Dini Komitə “Babasil Duaları” Olan Kitablara Görə Elşad Mirini Günahlandırdı – ŞƏRH

Dovlet-Komitesi.jpg


İlahiyyatçı Elşad Miri Dini Komitənin mətbuat katibi və sədr köməkçisinin haqqında irəli sürdüyü ittihamlara cavab verib.

Dini Komitənin sədr köməkçisi Amil Əliyev və mətbuat katibi Yaqut Əliyeva ilahiyyatçı Elşad Miri haqqında ittiham irəli sürüb.

İlahiyyatçı Elşad Miri bunu gülünc iddia adlandırıb:

“Bu gün Dini Komitədən həm gələcəyinə ümid bəslədiyim dostum Amil Cavadov, həm də Yaqut Xanım gündəmə gətirdiyim “Babasil duaları” ilə məşhur olan kitablara rəy verildiyi dövrdə Komitədə çalışdığımı qeyd ediblər.

Amma hələ də bilmirlər ki, yaxud orda bilənlərdən soruşmurlar ki, mən Komitədə Ekspertiza şöbəsində çalışmamışam. Heç bir kitaba da rəy verməmişəm. Elə bir məsələ olsaydı, çoxdan bunu ortalığa çıxarıb əleyhimə istifadə edərdilər.

Bu gün məni dostluqdan çıxararaq bloka atan Nahid Məmmədovun ekspertizasındakı iki otaq ixtiyarımda olub. Sadəcə bir xatırlatmadır.”

İlahiyyatçı həmçinin qeyd edib ki, mən həm Amilin, həm də Yaqutun yazdıqlarını profilimdə paylaşdım. Ümid edirəm ki, dostlar da bu yazdıqlarımdan narahat olmadan öz profillərində görünməsinə tolerant yanaşacaqlar. Nahid kimi dostluqdan çıxıb bloka atmayacaqlar.

Qeyd edək ki, Dinşünaslıq ekspertizasının şöbə müdiri Nahid Məmmədov sosial şəbəkədə paylaşdığı yazını Elşad Mirinin haqlı tənqidindən sonra silərək onu sosial şəbəkədə əngəlləyib.

İlahiyyatçı bu haqda bildirib:

“Dini Qurumlarla iş Üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov tolerantlıq göstərə bilmədi, dözümlülük nümayiş etdirmədi və dostluğumdan çıxdı.

Yazdıqlarıma cavab yazmaq əvəzinə, öz yazdıqlarının arxasında dayanmaq yerinə zəng edib statusumu silməyimi istəməsi isə anlaşılan deyil. Ümid edirəm ki, öz böyük yazısını yazdığım balaca statusdan sonra silməsi ya həqiqətləri anladığı üçündür, ya dası özünün telefonda dediyi kimidir.

Həqiqətlər həmişə acı olur. Amma dost acı söylər. Yaltaqlar tərifləyər.”

Ən maraqlı məqam da odur  ki, dini komitənin iki ayrı-ayrı əməkdaşının (Yuxarıda sözügedən şəxslərin – red.) fikirləri üst-üstə düşmür. Elşad Mirini ekspertiza oyununa çəkən Amil Cavadov hətta həmkarının verdiyi ekspertizanın biabırçılığına göz yumur.

Bu da daha bir fakt:


Başqa qeyri-adi bir məqam isə Dini komitənin müdafiəçiləri qismində çıxış edən feyk profillərdir.

Məsələn, bir (Yaxud bir neçə – red.) feysbuk ünvanının sahibi ilahiyyatçını Komitəni məhkəməyə verməkdə ittiham edir. Onu “dostluğu” pozmağına eyham vurur.

Amma  ki…

İlahiyyatçı problemin üstünəgedir və əsas məsələni qabardır: “Komitədə dostlarım və yaxınlarım çoxdur. Sədr Mubariz Qurbanlıya da böyük hörmətim var. Sadəcə bəzi ekspertlərin məsələyə MƏZHƏB prizmasından yanaşmasına görə və yazdıqlarımı həzm edə bilməyərək CIR rəy yazdıqlarına görə məhkəməyə müraciət edirəm. Bunun isə şəxsi münasibətlərə təsiri olmamalıdır. İşlə dostluğu qarışdırmaq olmaz. Dost dostunun yaxşılığını istəyər”.

