Universitetlərdə boş qalan yerlərin siyahısı dərc olundu

ixtisas seçimiDövlət İmtahan Mərkəzi tərəfindən “Abituriyent” jurnalının 8-ci nömrəsini nəşr olunub.

Turkustan.info xəbər verir ki, bu nömrədə 2020/2021-ci tәdris ili üçün Azәrbaycan Respublikasının ali təhsil müəssisələrinin boş qalan yerlərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma qaydası, ali təhsil müəssisələrinin boş qalan yerləri olan ixtisaslar, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə dövlət sifarişi ilə tələbə qəbulunun proqnozu və digər zəruri məlumatlar Azərbaycan və rus dillərində təqdim olunub. 

Jurnalı “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq olar.

Jurnalın elektron versiyasını (pdf formatında) DİM saytının “Elektron xidmətlər” bölməsində “DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı xidməti vasitəsilə ödəniş etməklə əldə edə bilərsiniz.

araz.az

Əlaqəli xəbərlər