Nazirlikdən dərslikdəki “erməni xəritəsi” ilə bağlı – Açıqlama

cesaret.jpg

Onuncu sinif “Tarix” dərsliyində “Böyük Ermənistan” xülyasını əks etdirən xəritənin mövcudluğu ilə bağlı heç bir məlumatım yoxdur.

Bu sözləri Axar.az-a açıqlamasında Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov deyib. Nazirliyin sözçüsü bildirib ki, məsələni dəqiqləşdirmək lazımdır.

Ardını oxu...

Mikayıl Cabbarov buraxılış və qəbul imtahanlarında edilən dəyişikliklərə münasibət bildirib

mikayil-cabbarov-1.jpg

Təhsil naziri Mikayıl Cabbarov buraxılış və qəbul imtahanlarında edilən dəyişikliklərə münasibət bildirib.

APA-nın xəbərinə görə, təhsil naziri Mikayıl Cabbarov deyib ki, ilk dəfə olaraq, bu sahə ilə məşğul olan Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzinin dəyişikliklərə dair birgə təşəbbüsü barədə iki il öncə xəbər verilib. Nazirlin fikrincə, bu, abituriyentlərə, onların valideynlərinə və şagirdlərə dəyişikliklərə hazır ola bilmələri üçün əlavə vaxt və imkan yaradır.

Ardını oxu...

“Ən müasir 37 məktəb Xətai rayonundadır” - İcra başçısı

Razim_Memmedov.JPG

Xətai Rayon İcra Hakimiyyəti YAP Xətai rayon təşkilatı ilə birlikdə 5 oktyabr Müəllimlər Günü münasibətilə rayonun 37 məktəbinin kollektivini təmsil edən müəllimlər üçün Bakı Əyləncə Mərkəzində bayram tədbiri təşkil edib. 

Araz.az"Qafqazinfo"-ya istinadən xəbər verir ki, çıxışına salona toplaşan müəllimlərin  simasında bu adı şərəflə daşıyan bütün Azərbaycan müəllimlərini Beynəlxalq Müəllimlər Günü münasibətilə təbriklə başlayan Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov qeyd edib ki, son 15 ildə müstəqil Azərbaycanın təhsil sistemində baş verən qlobal dəyişiliklər bütün səviyyələrdə özünü göstərməkdədir. Bu, bir tərəfdən ümummilli lider Heydər Əliyevin təhsili müstəqil dövlətçiliyin inkişaf strategiyasında prioritet elan etməsi ilə bağlıdırsa, digər tərəfdən prezident İlham Əliyevin bu sahəni müasir dövrün tələblərinə cavab vermək iqtidarında olan bir səviyyəyə qaldırmaq üçün həyata keçirdiyi möhtəşəm dövlət proqramları ilə birbaşa bağlıdır. “Neft kapitalını insan kapitalına çevirmək” kimi çox mühüm bir vəzifə irəli sürən dövlət başçısı bu işdə müəllimlərimizin üzərinə həqiqətən strateji bir vəzifə qoyub:

Ardını oxu...

39 -dən səhifə 39

Əlaqəli xəbərlər