Bakıda əməliyyat: 40 nəfər tutulub - FOTO

87f2fb07 7f19 3d27 ac94 ebefc137d7a2 850jpg 1631615472

Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı rayon ərazisində apardıqları mübarizə tədbirləri davam etdirilir. Həyata keçirilən növbəti əməliyyatlar nəticəsində rayonun Hövsan, Qaraçuxur, Əmircan, Bül-bülə Yeni Suraxanı və Yeni Günəşli qəsəbələrində narkotik vasitələrin dövriyyəsi və satışı ilə məşğul olan 40 nəfər saxlanılıb, həmin ərazilərdə narkotik vasitələrin qəbul edildiyi “tiryəkxana”lar müəyyən edilib.

araz.az DİN-ə istinadən xəbər verir ki, əməliyyat zamanı əvvəlcə Əmircan qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olan Elxan Gözəlov və qardaşı Etibar saxlanılıb. Onların üzərinə və qəsəbə ərazisində yaşadıqları evə baxış zamanı ümumi çəkisi 1 kiloqraram 21 qram olan heroin aşkar edilib. Saxlanılan şəxslər ifadələrində əsasən Əmircan qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olduqlarını bildiriblər.

Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri daha bir əməliyyat zamanı Hövsan qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olan əvvəllər dəfələrlə məhkum edilmiş Nəvai Sadıqov da saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan və evinə baxış zamanı satış məqsədi ilə əldə etdiyi 600 qrama yaxıb heroin və 1 ədəd elektron tərəzi aşkar edilib.

Həyata keçirilən növbəti əməliyyat zamanı Hövsan qəsəbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Qalib Nəsirov, Tərlan Rəhimov, Bəhruz Bağırov, Nicat Əhmədov, Nurlan Rəhimov, Ramin Yüzbəyov, Vasif Bayramlı,Şaiq Kərimli, Böyükağa Hüseynov, Meybulla İsrafilov, Elçin Nəbiyev, Faiddin Yüzbəyov və Adil Nurullayev də saxlanılaraq ərazi üzrə 30-cu Polis Şöbəsinə gətiriliblər. Bu şəxslərdən külli miqdarda heroin və metamfetamin aşkar edilib.

Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri digər əməliyyatlar zamanı Yeni Günəşli qəsəbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 7 nəfər saxlanılıb. Əməliyyat nəticəsində paytaxt sakinləri Orxan Mehdiyev, Kamran Şərifli, Seyran Rəhimov, Elşən Mirzəzadə, Valeh Mövsümov, Elvin Həsənov və Ruslan Şükürov tutulublar. Onların da üzərindən külli miqdarda heroin və metamfetamin aşkar edilərək götürülüb. Bu şəxslər izahatlarında narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını etiraf ediblər.

Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyatlar zamanı Əmircan, Bülbülə və Qaraçuxur qəsələrində narkotik vasitə və psixotrop maddələlərin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 17 nəfər saxlanılıb. Əməliyyatlar nəticəsində Əkbər Rəhimov, Elman Burcəliyev, qohumu Elnur Burcəliyev, Ruslan Fərəcov, Ramil Əsgərov, Ziyad Babayev, Mehman Bəydəmirov, Vaqif Əsədzadə, Rafiq Quliyev, Kamran Həmidov, Arif Muradov, Aytən Şıxheybətova, Əkrəm Əliyev, Rəşad Mürvətov, Davud Qəzənfərov, Sübhan Hüseynzadə və Elçin Seyfullayev tutulublar. Onların da üzərindən külli miqdarda heroin və metamfetamin aşkar edilərək götürülüb. Bu şəxslər izahatlarında narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını etiraf ediblər.

Qeyd edək ki, sonuncu əməliyyatlar zamanı Suraxanı rayonunda ümumilikdə 3 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb.

Faktlarla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırmalar başlanılıb. Adları sadalanan şəxslər tutularaq istintaqa cəlb olunublar. Suraxanı rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa edilməsi istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilir.

img
 
 
araz.az xəbər portalı.

