O, NƏ BU GÜN VERDİYİMİZ SƏSİMİZİ SATMAYACAQ, NƏ DƏ SABAH MANDATINI GIROV QOYMAYACAQ

WhatsApp Image 2020 02 06 at 20.37.22
İnsan nə qədər qayğıkeş olmalıdır ki, səninlə ilk tanışlığında, ilk təmasdan, ilk dəqiqədən sənə həyan olsun, dərdini öz dərdi, sevincini öz sevinci bilsin. Haqqında söz açdığımız şəxs-hələlik mandatsız olan Millət Vəkili Elçin Rəhimzadə onun özünə və təmsil etdiyi aparıcı kütləvi informasiya vasitəsinə pənah gətirən hamı ilə qayğılanır. Onun müsahibləri sırasında fəhlədən, sürücüdən tutmuş, müharibə veteranına, professora qədər cəmiyyətin müxtəlif zümrələrinin nümayəndələri vardır.  Azərbaycanın elə mərd kişisidir ki, xeyirxahlıq etməkdən yorulmaz.

Ardını oxu...

Qatara minik yoxdur, hər kəs qaç-qovdadır - Yeraltı dünyada nə baş verir?

metro030818 02"Bu gün saat 10-dan sonra "Xətai" stansiyasına diaqnostika qatarı göndərildiyindən qatara minik dayandırılıb”

Son günlərdə Bakı metrosunda tez-tez “qatara minik yoxdur” siqnalı ilə qarşılaşırıq. Təbii ki, bu da sərnişinlərdə narahatlıq yaradır. Bu gün saat 10 radələrində metronun “Xətai” stansiyasında, sərnişinlərin narazılığına səbəb olan analoji hal yaşanıb.

Ardını oxu...

Gömrük Akademiyasının rəisi Qulu Novruzov: “Akademiyanın tələbələri “Könüllü gömrükçü” dəstələrində aktiv şəkildə təmsil olunurlar”

Qulu Novruzov 1907201901Prezident İlham Əliyevin  30 dekabr 2019-cu il tarixində imzaladığı “Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında” Sərəncamının icrası ilə bağlı cari ildə “Könüllü gömrükçülər” dəstəsinə cəlb olunacaq tələbələrin sayının artırılması məqsədilə Akademiyanın tələbələri arasında könüllülərin fəaliyyətinin ictimai həyatda rolu və gənclərin özlərini təsdiq etməsində əhəmiyyəti ilə bağlı təbliğat-təşviqat işlərinin gücləndirilməsi nəzərdə tutulub.   

Ardını oxu...

Ceyhun İmanov ilə Brend = Təcrübə adlı tədbir keçiriləcək

JI - SG.jpg“Startup Grind Baku” təşkilatçılığı ilə keçiriləcə tədbir sahibkar, dizayn və brendinq eksperti Ceyhun İmanov ilə baş tutacaq. “Fireside Chat” formatında baş tutacaq tədbirdə Ceyhun İmanov iştirakçılarla öz dizayn, brendinq, marketinq kimi fəaliyyət göstərdiyi bir çox sahədə öz təcrübəsini bölüşəcək.
30 noyabr 2019-cu il tarixində “The Office” Kovörkinq Mərkəzində “Brend = Təcrübə” adlı tədbirin spikeri Ceyhun İmanov dizayn və brendinqlə yanaşı, reklam, veb və qrafik dizayn sahələrində 1000-dən çox proyektin qurucusu olan “Jeyhun Imanov Studio - JIS”-nun təsisçisidir. Ceyhun bəyin sahibkarlıq fəaliyyəti olan “JIS” 60 ildir ən yaxşı layihələrin mükafatlandırıldığı məşhur “The Red Dot Design Award” dizayn mükafatı ilə təltif edilib. Bunu da qeyd edək ki, Azərbaycanda bu mükafata layiq görülən ilk dizayn şirkəti olmuşdur.

Ardını oxu...

3 -dən səhifə 44

Əlaqəli xəbərlər