Onkoloji Klinikada amansız "zəlzələ səhnəsi" - VİDEO - YENİLƏNİB

Copy of WhatsApp Image 2017-09-17 at 13.56.00.jpeg

Bu tükürpədici olay 2016-cı ilin aprel ayında baş verib. Bu barədə "Araz", "İrəvanın səsi" qəzetlərində, araz.az saytında, eləcə də bəzi internet resurslarında -- elektron mətbuatda, xəbər portallarında, sosial şəbəkələrdə materiallar da yayımlanıb. Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasında bir qadının yaşadığı bu faciə ciddi bir məsələdir və o, əli hər yerdən üzüldüyü üçün, son anda başına gələnləri təkrar ictimailəşdirmək qərarına gəlib. Məqsədi isə, yalnız odur ki, ictimai qınağa tuş gələn bəd əməl vəzifə sahiblərini, bəlkə, bundan sonra, haqq yoluna qaytarmaq mümkün oldu. araz.az saytında gedən həmin yazını təkrar dərc etməkdə məqsədimiz də, bu çarəsiz qadınının pozulmuş hüquqlarının bərpasında ona yardımçı olmaqdır. Çünki on bir ildir həmin klinikanın işçisi olan bu qadını daha çox incidən də, elə, baş həkim Nəsimi Qasımovdur. Onun tələbi ilə, bacarmadığı işə təhrik edilən, yıxılaraq şil-küt olan bu ağsaçlı qadına bu baş həkim bir illik bülleten pulunu verməkdə qərəz nümayiş etdirir. Halbuki Nəsimi müəllim bülleten və ona vəd edilən əlavə xərclər pulunun ödənilməsinə çoxdan göstəriş verə bilərdi. Çünki bu klinikada bir cərrahiyyə əməliyyatından qanunsuz olaraq 3000 - 7000 manat rəhbərliyin cibinə gedir. Hələ onu demirik ki, bura müraciət edən onkoloji xəstəyə dövlət hesabına pulsuz verilməli olan dərman və digər tibbi preparatları, klinikanın birinci mərtəbəsindəki 52 saylı aptekin müdiri Asya Məmmədova qanunsuz yollarla sataraq, rəhbərliyə milyonlar qazandırır. Onu da nəzərinizə çatdırırıq ki, klinika rəhbərliyinin tələbi ilə satılan endoksan, doksorubisin, karboplatin, qemzar, paklitaksel, altuzan, eloksatin, sisplatin... adlı bu dərmanların "qara bazarda" qiymətləri olduqca bahadır. 

Dünya və Azərbaycan mətbuatı öz yazılarında həyəcan təbili çalırlar ki, son vaxtlar insanların kabusuna çevrilən və hər kəsi qorxu içində yaşamağa vadar edən xərçəng xəstəliyi sanki bir epidemiya kimi yayılmaqda, getdikcə gəncləşməkdədir. Lakin hər kəs bir gün həyatını və ya ailə üzvünü, yaxın qohumunu bu xəstəlikdən itirəcəyi düşüncəsi ilə yaşadığı bir zamanda, klinikanın rəhbərliyinin dünya heç vecinə də deyil. Bu barədə, araz.az və arazmedia.az saytlarının əməkdaşları ciddi araşdırmalar hesabına geniş yazı da hazırlayıblar. Bu yaxınlarda həmin yazını saytlarımızda yayımlamağı da planlaşdırırıq.

Yuxarıda sadaladıqlarımız, ölkə başçısının səs-küylü son müşavirədə xüsusi vurğuladığı ciddi korrupsiya faktı deyilmi?!.

Onu da qeyd etməyi vacib bilirik ki, bu yaxınlarda şikayət xarakterli müraciətlə ATU-nun rektoru Gəray Gəraybəylinin və prorektor Sabir Əliyevin qəbulunda olan bu xanımın başına oyun açanlar sırasına, indi də, universitetin hüquqşünası Kəmalə xanım və baş mühasib İlqar müəllim də qoşulublar. Onlar xanımın rektora ünvanladığı şikayət ərizəsinin cavabını qəsdən yubadirlar ki, bu oyunda Nəsimi müəllimin "haqlı olduğuna" dəstək olsunlar.

Əziz oxucular! Təkrar dərcinə qərar verdiyimiz bu yazını oxumaqla, bu süründürməçiliyin əsl mahiyyətini siz də anlayacaq və bizim nədən narahat olmağımızin səbəbini də biləcəksiniz.

Şikayətçi: "Narazılıqlarımı Əhliman Əmiraslanova da çatdırdım. Baş həkim Nəsimi Qasımova iradlarını bildirib, göstərişlərini versə də...”

