“AZER-N-AGRO” DA KORONAVİRUSLA MÜBARİZƏYƏ QOŞULUB

91441548 1544744319027076 3794661987506454528 nÖLKƏDƏ APARILAN DEZİNFEKSİYA İŞLƏRİNƏ ŞİRKƏTDƏN TƏMƏNNASIZ DƏSTƏK

Gətirdiyi bəlayla təşvişə saldığı dünyanın dövlətlərinin belə düzənini ciddi şəkildə sarsıdan koronavirus pandemiyası bəşəriyyətə ağır günlərini yaşatmaqdadır. Mövcud vəziyyətdə birbaşa olaraq ölkə başçılarının nəzarəti altında dövlətlər adına gərəkən tədbirlər görülsə də, bütün bunlar yenə azlıq təşkil edir -- eynən Azərbaycandakı kimi! Bu ağır durumda, böyük dünya savaşlarında olduğu kimi, insanlar kütləvi şəkildə ölsə də, şükürlər olsun ki, insanlığın ölmədiyi bir daha özünü göstərir; Varlısı, imkanlısı kasıbının, yoxsulunun əlindən tutub, xeyriyyəçilik etməklə, qapısına yardımlar göndərməklə deyilənləri təsdiq etmiş olur. Bu istiqamətdə ölkəmizdə də ciddi addımlar atılmaqdadır ki, bunun da effektini hər kəs görür.

Ardını oxu...

Gömrük Akademiyasının Elmi Şurasının onlayn iclası keçirilib

5.jpgDövlət Gömrük Komitəsinin Akademiyasının Elmi Şurasının genişləndirilmiş onlayn iclası keçirilib. İclası giriş sözü ilə açan Akademiyanın rəisi, Elmi Şuranın sədri Qulu Novruzov koronavirus (COVİD 19) infeksiyası ilə bağlı mövcud vəziyyət nəzərə alınaraq, dövlətimiz tərəfindən ciddi addımlar atıldığını bildirib. Akademiya rəisi vurğulayıb ki, Prezident İlham Əliyevin bütün bu tədbirləri şəxsən nəzarətdə saxlaması onun siyasətinin mərkəzində Azərbaycan vətəndaşının dayanmasının bariz göstəricisidir. O, məsələnin ciddiliyini nəzərə alaraq, hər kəsin verilən qərar və qəbul edilən qaydalara riayət etməsinin vacibliyini diqqətə çatdırıb.

Ardını oxu...

Penitensiar Xidmətin 6 saylı Cəzaçəkmə Müəssisəsində pik həddə çatan rüşvətxorluq və işgəncə

6-sayli-cezacekme.jpgAbid Şərifovun kürəkəni qanun tanımır.

Penitensiar Xidmətin 6 saylı Cəzaçəkmə Müəssisəsində baş verən rüşvətxorluq, özbaşınalıq faktları ciddi narazılığa səbəb olub. Belə ki, müəssisənin rəisi Məmməd Mahmudovun baş nazirin keçmiş müavini Abid Şərifovun kürəkəni olması Penitensiar Xidmətə olunan şikayətləri nəticəsiz qoyub.

6 saylı CÇM-da olduğum 2 ay müddətində gördüklərim aşağıdakı mənzərəni formalaşdırır.

Ardını oxu...

"Dəniz" Ədəbi Birliyi yenidən fəaliyyət göstərəcək -- QƏRAR

WhatsApp Image 2020-02-24 at 00.18.39.jpegGənc yazarlarımız tərəfindən atılan daha bir gözəl addım: Könüllülər ilində, ədəbi mühitdəki ədəbiyyat eşqinə də könüllü düşməli!

Dünən Sumqayıt Poeziya Evinə toplaşan gənc yazarlarımız özlərinin bir çox yeni layihələrindən, fikir, təklif və ideyalarından danışmaqla, yadda qalan daha bir maraqlı görüş keçiriblər. Bu barədə araz.az xəbər portalına daxil olan məlumatda bildirilir ki, həmin görüşdə, həmçinin bir vaxtlar kifayət qədər nüfuzlu şairlərimizin yaratdığı "Dəniz" Gənclər Ədəbi Birliyinin yenidən fəaliyyətə başladığı da elan olunub. Çıxışlarda, öncə qeyd edilib ki, gənc yazarların bu birliyinin könüllülər ilində, məhz, bir zamanlar gənclər şəhəri deyilən Sumqayıtda yenidən fəaliyyətə başlamasının əhəmiyyəti böyükdür. Çünki Azərbaycanda könüllülər ili elan edilməsi ilə əlaqədar, gənclərin ədəbi mühitdə belə ədəbiyyat eşqinə könüllü düşmələri, onlar tərəfindən atılan çox gözəl bir addım kimi yadda qalacaq və bu birlik nəinki ədəbi məclis kimi gəncləri bir araya gətirəcək, eyni zamanda onların yaradıcılığında ciddi bir təkan rolunu oynayacaq.

Ardını oxu...

2 -dən səhifə 44

Əlaqəli xəbərlər