Bu gün Fərman Kərimzadənin doğum günüdür

 ferman-kerimzade.jpgÖz istedadı ilə tariximizi nəsrləşdirmiş, kinolaşdırmış, rəsmləşdirmiş, xarakterik keyfiyyətlərilə ədəbi-ictimai mədəniyyətimizə parlaq rənglər qatmış Azərbaycanın böyük yazıçısı Fərman Kərimzadənin bu gün doğum günüdür.Türk dünyasının gorkəmli ədibi,qüdrətli söz ustası, Doğum Günün Mübarək !
Şaftalı çiçəkləri və bir də “Axırıncı aşırım”

AŞIQ MİKAYIL AZAFLIYA HƏSR OLUNMUŞ FİLMİN TƏQDİMATI OLUB

83844246_1063590177308529_9197160302418853888_n.jpgYanvarın 30-da R.Behbudov adına Mahnı Teatrında Azərbaycan Aşıqlar Birliyi və “Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri” QSC-nin birgə təşkilatçılığı ilə XX əsr Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, saz-söz ustadı, Əməkdar mədəniyyət işçisi Mikayıl Azaflının keçdiyi ömür yoluna və yaradıcılığına həsr olunmuş “Qoca qartalın əbədi uçuşu” adlı filmin təqdimatı olub.

Xalqın sevdiyi sənətkarlar unudulmur

79839577_2603763663063791_3282760993163182080_n.jpgÖz orijinal dəsti-xəttilə hələ gənclik illərindən başlayaraq bütün ömrü boyu olduqca maraqlı, qeyri-adi, kamil sənət əsərləri yaratmış böyük Ustad, Azərbaycanın Xalq rəssamı, Vətəninin vurğunu olan Cəmil Müfidzadə özündən sonra böyük bir məktəb qoyub getdi

Heyf ki, Azərbaycanın qeyri-adi istedadlı, böyük rəssamlarından olan Cəmil Müfidzadə ilə sağlığında görüşmək mənə qismət olmayıb. Ancaq xatırlayıram ki, onunla hələ 50 il əvvəldən - 1970-ci illərdən tanış idim. Vaxtilə onun populyar jurnallar olan "Ulduz" və "Qobustan" jurnallarında verilmiş maraqlı rəsm əsərlərinə heyranlıqla baxırdım. Rəsmlərindəki qeyri-adiliklə yanaşı soyadının da o vaxt mənim üçün yeni, xoşagələn olması o böyük rəssamı mənə xüsusilə yaddaqalan etmiş, sevdirə bilmişdi. Çox illər sonra - ötən il eyni soyadlı görkəmli bir energetik - Azərbaycanın Əməkdar mühəndisi, 100 illik yubileyinə hazırlaşdığımız Həmid Müfidzadə haqqında yazmaq istərkən düşündüm ki, yəqin bunlar eyni soydan, eyni kökdəndirlər. Və biləndə ki, sənətinə çoxdan vurğun olduğum o böyük rəssam Həmid müəllimin kiçik qardaşıdır, çox xoşhal oldum. Deməli, istedadlar bir ailədə tək-tək yox, bəlkə də qoşa gəlirlər dünyaya...

"Azadlıq" meydanında 30 il əvvəl Vətən eşqilə yüksələn hayqırtının azadlığa səsləyən, unudulmayan sədaları

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər ƏLİYEV

Bir nəğməli gecənin düşüncələri

 

 w_161570897967319903075_1000x669.jpg

 

Yaqub Zurufçu vətən həsrətli-eşqli qəlbini "Ayrılıq"dan qopardıb, bütün dünyanı dolaşaraq, onu yalnız Azərbaycanda tapındıra, sevindirib-ovundura bilib

Uğurların kökündə, mayasında duran, Bakıdan Təbrizə aparılan mahnı sevgisi. Vaxtilə atası Qulu kişinin iş dalınca İrandan əvvəlcə Naxçıvana, sonra da Bakıya gələrək, burda bir-neçə il işlədikdən sonra Təbrizə qayıdarkən özü ilə böyük Azərbaycan sevgisi aparması, Sovetlərin radio efirində dalğa pozuculuğuna, dağıdıcılığına baxmayaraq, çətinliklə də olsa, Bakını "tutub", azyaşlı oğlu Yaqubla birgə radioda dahi Bülbülün, Rəşid Behbudovun, Rübabə Muradovanın, Şövkət Ələkbərovanın və digər müğənnilərin ifasında Azərbaycan mahnılarına qulaq asması gələcək müğəninin həyatında çox mühüm, əsas rol oynamışdı.

Nazir Əhmədli: “Məqsədim bütün Qərbi Azərbaycandakı türk izlərini pasportlaşdırmaqdır.”

Nazir-Ehmed.jpg

Jurnalist, yazıçı, tənqidçi və tədqiqatçı-alim, kimya üzrə fəlsəfə doktoru  Nazir Əhmədli ilə kameral təsvirlərdən  danışdıq.

– Kameral siyahıyaalmalar nədir və hansı  məqsədlə keçirilib?

– Bölgəmizdə bu tip sənədlərin tərtibi  böyük Hülakü  hökmdarı Qazan xanın vaxtından başlayır. Ümumiyyətlə,  dövlət öz  mövcudluğu üçün vergi yığmalıdır. Bunun üçün də vergi subyektlərini dəqiqləşdirməli və mal varlığı haqqında təsəvvürə malik olmalıdır ki, torpağına, bağına-bağçasına, evinə, mal-qarasına və s. görə hər kəsdən uyğun şəkildə vergi alsın. Ona görə də yaşayış məntəqələri − kəndlər, şəhərlər üçün bu tip siyahıyaalmalar keçirilirdi. Heç kim vergidən yayınmasın deyə, həmin ərazidə yaşayan adamlar və vergi alınacaq həmin adamların mal varlığı haqqında sənəd lazım idi.

1 -dən səhifə 22