TƏHDİD OLUNAN METROPOLİTENÇİLƏR İNDİ DƏ ANLAŞILMAZ MƏHKƏMƏ QARŞISINDA

metro 1"ƏNƏNƏLƏRİ İLƏ SEÇİLƏN STRATEJİ ƏHƏMİYYƏTLİ BU MÜƏSSİSƏDƏ PEŞƏKAR MÜTƏXƏSSİSLƏR BALANSINI POZUBLAR" -- ÇAY SÜFRƏSİ ARXASINDA METRO PROBLEMLƏRİ

Son vaxtlar ölkənin media vasitələrinin ayrı-ayrı məmurlar, idarə, müəssisə və təşkilatlar tərəfindən əsaslı-əsassız, yeri gəldi-gəlmədi məhkəmələrə verilməsi adı hal alıb. Əfsuslar olsun ki, məhkəmələr də sevdikləri bu işləri dərhal öz icraatlarına götürürlər. Artıq iki xəbər saytı -- Hüseyn Əzizoğlunun təsisçisi və Baş redaktoru olduğu araz.az və Nüşabə Əhmədin rəhbərlik etdiyi pressinfo.az da məhkəmə qarşısındadır. İddiaçı "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi tələbinə dair Bakı şəhər, Sabunçu rayon Məhkəməsinin hakimi Anar Rzayevin icraatındakı 2(008)-2400/2019 saylı mülki iş üzrə cavabdehlər sırasında 54 il ölkənin metro və dəmiryol sistemində müxtəlif rəhbər vəzifələrdə çalışan "Şöhrət" ordenli prezident təqaüdçüsü, Fəxri dəmiryolçu, müharibə veteranı Akif Zeynalov, 38 il fasiləsiz metropolitendə işləyən, QSC-nin Baş Müfəttişlik Aparatının Qatarların Hərəkət Təhlükəsizliyi üzrə müfəttişi Nazim Abdullayev, "Sahil" stansiyasının rəis müavini Bəxtiyar Yunusov, maşinistlər -- Qarabağ müharibəsi əlili Asif Rzayev və Fikrət Şıxəliyev də var...

Ardını oxu...

DÖVLƏT GÖMRÜK KOMİTƏSİNİN AKADEMİYASINDA MEDİATUR KEÇİRİLİB

dp2a9837_4b586bda8644b193f4e58d1cd406aacf.jpgAzərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) Komitənin təşkilatçılığı ilə müxtəlif media qurumlarının nümayəndələrinin təmsil olunduğu mediatur keçirilib.
Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi Qulu Novruzov media nümayəndələrini salamlayaraq onları görməkdən məmnunluğunu dilə gətirib. Qulu Novruzov Akademiyanın fəaliyyət istiqamətləri, tədrisin təşkili, beynəlxalq əlaqələri, tələbələrin sosial aktivliyi haqqında danışıb. Akademiya rəisi bildirib ki, Dövlət Gömrük Komitəsinin Akademiyası Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 24 yanvar 2012-ci il tarixli 1972 saylı Sərəncamına əsasən yaradılıb. Akademiya ali və əlavə təhsil proqramlarını həyata keçirən, fundamental və tətbiqi elmi tədqiqatlar aparan xüsusi təyinatlı dövlət ali təhsil müəssisəsidir. Akademiyaya tələbə qəbulu hər il Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən II və III qruplar üzrə ali məktəblərə qəbul imtahanlarının nəticələrinə əsasən həyata keçirilir.

Ardını oxu...

Azərbaycandan “beyin köçü”: kimlər hara və niyə gedir?

0cb943fc70f4961a91ea814bf30941cb.jpg

Əsasən yeni nəsil daha yüksək məvacibli iş olan ölkələrdə yaşamaq və təhsil almaq istəyir

Rusiyada yaşı 24-ə qədər olan gənclərin 40 faizi öz vətənində yaşamaq və işləmək istəmir. Bunu ölkədəki siyasi-iqtisadi şəraitlə izah edirlər. Rus gəncliyi antidemokratik idarəçilikdən, iqtisadi sanksiyaların gətirdiyi ağır vəziyyətdən beziblər.

Ardını oxu...

“İlin sahibkar xanımı” olmaq üçün müraciətlər yekunlaşdı

WE_Press.jpg“Youth Inc.” Sahibkarlıq Proqramının təşkilatçılığı, Azər Türk Bank ASC-nin əsas dəstəyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dövlət tərəfdaşlığı, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosasiyası (AQSİA), “WoWoman Azerbaijan” təşkilatlarıının və ADİU-da fəaliyyət göstərən Yunus Sosial Biznes Mərkəzinin tərəfdaşlığı ilə həyata keçirilən “WE2019 xanım sahibkarlar üçün müsabiqə”-ə müraciət mərhələsi artıq yekunlaşdı.

Ardını oxu...

Qubada “Yeni Nəsil” gənc sahibkarlar üçün növbəti təlimlər yekunlaşdı

DSC_0056.jpg“Youth Inc.” Sahibkarlıq Proqramı çərçivəsində həyata keçirilən “New Generation” layihəsi üzrə Quba-Xaçmaz iqtisadi regionundan olan gənclər növbəti təlimlərini yekunlaşdırıb.
Quba şəhərində 2 gün ərzində ümumilikdə 115 iştirakçı təlimçi Sənan Həsənov tərəfindən keçirilən “İdeya Generasiyası”, “Sahibkarlıq bacarıqları”, “Rəqəmsal Marketinq” təlimlərində iştirak ediblər. Layihə çərçivəsində Abşeron, Şəki-Zaqatala və Gəncə-Qazax iqtisadi regionları üçün təlimlər və görüşlər fevral ayının sonuna qədər davam edəcəkdir.

Ardını oxu...

5 -dən səhifə 39

Əlaqəli xəbərlər