Məktəblərdə ənənəvi təhsil 15 gündən sonra dayandırılacaq? – AÇIQLAMA
Təhsil Nazirliyi məktəblərin 15 günlük açılması barədə sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib.
araz.az xəbər verir ki, nazirliyin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu deyib ki, dərslərin başlamasının COVID-19-a yoluxmanın artmasına səbəb olub-olmadığı 14 gündən sonra aydınlaşacaq.