MTN-in Hərbi Əks-Kəşfiyyat İdarəsində qoyun-quzu, tikinti və milyonlarla manat söhbətləri

z 51

Xəbər verildiyi kimi ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Hərbi Əks-Kəşfiyyat İdarəsinin rəisi olmuş general Nizami Şirinovun işi üzrə istintaq tamamlanıb, materiallar baxılması üçün məhkəməyə göndərilib. Nizami Şirinov və onun işi üzrə digər fiqurantlar- idarə rəisləri işləmiş Elcan Abdullayev, Elman Tahirov, əməliyyat müvəkkili işləmiş Nadir Nəzirov Bakı Hərbi Məhkəməsində hakim önünə çıxarılacaqlar. Onlar hədə-qorxu yolu ilə başqasının əmlakını, pulunu ələ keçirməkdə, şantajda, külli miqdarda rüşvət almaqda və digər bu kimi əməllərdə ittiham olunurlar.

Nizami Şirinov bu ilin aprelində həbs edilmişdi. İş üzrə  4 zərərçəkmiş şəxs var. Bunlar Abbasov Emin Seyid Ağa oğlu, Ağayev Rahib Balay oğlu, Ağayev Vüqar Asif oğlu, Yusifov Mirzəli Ağaəli oğludur.

virtualaz.org xəbər verir ki, zərərçəkənlərdən biri-Abbasov Emin Seyid Ağa oğlu Nizami Şirinovun rəhbərlik etdiyi idarənin zabiti olub.  O, 1992-ci ildən 2010-cu ilin aprel ayınadək Hərbi Əks Kəşfiyyat Baş İdarəsində müxtəlif vəzifələrdə işləyib, polkovnik-leytenant rütbəsi daşıyıb. Sonuncu vəzifəsi Hərbu Əks Kəşfiyyat Baş İdarəsində Daxili İşlər Nazirliyinin Daxili Qoşunların və Ədliyyə Nazirliyinin hərbi qurumları üzrə şöbənin rəisi olub. Həmin vaxt Baş idarənin rəisi 2005-ci ildən general-mayor Nizami Şirinov olub.

Bu əks-kəşfiyyatçı hələ bir neçə il əvvəl Eldar Mahmudovun bandasının, o cümlədən Nizami Şirinovun əməlləri barədə istintaq orqanlarına danışıb. Onun danışdıqlarından bəlli olur ki, MTN-nin Hərbi Əks-Kəşfiyyat İdarəsi, vəzifəsi casusları yaxalamaq, hərbi sirləri qorumaq və dövlətin təhlükəsizliyinin təmin edilməsinə yönəlmiş müxtəlif məxfi fəaliyyətlər həyata keçirmək olan struktur əslində inşaat şirkətinin kontoru kimi fəaliyyət göstərirmiş. Yəni Nizami Şirinov və onun əməkdaşları, o cümlədən həmin Emin Abbasovun özü tikinti, torpaq biznesi və digər biznes sahələri ilə məşğul imiş.

Elə Emin Abbasovun öz rəisi ilə münasibətlərinin korlanması da biznes və pul üstündə olub. Belə ki, 2007-ci ildə Nizami Şirinov öz xidməti kabinetində iş adamı, tikinti biznesi ilə məşğul olan Vüqar Ağayevi E.Abbasova təqdim edib, onunla münasibət qurub dostluq eləməyi tapşırıb.

Bu həmin Vüqar Ağayevdir ki, Eldar Mahmudova öz hesabına  villa tikmişdi və onun müxtəlif tikinti layihələrini həyata keçirirdi. Lakin günlərin birində Mahmudov onun əmlakını, o cümlədən Bakı “Ağ şəhər” ərazisində yerləşən hektarlarla torpaq sahəsini (ümumi dəyəri 40 milyon dollara yaxın olan əmlakdan söhbət gedir) əlindən almaq üçün təhdidlərə başlayıb. V.Ağayev əmlakını tələm-tələsik atasının adına keçirərək ölkədən qaçıb, amma Eldar Mahmudov hər halda onun əmlakını ələ keçirməyə nail olub.