İndi isə keçək əsas mətləbə.

Fakt faktılığında qalır. Ölkənin kitab bazarını “Ağcaqanad duası”, “Qızdırma duası”, “Babasil duası” məzmununda gülüş obyektinə çevirilən ədəbiyyatlar doldurub. Amma  Elşad Mirinin “İslamda yoxdur” kitabı Komitədəki bəzi dostların məzhəb düşmanlığına tuş olub. A24.AZ

Allahı təsdiq edən məntiq – PROFESSORU SUSDURAN TƏLƏBƏ

allahi_te1518808915.jpg


 Allahın varlığının heç bir sübuta və isbata ehtiyacı yoxdur. Ancaq buna baxmayaraq, bəzən insanların özünü dərk etməsi, Tanrının varlığına olan şübhələrini aradan qaldırması üçün məntiqli mülahizələrə ehtiyac yaranır.

Araz.az saytı mövzu ilə bağlı yazını təqdim edir.

Professor auditoriyada tələbələrə sualla müraciət edir:

- Kim cavab verə bilər, dünyada mövcud olan hər şeyi Allah yaradıb?

Tələbələrdən biri cəsarətlə cavab verir:

- Əlbəttə, professor.

- Yəni belə düşünürsünüz ki, həyatda hər bir şeyi yaradan Allahdır?

- Bəli, professor.

- Siz düşündüyünüz kimi hər şeyi Allah yaradıbsa, onda şəri də Allah yaradıb. Əməllərimizdə, həyatımızda olan şərləri yaradan da Allahdır. Belə çıxır ki, Allah özü şərdir. Mən yəqin ki, fikirlərimdə yanılmıram?

Professorun belə qətiyyətli və israrlı cavabı tələbəni məyus etməklə yanaşı, həm də çaşdırır. Auditoriyanı inandırmağa çalışan professor fikirlərini davam etdirmək istəyəndə başqa bir tələbə əl qaldırıb sual verir:

- Professor, mənim sizə bir sualım var. Soyuq mövcuddur?

Sualdan təəcüblənən müəllim suala sualla cavab verir:

- Sizə heç vaxt soyuq olmayıb, siz heç vaxt soyuğun təsirini hiss etməmisiniz?

- Professor, mən soyuğun təsirini hiss etmişəm. Ancaq əslində, soyuq yoxdur. Fizika qanunlarına əsaslansaq, soyuq, istinin olmaması deməkdir. İcazə verin bir sual da verim. Bəs qaranlıq necə, var?

- Bu nə suallardır? Əlbəttə var.

- Professor, siz yenə də yanılırsınız. Qaranlıq yoxdur. Əslində, qaranlıq işığın olmadığı, işığın sıfıra bərabər olduğu haldır.

Professor bu sual-cavabdan hiddətlənərək tələbədən soruşur:

- Axı, siz bu suallarla nə demək istəyirsiniz?

- Professor, xahiş edirəm üçüncü sualıma da cavab verəsiniz. Şər var?

- Mən bu haqda dərsin əvvəlində demişdim. Biz hər gün şərlə, pis əməllərlə rastlaşırıq.

- Siz yenə də səhv edirsiniz. Elə şər də soyuq və qaranlıq kimidir. İşığın olmamasına qaranlıq deyirik, istiliyin olmamasını soyuq adlandırırıq, ürəyində Allah sevgisi olmayanların adı isə şərdir, sər adamlardır. Bəli, Allahını unudub pis əməllərlə məşğul olan adamlar. Deməli, qaranlıq işığı, soyuq istini təsdiq etdiyi kimi, şər də Allahın olduğunu sübut edir və bununla da isbat olunur ki, şəri Allah yaratmayıb.

Müəllim tələbənin bu məntiqinə qarşı cavab verə bilmir.

