ARMATUR QALMAQALININ PƏRDƏARXASI - “”Bakı Steel Company” qiymətləri diktə etməyə çalışır”

armatur.jpgEkspert: “”Baku Steel Company”nin özünün keyfiyyətli məhsul istehsal etməsi məsələsi ilə bağlı da problemlər yaşanıb”

Son zamanlar ölkə mətbuatında xaricdən gətirilən armaturların keyfiyyətsiz olması ilə bağlı məlumatlar yayılır. Bildirilir ki, bu armaturlar keyfiyyətsiz olmaqla yanaşı, həm də ucuzdur. Nəticədə isə alıcılar ucuz məhsulları almağa üstünlük verdikləri üçün yerli istehsalçılar çətin vəziyyətə düşüblər. “Yeni Müsavat” ın araşdırması nəticəsində məlum olub ki, hazırda bazarda doğrudan da İran armaturlarının qiyməti yerli istehsaldan ucuzdur. Lakin bu, həmin məhsulun heç də keyfiyyətsiz olduğunu isbatlamır.

Ardını oxu...

Ərəblərdən sonra indi də rus turistlər Azərbaycana axışır - SƏBƏB

rus-turist-turizm-seyahet-rusiya1 (1).jpg

Hər il qış turizmi ilə bağlı, xüsusən Yeni il bayramı ərəfəsində Azərbaycana gələn turistlərin sayı kəskin artır. Yeniavaz.com-a açıqlama verən Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov deyib ki, bu il də istirahət məkanlarında yerli və xarici turistlər üçün bir-birindən maraqlı Yeni il şənlikləri, yeni il bayramı təşkil olunacaq: "Neçə ildir Azərbaycanda qış turizmi fəaliyyət göstərir və inkişaf mərhələsindədir. Hər il təcrübə daha da artır. Müxtəlif əyləncəli proqramlarla əlavə xidmətlər təklif edilir. Eyni zamanda həm Qəbələ rayonuna, həm də Qusara gedənlərin sayı ilbəil artır. Bu il orada möhtəşəm Yeni il şənlikləri, yeni il bayramı keçiriləcək. Təkcə "Tufandağ"a, "Şahdağ"a deyil, Azərbaycan əhalisinin həm də Qax rayonuna, Zaqatalaya, Lerikə və digər yerlərə də səfərlər təşkil ediləcək ki, istirahət etsinlər, qış səyahətini yüksək səviyyədə keçirsinlər.

Ardını oxu...

9 -dən səhifə 39

Əlaqəli xəbərlər