“Vüqar Ağayevin tikinti şirkətləri və torpaq sahələri var idi. Onun iş adamı və bacarıqlı sahibkar olduğunu gördüm. Bir gün təklif etdim ki, qardaşım Elxanla bir yerdə iş qursunlar. Qardaşım Şüvəlan qəsəbəsində fiziki şəxs kimi xırdabuynuzlu heyvan biznesi məşğul olurdu. Qala qəsəbəsində 5 hektar torpaq sahəsi var idi. Həmin torpaq sahəsini qardaşım 49 illiyinə  Abşeron rayon İcra Hakimiyyətinin tabeliyində olan Zirə Südçülük sovxozundan icarəyə götürmüşdü. Qardaşımla məsləhətləşib ərazidə fərdi evlər tikməyi planlaşdırdıq. Bu işdə Vüqar da bizə dəstək verdi. Sonra Vüqar torpaq sahəsinə baxış keçirərək orada çoxmərtəbəli bina tikməyin mümkün olduğunu söylədi. İşə başlamaq üçün 200 min dollar verəcəyini də dedi. Bir neçə gün sonra Vüqar Ağayev qardaşım Elxana 100 min dollar verdi” ,-Emin Abbasovun bir neçə il əvvəl istintaqa verdiyi ifadədə belə deyilir.

Beləliklə, hərbi əks-kəşfiyyat zabiti Zirədə qoyun-quzu və inşaat biznesi ilə məşğul olmaqdaykən Nizami Şirinov, yəni rəisi onu yenidən kabinetinə çağırıb. Bildirib ki, əslində Vüqar Ağayevin inşaat üçün verdiyi həmin pul ona məxsusdur və tikiləcək binanın şəriki də özü olacaq.

 İfadədə daha sonra deyilir: “Təxminən 10-15 gündən sonra Vüqar yenidən qardaşıma 100 min dollar verdi. Bundan sonra həmin ərazidə işlər başladı, torpağın kadastr planı çıxarıldı. 2009-cu ilin aprel-may aylarında “Bakı Əyləncə Mərkəzi”ndə Vüqarla görüşdük. Dedi ki, Nobel prospektindəki “Ağ şəhər” adlanan ərazidə özünə məxsus torpaq sahəsini pula ehtiyacı olduğu üçün satmaq istəyir. Amma nazir Eldar Mahmudov və Nizami Şirinov buna imkan vermir. Vüqar torpaq sahəsinin Eldar Mahmudova veriləcəyini, lakin ona heç bir məbləğdə pul ödəmək niyyətində olmadıqlarını bildirdi. Vüqarla axırıncı görüşüm MTN-nin Nərimanov rayon idarəsinin yanında 2009-cu ilin avqust ayında oldu. Vüqar dedi ki, Eldar Mahmudovun yanından gəlir, Nizami Şirinov da orada imiş. Vüqar dedi ki, onun Eldar Mahmudova  külli miqdarda borcunun olduğunu deyirlər və əmlaklarını əlindən almaq istəyirlər”.

Emin Abbasov onu da bildirib ki, Eldar Mahmudovla Nizami Şirinov Vüqar Ağayevin əmlakını tələb edərkən qardaşı Elxanın adına olan 5 hektar torpaq sahəsini tələb ediblər. Daha sonra V.Ağayev ölkədən qaçıb.

Keçmiş əks-kəşfiyyat zabiti deyir: “2009-cu ilin sentyabr ayının ortalarında Nizami Şirinov məni otağına çağırıb qışqıra-qışqıra Vüqar Ağayevin qaçdığını dedi. Onun arvadını, bütün nəslini həbs etdirəcəyini dedi. Nizami Şirinov Vüqarın onu nazirlə üz-üzə qoyduğunu, Eldar Mahmudova 22 milyon manat verməli olduğunu dedi. Vüqar Ağayevin 20 hektar torpağının sənədini, həmçinin qardaşıma verdiyi 200 min manatı tələb etdi. Nizami Şirinov idarədə bölmə rəisi işləyən Daxili Qoşunlara nəzarəti həyata keçirən Qüdsi Maniyevi yanına çağırdı. Maşınımın şüşəsini sındırıb oradan torpağa dair sənədləri götürməyini tapşırdı. Ancaq Qüdsi Maniyev buna etiaz etdi”.