Professoru susduran və məyus edən bu tələbənin adı isə gələcəyin dahi alimi Albert Eynşteyn idi. Modern.az

Qəbirdə ilk gecə nə olur? MÜTLƏQ oxumalısınız ...

1517507079_21766349_1424429937611132_4824240324480636390_n.jpg

Araz.az xəbər verir ki, islam dinində bu gecə və xüsusiyyətləri haqqında çox bəhslər edilmişdir. Hədislərə görə, qəbirdə ilk gecə ölünün müxtəlif mərhələlərə tabe tutulacağı çox əhəmiyyətli bir gecədir.  İlk olaraq Ruman adlı bir mələk, əməl dəftərini yaratmaq üçün qəbirə gəlir, sonra "Nəkir və Münkər" və ya "Bəşir və Mübaşşir" adlı iki mələk qəbirə gələrək ölünün inanc və etdikləri əməllər haqqında ölünü sorğuya çəkərlər.
 
Vəhşət namazı kimi bəzi əməllər, bu gecə ölü üçün yaşanacaq çətinliklərin yüngülləşməsinə səbəb olur. Qəbirdə ilk gecə möminlər üçün gözəl, kafirlər və günahkar kəslər üçün olduqca çətin və qorxunc keçəcək.
Çoxu mütəkəllim və mühəddis, qəbir sualı və cavablarının bu maddi bədənlə olacağı fikirindədir, ancaq buna qarşı filosofların çoxuna görə bərzəx bədəni ilə bu reallaşacaq. Filosofların bərzəx aləminin gecə və gündüzləri üçün özlərinə xas təbirləri var.
Ölünün qəbrə qoyulması ilə birlikdə qəbirdə ilk gecə başlayır. Bu gecə ölünün başına gələn özündən qaça bilməyəcəyi ən ağır və çətin bir gecədir. Ölünün qəbirdəki vəziyyəti etdikləri əməllər, inanclar və dünyaya olan maraq və əlaqəsinə bağlı olaraq olduqca şiddətlidir.
Ölü sahiblərinə, ölü dəfn edildikdən sonra ölünün yalnız buraxılmaması və ona təlqin edərək, nəkir və münkər'in suallarına cavab verə bilməsi üçün ölüyə köməkçi olmaları istənmişdir. (7) Ölünün gözəl əməlləri, vermiş olduğu sədəqələr, qıldığı namazlar (0000) və orucuna əlavə olaraq hədiyyə namaz, vəhşilik namazı kimi bəzi ibadətlər ölünün qəbir zorlularından xilas olmasına və ya azalmasına səbəb olur.
qəbir əzabı
Qəbirdə yaşanacaq qatı və kəsin hadisələrdən biri də qəbir sıxmasıdır. Hədislərdə özündən "Zağtatu'l-Kabr" deyə bəhs edilmişdir. İmamların (A.Ş) səhabələri hər daim onlara bu mövzularda suallar soruşmuş və bunun bütün hər kəsi əhatə etdiyini öyrənmişlər.

Əbu Bəsir, İmam Sadiqdən (A.Ş): "Qəbir sıxmasından kimsə xilas olacaq mı?" Deyə soruşduğunda, İmam belə cavab vermişdir: "Qəbir sıxmasından Allaha sığınırıq; qəbir sıxmasından xilas insan sayı çox azdır. "(10) sfera.az

Almaniyada deport olunmamaq üçün İslamdan imtina edib xristianlığı qəbul etdilər – Fotolar

2w993qhighc0.bild-3-640x360.jpg


 Almaniyada sığınacaq istəyi rədd edilən 200-dən çox qaçqın keçirilən xüsusi mərasimlə xristianlığı qəbul edib. Araz.az–ın məlumatına görə, paytaxt Berlindəki kilsələrin birində baş tutan xüsusi mərasimlə 200-dən çox Əfqanıstan və İran İslam Respublikasından olan qaçqınlar dinlərini dəyişərək xristinalığı qəbul ediblər.

qacqin merasim kilse

Alman mediasının yazdığına görə, onlar hesab edirlər ki, bu əməllərinə görə, kilsənin xüsusi qorunmasından yararlanacaqlar və deportasiya ilə bağlı qərarları ləğv olunacaq. Çünki onların əksəriyyətinin deportasiya edilməsi ilə bağlı qərar var və ölkəni tərk etmələri üçün 1 həftə vaxt verilib.