4107E9F1 ADE9 4759 91CB 4566F3E56E80

Ardını oxu...

Anasının göz yaşlarına sığınaraq böyüyən qızlar!

aydin caniyev

Elina üçün etiraf...

1985-ci il. Mayın 7-si. 10-cu sinifdə oxuyurdum. Paralel sinifdə paralel kənddən olan qızı sevirdim. Elə o vaxtlar da psix səviyyəsində qısqanc idim. Qıza demişdim ki, filan oğlanla oturmasın - əslində o oğlan elə qız kimi həyalı oğlan idi: allah rəhmət eləsin. Sonralar Bakıda onunla bir otaqda qaldım, tovuzlu Ənvər Abdullayevlə dostlaşdırdı məni.

Ardını oxu...

ATA "BEŞBARMAQ" ZƏRBƏSİ ALAN OĞLUNUN TALEYİNDƏN NARAHATDIR

WhatsApp Image 2019-04-17 at 03.48.00.jpgAtasının qorxusu hələ də tutulmayan belə bir cinayətkarla oğlu arasında hər an neqativ hadisələrin ola biləcəyidir

Vaqif ƏLİYEV: "Muradın hüquqlarını istintaq orqanı pozub, onun həyat və sağlamlığına xəsarət yetirən cinayətkarın azadlıqda qalıb, məsuliyyətə cəlb olunmaması hansısa maraqdan xəbər verir"

Bu cinayət hadisəsi cari ilin yanvar ayının 7-si saat 13.00 radələrində paytaxtın Nərimanov rayonundakı Aşıq Molla Cümə küçəsi, 11 "B" ünvanında yerləşən yaşayış binasının arxasında, iki qonşu -- Murad Vaqif oğlu Əliyev və Tamerlan Nadir oğlu Əfəndiyev arasında şəxsi münasibətlərin pozulması zəminində əvvəllər yaranmış ədavətin acı nəticəsidir. Həmin gün əliyevlər ailəsinin başına gələn faciənin ictimailəşməsi üçün araz.az saytının redaksiyasına gəlməsi məsləhət bilinən ailə başçısının -- yarandığı gündən hakim Yeni Azərbaycan Partiyasının üzvü olan fəal ictimaiyyətçi Vaqif Əliyevin əməkdaşımıza təqdim etdiyi sənəd və sübutlar əsasında geniş araşdırma yazısı çapa hazırlanır. Bu yazıda isə, əməkdaşımız şikayətçi ilə söhbətinin bəzi detallarını qələmə alıb.
Öncə qeyd edək ki, Nərimanov rayon Polis İdarəsinin İstintaq Şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1 maddəsi ilə istintaq olunmuş və bu yaxınlarda məhkəmə araşdırması başlanacaq 190066011saylı bu cinayət işində zərərçəkmiş şəxs kimi adı keçən Murad Əliyevin atası belə bir cinayəti törədən şəxsin istintaqda necə müdafiə edildiyindən şikayətçidir və onun hələ də azadlıqda qalmasının hansısa maraqdan xəbər verdiyini söhbətimizin hər məqamında xüsusi vurğulayır.
Vaqif Əliyevin dediyinə görə, Tamerlan yaşadıqları həmin binanın arxasında oğluna hücum edərək, heç bir söz demədən və səbəb göstərmədən, Muradın alnına güclü zərbə vurub:

Ardını oxu...

METROPOLİTENİN RƏHBƏR ŞƏXSLƏRİ TƏCRÜBƏLİ MAŞİNİSTLƏRİ YENƏ TƏHDİD ETDİ -- TƏFƏRRÜAT

metro030818_02.jpgƏgər yadınızdadırsa, Yelin adına hafizələrimizdə əbədiləşmiş Novruz çərşənbəsi günü böyük təhlükəylə üz-üzə qalan paytaxt metrosunun daha bir pis gününü yaşadığı haqda araz.az. saytında, eləcə də digər informasiya resurslarında yazı dərc olundu. Bayram çərşənbəsi günü metroda baş vermiş qorxulu qəzanın şahidi olan metropolitençinin həyəcan dolu sözləri və çəkdiyi foto-şəkillər əsasında qələmə aldığımız həmin məqalədə (həmin yazının linki: http://arazpress.com/index.php/hadis/5861-yel-dz-rs-nb-sind-baki-metrosunda-gorkhundz-g-za-sahid-h-y-dzani -- red.) xüsusi olaraq vurğulanırdı ki, depoda baş verən həmin təhlükənin üzləşdirdiyi böyük faciədən ölkənin strateji əhəmiyyətli bu iri obyektini Böyük Allah qoruyub.

Ardını oxu...

4 -dən səhifə 40

Əlaqəli xəbərlər