Nazir “Son zəng”i çaldı - Video

Ceyhun-b.jpgBu gün 2019-2020-ci tədris ilində mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq ilk dəfə virtual şəkildə "Son zəng" təşkil olunacaq. 

"Qafqazinfo" xəbər verir ki, ilk olaraq bütün bölgələrin məzunları ilə birlikdə virtual himn oxunacaq. Daha sonra 3 ay ərzində  teledərslər vasitəsilə tədrisi davam etdirən müəllimlər “Azərbaycanım” mahnısını ifa edəcəklər.

***

Virtual "Son zəng" başlayıb. Onlayn mərasimdə ilk olaraq bütün bölgələrin məzunları ilə birlikdə virtual himn oxunub.

Daha sonra teledərslərdə iştirak edən müəllimlər “Azərbaycanım” mahnısını ifa edib. Bu tədris ilinin məzunları üçün son zəngi Təhsil naziri Ceyhun Bayramov məzun olduğu 8 nömrəli tam orta məktəbdə çalıb.

Qeyd edək ki, bu il respublikanın ümumtəhsil məktəblərinin  XI siniflərini 80 646 şagird bitirir.

Əlaqəli xəbərlər