E.Abbasov Nizami Şirinovun hədələrindən sonra qardaşının torpaq sahəsini və iş görmək üçün Vüqar Ağayevin verdiyi 200 mini ona qaytardığını bildirib: “Vüqarın qardaşıma verdiyi 200 min dolların əvəzində 200 min manatı Nizami Şirinovun hədə-qorxusu nəticəsində xidməti otağında ona verdim. Lakin Nizami Şirinov yenə də əl çəkmədi. Polkovnik-leytenant Elman Tahirov vasitəsilə qardaşıma məxsus 20 hektar torpaq sahəsinin sənədlərini gətirməyi, əks halda həbs olunacağını bildirdi. Məcbur olub 19 noyabr 2009-cu il tarixdə Nizami Şirinovun dediyi adamın- Eldar Mahmudovun qohumu İmanova Billurə Məmməd qızının adına Vüqarla qardaşımın şərik olduğu 5 hektar torpaq sahəsinə dair baş etibarnamə verdik.  Bir müddət sonra Nizami Şirinov yenə təhdid etməyə başladı. Əlavə 50 min istədi. İdarə rəisi işləyən polkovnik-leytenant Elman Tahirov vasitəsilə 2009-cu ilin noyabr ayının axırlarında 50 mini Nizami Şirinova verdim. Torpaq sahəsi də Elman Tahirovun iştirakı ilə nazirin qohumu olan qadının adına etibarnamə əsasında qardaşım tərəfindən verildi”.

Emin Abbasov işlədiyi nazirlikdə törədilən digər əməllərdən də danışıb. Bildirib ki, MTN-nin anti-terror mərkəzi, Hilal Əsədovun rəhbərliyi altında, Elçin Quliyev və İlqar Əliyevin iştirakı ilə 2011-ci ildə Xəzər rayon icra başçısının müavini Ələkbər Heydərovun başına torba keçirib aparıblar. Onu hansısa saxta sənədlər verməkdə günahlandırıblar və 550 min manatını alıblar. Bundan başqa Mahmudovun bandası Əmlak Məsələləri Dövlət Komitəsinin Dövlət Reyestr idarəsinin Xəzər rayonu üzrə şöbəsini bağlatdıraraq heç bir rəsmiləşdirilmə aparılmadan həmin şöbənin rəisi Rauf Sultanovu saxlayıblar, ondan təxminən 150-200 min manat alıblar.

 

araz.az xəbər portalı.

Baş Prokurorluqdan Mövlan Şixəliyevlə bağlı AÇIQLAMA

Mövlam

Azərbaycan ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq idarə rəisi general Mövlan Şixəliyevin barəsində Baş Prokurorluğun İstintaq İdarəsində istintaqı aparılan cinayət işi üzrə ibtidai istintaq yekunlaşmaq üzrədir.

araz.az bildirir ki , bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

“Bu barədə ictimaiyyətə ətraflı məlumatın verilməsi təmin olunacaq”, – qurumun Mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, M.Şıxəlıyev Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (ağırlaşdırıcı hallarda hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (ağırlaşdırıcı hallarda rüşvət alma), 341.2.1, 341.2.3 (ağırlaşdırıcı hallarda vəzifə səlahiyyətlərindən sui istifadə etmə və vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham elan edilmiş və barələrində Bakı hərbi məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 

araz.az xəbər portalı.

Elmar Vəliyevin oğlu məhkəməyə verildi

z 12 660x330

Milli Məclisin İnzibati qanunvericilik sektorunun müdiri, Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevin oğlu Elmir Vəliyev məhkəməyə verilib. Ondan şikayətçi olan isə Göygöl rayon sakini Mehman Həsənovdur.

Göygöl rayon Məhkəməsində mülki qaydada iddia qaldıran 61-yaşlı Həsənov deyir ki, 8 ildir Vəliyevlər onun əmlakını alsalar da, bu günə qədər əvəzini ödəmirlər. Söhbət Göygölün Yeni Zod kəndində yerləşən 10 sot torpaq sahəsindən gedir.

