzdi, indi isə…” – Kamran Həsənli

kamran

“Son 10 ildə televiziyalarımız Azərbaycanın ailə institunu dağıtmaq üçün belə bir konsepsiya üzərində işləyirdi. Çünki azərbaycanlıların bütün Sovet respublikalarından fərqi həmişə ailə institutunu möhkəm olması idi. Azərbaycanlılar həmişə bununla fərqləniblər. Bunun da səbəbi min ildən gələn adət-ənələrimiz idi. Baxmayaraq ki, Rusiya İmperiyası Azərbaycana gələndə azadlığımızı, düşüncəmizi itirmişdik, amma ailə institutunu qoruyub saxlaya bilmişdik”.

araz.az bildirir ki , bunu Moderator.az-a açıqlamasında aktyor, şoumen Kamran Həsənli deyib. K.Həsənlinin sözlərinə görə bu cür verilişlərlə hər şeyi əndazədən çıxardılar:
“Son on ildə bu konsepti televiziyaya çıxardılar və Azərbaycandakı ailə institutunu dağıtmağa çalışdılar və bu istiqamətdə uğruları da var. Yəni ki, ər arvaddan şikayət etsin, hansı ki, dədə-babadan görmüşük ki, ər dostlarıyla danışanda arvadını adını çəkməz, ondan danışmaz. Bizim bu cür yazılmayan qanunlarımız var. Amma həmin verilişlərdə arvad ərindən, ata qızından şikayət edərək bütün bu şeyləri adiləşdirdilər. Axı adamların da hamısı intellektual deyil axı. Bu bir konsept idi ki, insanlar ədəbsiz olsunlar, ailədə nifaq salınsın, insanlar sevgidən uzaq olsunlar. Televiziyalarımızda heç bir dəyişiklik yoxdur. Bu verilişləri televiziyalarımızdan çıxarmaqla bilmirəm konsepti dəyişmək istəyirlər, ya yox. Amma bu kökündən dəyişməlidir. Ancaq hər halda ilk uğurlardan biridir ki, bu cür verilişləri efirlərdən yığışdırırlar”.

 

araz.az xəbər portalı.

1 -dən səhifə 199

Əlaqəli xəbərlər