Kövrək, həyəcanlı birincilərimiz - Bakıdakı məktəblərin birindən FOTOREPORTAJ

bilik-günü2019.jpgƏsnəyən, ağlayan, nə baş verdiyinin hələ də fərqinə varmayan birincilər...

Bu gün ölkədəki digər məktəblərdə olduğu kimi paytaxtda fəaliyyət göstərən Akif Abdullayev adına 211 №-li tam orta məktəbdə də birincilər üçün ilk zəng çalındı.  

Budəfəki bilik günü də maraqlı anlarlarla yadda qaldı. Diqqətimizi çəkən məqam valideynlərin də uşaqlar qədər kövrək olması idi. Sanki onlar ilk dəfə məktəbə gedirlər...

Balacalar əllərində gül, ürkək və bir o qədər də həyəcanlı baxışlarla sinif otaqlarına daxil oldular. 11 illik təhsil dövrü beləcə başladı.

Qeyd edək ki, bu il 15 sentyabr bu il bazar gününə təsadüf etdiyindən, dərslər sentyabrın 16-da başlanıb.

2019-2020-ci tədris ilinin əvvəlinə olan proqnoz göstəricilərinə əsasən, yeni tədris ilində ümumtəhsil məktəblərinin I sinfində 164 234 şagirdin təhsil alacağı proqnozlaşdırılır.

Xəyalə Məmmədova

Fotolar: Müzəffər İsmayılov

redaktor.az

1

1

1

1

1

1

1

1

1

1

1

1

Əlaqəli xəbərlər