“İçərini heç cür görmək olmur”

Həsənovun əlində Yeni Zod kəndində 10 sot torpaq sahəsinin sahibi olduğunu təsdiqləyən sənədlər, o cümlədən mülkiyyət hüququnu təsdiq edən çıxarış da var. Deyir ki, yaşıllıq ərazidə yerləşən sözügedən daşınmaz əmlakı 2010-cu ildə alqı-satqı yoluyla əldə edib: “Öz vəsaitim hesabına o ərazini hasarlatdırdım. Tikintidə istifadə olunan qum, sement, armaturu Gəncədən alıb daşıtdırmışdım. Kifayət qədər xərcim çıxmışdı. 2013-cü ildə xəbər göndərdilər ki, Elmar Vəliyevin oğlu o yeri istəyir. Onların gücünü bilirdim, başa düşürdüm ki, müqavimət göstərməyin mənası yoxdur. Ona görə əvvəlcədən xoşluqla razılaşdım. Gah dedilər, pulunu verəcəklər, gah dedilər, əvəzinə başqa yerdə torpaq sahəsi veriləcək…”.

Həsənov iddia edir ki, üstündən 8 il keçsə də, nə pul ala bilib, nə də torpaq. Üstəlik, əlində sənədləri ola-ola həmin əraziyə də daxil ola bilmir. İddiaçı bildirib ki, dərhal onun çəkdiyi hasarı sökdürüb, daha hündür hasar çəkiblər.

Göygöl sakininin sözlərinə görə, sözügedən ərazidə onunla yanaşı, bir neçə başqa qonşusunun da ərazisinı alıb bir-birinə qatıblar: “Hasar o qədər hündürdür ki, içərini heç cür görmək olmur. Deyilənə görə, Elmar müəllimin oğlu orada özünə istirahət yeri, idman meydançası düzəltdirib. Amma özüm görməmişəm”.

“Şikayət etməyi özümə rəva görmürdüm”

Həsənov bildirib ki, digər mülkiyyətçilərə də əmlakının əvəzi ödənilməmişdi. Ona görə də hələ bir neçə il əvvəl dövlət orqanlarına, məhkəməyə şikayət ediblər. Ona da eyni addımı atmağı təklif eləsələr də, imtina edib. Qarşı tərəfin söz verdiyini nəzərə alaraq, vədə əməl olunmasını gözləyib: “Çünki mənə bir neçə dəfə söz vermişdilər. Gəncə şəhər İcra Hakimiyyətində Elmar müəllimin Mahmud adlı işçisi, adətən, mənimlə əlaqə saxlayırdı. Bir neçə yerdə torpaq sahəsi göstərmişdi. Razılaşdığım da olmuşdu, amma sonradan onu da vermədilər. Hətta ayrı-ayrı yerlərdən daha kiçik ölçülü torpaq sahələrinə də razılaşdım, yenə xeyri olmadı… Aramızda söhbət olmuşdu deyə, mən şikayət etməyi özümə rəva görmürdüm. Axırda başa düşdüm ki, bunlar mənə heç nə vermək fikrində deyil”.

Mehman Həsənovun Elmir Vəliyevə qarşı iddiasına yarım ildən çoxdur ki, Göygöl rayon Məhkəməsində baxılır. Hazırda məhkəmə qeyri-müəyyən vaxta qədər təxirə salınıb.

Əmlaka baxış keçirə bilmirlər

Cavabdeh Vəliyevin nə özü, nə də nümayəndəsi məhkəməyə gəlir. Hakim Qələmdar Abbasov mübahisə predmeti olan əmlaka yerində baxış keçirilməsinə qərar verib.

İddiaçının vəkili, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin əməkdaşları da daxil olmaqla, bir neçə nəfər əraziyə baxış keçirməyə getsə də, içəri daxil ola bilməyiblər.

Vəkil Zabil Qəhrəmanov da AzadlıqRadiosuna bunu təsdiqləyib. Müdafiəçi bildirib ki, bu üzdən məhkəmə prosesi uzun müddətdir ki, təxirə salınıb. Nə vaxt keçiriləcəyi də məlum deyil.

32 yaşlı Elmir Vəliyevin bu ittihamlara münasibətini öyrənmək mümkün olmayıb.

Göygöl rayon Məhkəməsindən isə belə bir işin icraatda olduğunu təsdiqləsələr də, bu barədə açıqlama verməkdən imtina ediblər: “Araşdırmalar davam edən işlə bağlı heç bir açıqlama verilə bilməz”.