Məlumat üçün qeyd edək ki, Almaniyada kilsələrin köməyi ilə qaçqın statusu alanların sayının artması hökümətin narazılığına səbəb olub. Almaniyada fəaliyyət göstərən “Legat” hüquq firmasından AzEuroNews.com -a verilən   məlumatına deyilir ki, 2013-cü ildə kilsələrin dəstəyi ilə 162 nəfər, 2015-ci ildə 1015 nəfər, 2016-cı ildə isə 1139 nəfər (onlardan 277 nəfəri uşaqlardır) qaçqın statusu almağa nail olub. 2017-ci ildə sığınacaq axtaranlar himayə üçün Almaniyanın 180 kilsəsinə müraciət edib. Hüquq-mühafizə orqanlarının əməkdaşlarının kilsələrə daxil olma və orada qanunsuz yaşayan sığınacaq axtaran şəxsləri ölkədən deportasiya etmək hüququnu qanun məhdudlaşdırmır. Lakin səlahiyyətli şəxslər və orqanlar orta əsrlərdən başlayaraq kilsələrə sığınmaqla bağlı davam edən ənənəni pozmur və bununla da insanların kilsələrə olan ümidlərinə stimul verirlər. Pastor Martin Dudçimanın qeydlərinə görə keşişlər qərar qəbul etməkdə müstəqildirlər və dövlət bu qərarın qəbuluna təsir göstərə bilməz.

2,w=993,q=high,c=0.bild

Almaniyada umumi qaçqın statusu alanların sayı ilə müqayisədə yuxarıda ğöstərilən rəqəmlər olmasa da, bu rəqəm Azərbaycan kimi ölkələrdə ümumi qaçqın statusu almış şəxslərin sayından dəfələrlə çoxdur.

Kilsələrin köməyi ilə qaçqın statusu almağa nail olanların əksəriyyətini əfqanlar, çeçenlər, iranlılar ( iranlıların əksəriyyətini azərbaycanlılar təşkil etsə də, onlar milli mənsubiyyətini iranlı kimi göstərib) təşkil edir.

Əldə etdiyimiz məlumata görə, kilsəyə sığınmaqla qaçqın status alanların arasında həmvətənlərimiz də az deyil.

Kilsələrin himayəsindən istifadə etməklə qaçqın statusu alanların sayının artması Almaniya Hökümətininin narahatçılığına səbəb olub. Buna görə də, Almaniyanın Daxili İşlər Naziri Tomas de Mezer 2017-ci ilin mart ayında Alman kilsələrinin ümumi rəhbəri ilə görüşüb və narahatçılıq yaradan halları müzakirə edib. Nazir bəzi kilsələrin və dini icmaların qaçqın statusunun verilməsi ilə bağlı sui-istifadə hallarına yol verildiyini bildirib.

kilse qacqin qerar neqativ

Eyni zamanda kilsələrdə sığınanların bəzilərinin “Dublin” sazişinin təsirindən əsassız qorunduğu qeyd olunub. Bu görüşdən sonra narahatçılığın aradan qaldırılması üçün elə həmin ayda Almaniyanın Miqrantlar və Qaçqınlarla bağlı Federal İdarəsinin əməkdaşları ilə kilsələrin və dini icmaların əməkdaşları görüşüb və sui-istifadə hallarını detallı müzakirə edilib. Görüşdə “Dublin” sazişinə əməl olunması üçün kilsələrə daxil olan müraciətlərə qısa müddətdə baxılmasının zəruriliyi və bu sahədə kilsələr tərəfindən yol verilən süründürməçilik hallarının aradan qaldırılmasına dair razılıq əldə olunub. Kilsələr tərəfindən qaçqın statusunun alınmasının sayının azaldılması barədə razılıq əldə olunub. AzEuroNews.com

2 -dən səhifə 3

Əlaqəli xəbərlər