Xatırlatma

60 yaşlı Elmar Vəliyev 2004-2011-ci illərdə Yevlaxın, daha sonra 2018-ci ilə qədər Gəncənin icra başçısı olub. O, 2018-ci il iyulun 3-də sui-qəsdə məruz qalıb. Vəliyev və onu mühafizə edən polis əməkdaşına qarşı silahlı sui-qəsd terror aktı kimi rəsmiləşdirilib və bu əməli törətməkdə suçlanan Yunis Səfərov ömürlük azadlıqdan məhrum edilib. Onunla birlikdə mühakimə olunan doqquz nəfərə isə 18-20 il həbs cəzası verilib.

Səfərov bildirib ki, icra başçısını əhaliyə zülm etdiyinə görə öldürmək qərarına gəlib və bu məsələ təkbaşına onun planı olub. Digər təqsirləndirilən şəxslər günahsız olduqlarını, icra başçısına qarşı sui-qəsd olayına heç bir aidiyyətləri olmadığını bildiriblər.

Məhkəmədə sabiq icra başçısının dindirilməsi tələb olunsa da, nümayəndəsi Vəliyevin anlaqsız olması haqda arayış təqdim edib.

 

araz.az xəbər portalı.

Bakıda qadına hücum edən şəxs saxlanıldı – VİDEO

z 186 660x330

Bakıda qadına qarşı quldurluq edilib.

araz.az xəbər verir ki , bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Xəzər rayonu Binə qəsəbəsi sakini olan bir qadın DİN-in “102″ Xidməti Zəng Mərkəzinə məlumat verərək 27 avqust 2021-ci il tarixində evdən çıxıb işə gedən zaman avtobus dayanacağında bir nəfər tanımadığı şəxsin hücumuna məruz qaldığını bildirib.

Zərərçəkən həmin şəxsin onun boğaz nahiyyəsindən tutub müxtəlif bədən xəsarətləri yetirərək əl çantasını almaq istədiyini bu zaman çantanın içərisində olan pul kisəsinin yerə düşməsindən istifadə edərək onu götürüb hadisə yerindən yayındığını deyib.

Qadın pul kisəsinin içində 60 manat, övladlarına aid şəxsiyyət vəsiqələrinin və əmək haqqı kartının olduğunu bildirib.

Qeyd edək ki, həmin şəxsin qadına hücum etməsi ərazidə olan müşahidə kameraları vasitə ilə də qeydə alınıb.

Məlumat daxil olan kimi Xəzər Rayon Polis İdarəsinin (RPİ) 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən dərhal hadisəni törədən şəxsin axtarışlarına başlanılıb. Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakini əvvəllər məhkum olunmuş Teymur Mirzəyev saxlanılıb. O, ifadəsində etdiyi hadisəni etiraf edib.

Faktla bağlı 3-cü Polis Bölməsində toplanan materiallar Xəzər RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Teymur Mirzəyev barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb zəruri istintaq tədbirləri davam etdirilir. Teymur Mirzəyevin paytaxt ərazisində digər analoji cinayətlər etdiyi istisna olunmur.

Onun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi polis orqanlarına və ya Xəzər RPİ-nin 3-cü Polis Bölməsinə məlumat verə bilərlər.

araz.az xəbər portalı.

Dostları avtomatdan atəşə tutdu - Bakıda film kimi hadisə

1630061764 1

2018-ci il dekabrın 27-si saat 23:30-da 1991-ci il təvəllüdlü Tural Babayev Keşlə qəsəbəsi ərazisindən odlu silah yaraları ilə 3 saylı ŞKX-yə daxil olub və orada dünyasını dəyişib.

araz.az BAKU.TV-yə istinadən məlumatına görə, bundan 1 saat sonra Kliniki Tibbi Mərkəzinin tibb bacısı Nizami RPİ 23-cü polis bölməsinə məlumat verib ki, həmin qəsəbədən güllə yaraları ilə 1988-ci il təvəllüdlü Asif Bağırov gətirilib və həyatı xilas edilib.

Həmin tarixli protokola əsasən, Fərzəliyev küçəsi 2 ünvanında yerləşən Tütün Fabrikinin arxasındakı əraziyə baxış keçirilib.

Yolun mərkəzində şüşələri və sol yan güzgüsü sınmış vəziyyətdə "Hyundai Elantra” markalı avtomobil dayanıb.

Avtomobilin salonunda və ətrafında qan ləkələri, 16 ədəd avtomat silahının gilizləri, sürücü oturacağının üzərində, həmçinin yerdə bıçaqlar aşkar edilib.

Nizami rayon prokurorluğunda CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Səhəri gün Zaur İsmayılov (1986-cı il təv.) Nizami RPİ-yə könüllü gələrək təslim olub.

Saxlanılan şəxs Keşlə qəsəbəsi, Köndələn küçəsi 23 ünvanında, təsərrüfat damında gizlətdiyi avtomatı və sandıqçaları göstərib. O, həmin silahla 2 nəfəri güllələdiyini etiraf edib.

Baxış keçirilərkən sandıqçanın biri boş olub, digərinin içində isə 30 ədəd patron aşkar edilib. Bundan başqa, evdə axtarış aparılarkən bir ədəd giliz, güllə, «Nissan» markalı avtomobilin salonundan isə bıçaq götürülüb.

İstintaqla müəyyən edilib ki, 2018-ci ilin iyul ayında Keşlə qəsəbəsi, Sabir küçəsi 1 ünvanında yerləşən "909” adlı kafedə Tural Babayev törətdiyi cinayət əməlinə görə cəza çəkdiyi müddətdə onu ziyarət etməməsini əsas gətirərək Zaur İsmayılovdan əmlakını tələb edib.

Yaranan mübahisə zamanı Tural Babayev onu döyüb, onun yanında olan tanışı Asif Bağırov isə ünvanına nalayiq ifadələr işlədib.

Dekabrın 27-si saat 23 radələrində Babayev və Bağırov "Hyundai” markalı avtomobillə yaşadığı ünvana gəldikdə onlarla təklikdə görüşmək üçün ailə üzvlərini qardaşı Qafur İsmayılovun idarə etdiyi "BMW” markalı maşınla qayınatasının evinə yola salıb.

Turalın və Asifin həmin avtomobili təqib etmələri barədə qardaşından məlumat aldıqda Zaur həmin şəxslərin ona qarşı əvvəllər etdikləri qərəzli hərəkətlərinə görə və aralarındakı ədavətlə bağlı ailə üzvlərinə təzyiq göstərməklə onu alçaltmalarından hiddətlənərək qisas niyyəti ilə sonuncuları qəsdən öldürməyi qərarlaşdırıb.

Hadisəni törətdikdən sonra Nizami RPİ-yə gedib, Tural Babayevin öldüyünü, Asif Bağırovun isə xəsarət alaraq xəstəxanaya yerləşdirildiyini bilib.

Zərərçəkmiş şəxsin hüquqi varisi Südabə Həsənova ifadəsində göstərib ki, oğlu Tural Babayev ilk dəfə yol nəqliyyat hadisəsi törətdiyinə, ikinci dəfə isə kafedə dalaşdığına görə məhkum olunub. Cəzasını çəkib qurtardıqdan sonra heç yerdə işləməyib.

Məhkəmə hesab edib ki, Zaur İsmayılovun törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən CM-nin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 29,120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd), 228.1 (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və ya gəzdirmə) və 228.4-cü (qanunsuz olaraq soyuq silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə düzgün tövsif edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zaur İsmayılov 18 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə hökm dəyişdirilmədən saxlanılıb.

 

araz.az xəbər portalı.

Fahişəliyə cəlb olunan azərbaycanlı qız: “Gün ərzində 7 manatdan 15 nəfərlə…”

fahi

Azərbaycanlı qadınları Türkiyəyə aparaq fahişəliyə cəlb etməkdə təqsirləndirilən Nuranə Əliyevanın (ad-soyad şərtidi) cinayət işi

araz.az Lent.az-a istinadən xəbər verir ki , Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunan qadının cinayət işi materiallarına istinadən zərərçəkmişlərin dəhşətli ifadələrini təqdim edir…

Məhkəmədə dindirilən zərərçəkmiş Nuray Nəzərova (şərtidir) ifadəsində bildirib ki, Xaçmazda ağır vəziyyətdə yaşayıb: “Türkiyəyə gedib, normal işdə çalışmaq niyyətim vardı. Rayonda bir-iki tanıdığımla məsləhətləşdim. Rayondan Nurəsdə adlı qız yaxın vaxtlarda İstanbula gedəcəkdi. Mən də onunla əlaqə saxladım, birlikdə getməyə qərar verdik. İstanbula çatanda bizi Nuranə və Murad adlı türk qarşılayaraq evlərinə apardı. Həmin axşam Nuranə məndən pasportumu istədi. Dedi ki, etibarlı yerdə saxlayaq. Mən də razılaşaraq pasportumu ona verdim. Sabahı gün Nuranə mənə burada fahişəlikdən başqa iş olmadığını dedi. İstanbula gələndə borc alıb gəldiyimdən onun dediyi ilə razılaşmağa məcbur qaldım. Nuranə və Murad müştərilər tapırdı, pulu da onlar alırdı, hər müştəridən alınan puldan az bir hissəsini mənə verirdilər. Bir neçə il cinsi istismara məruz qalmışam. Daha sonra vizamın bitməsinə az qalmış, sənədlərimi Nuranədən geri alıb Azərbaycana qayıtmışam”.

Digər zərərçəkmiş Turanə Şəkərova (ad-soyad şərtidir) ifadəsinə qeyd edib ki, 18 yaşı olan zaman Nuranə və bacısının təkidi ilə İstanbula kafedə xadimə işləmək adı ilə aparılıb:

“Həmin vaxt anam xəstə idi. Onun müalicəsinə xeyli pul lazım idi. Ona görə Türkiyədə xadimə işləmək üçün getdim. Hətta yol pulum belə yox idi. Nuranənin bacısı mənə yol pulu verdi, Anama da bilet aldılar, avtobusla Türkiyəyə yola saldılar. İstanbulda Nuranənin özü və həyat yoldaşı kimi təqdim etdiyi Murad adlı şəxs bizi qarşıladı. Onlar bizi Halkalı bölgəsində yerləşən yaşadıqları evlərinə apardılar. İki gün Nuranəgillə birlikdə yaşadıqdan sonra ayrı ev tutdular. Anam onlarda qaldı. Dedilər ki, sən işdə-gücdə olacaqsan. Mən də razılaşdım. Təzə evdə Nuranə məndən pasportumu aldı ki, etibarlı yerdə saxlayacaq. Pasportumu ona verdim. Axşamı hansı kafedə işləyəcəyimi soruşdum. O isə mənə  xadimə işinin olmadığını onun nəzarəti altında fahişəliklə məşğul olacağımı dedi. Çıxış yolum yox idi. Yaşamaq və anamı müalicə etmək üçün pula kəskin ehtiyacım var idi. Ona görə də razılaşmağa məcbur oldum. Bundan sonra Nuranə və  Muradın gətirdiyi şəxslərlə intim əlaqədə oldum. Həmin şəxslərdən pulları Nuranə və Murad alardı. İki il müddətində gün ərzində 10-15 nəfər kişi ilə görüşüb cinsi əlaqədə olmağa məcbur edildim. Nuranəyə yaşım az olduğumdan dözə bilmədiyimi deyəndə məni hədələdi. Anamı müalicəyə aparırdılar. Ona görə dedikləri ilə razılaşırdım. Müştərilərlə 100 türk lirəsi( 21 manat) müqabilində görüşdüm. Həmin pulun 70 lirəsini (14 manat) Nuranəgil özlərinə götürürdü, qalan 30 lirəsini (7 manat) isə mənə verirdilər. Bundan başqa, Nuranə hər gündən məndən 30 türk lirəsi (7 manat) ev pulu alırdı. Müştərilərlə evdən kənarda, otellərdə və evlərdə görüşürdük. Əsasən müştərilər məni gəlib özləri ilə aparırdılar”.

 

araz.az xəbər portalı.

1 -dən səhifə 17

Əlaqəli xəbərlər