“Rossiya-24”də Azərbaycan Prezidentinin tələbə bileti nümayiş olunub - VİDEO

vesiqe-prezidentil.jpg Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu 75 illiyini qeyd edir. Bununla bağlı Rusiyanın “Rossiya-24” teleknalında Azərbaycan Prezidenti İlham Əliyevin də müsahibəsinin yer aldığı reportaj yayımlanıb.

AZTV.AZ xəbər verir ki, Mariya Bondaryovanın müəllifi olduğu reportajda Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu dünya elitasının kadrlar emalatxanası adlandırılır. 75 il ərzində bu ali təhsil müəssisəsi beynəlxalq səviyyəli mütəxəssislərin hazırlanması üzrə aparıcı dünya mərkəzi kimi tanınıb. Burada vaxtı ilə hazırkı dövlət başçıları, nazirlər, milyarderlər, diplomatlar və məşhur jurnalistlər öz yolunu başlayıblar. Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru Anatoli Torkunov ali təhsil müəssisəsinin mühazirəçilərinin çox böyük nüfuza malik olduğunu bildirərək, qeyd edir ki, vaxt ilə burada dərs dəyənlər sonradan tanınmış siyasətçilər, diplomatlar, səfirlər kimi öz fəaliyyətlərini davam etdiriblər. Onların arasında Azərbaycan Prezidenti İlham Əliyev də var. Reportajda vurğulanır ki, valideynləri onu məktəbə tez göndərdiyinə görə Azərbaycanın dövlət başçısı Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna imtahanları 15 yaşında verib.

Əli Əsədov: "Qarşıya qoyulan bütün vəzifələri layiqincə yerinə yetirəcəyimə söz verirəm"

Eli-Esedov.jpg “Bu gün sizin qarşınızda çıxış edərək Prezident İlham Əliyevə mənə yüksək etimad göstərərək Baş Nazir vəzifəsinə təqdim etdiyinə görə dərin minnətdarlığımı bildirirəm".

APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin Baş Nazir vəzifəsinə təyin edilməsinə razılıq verdiyi Əli Əsədov parlamentin plenar iclasında çıxışında bildirib.

Xocavənd rayonunun işğalından 27 il ötür

xocavend.jpgXocavənd rayonunun işğalından 27 il ötür.
1992-ci il oktyabrın 2-də Ermənistan Silahlı Qüvvələri Azərbaycan Respublikasının Xocavənd rayonunu işğal edib.

DƏYƏRLİ İNSAN HAQQ DÜNYASINDA! MƏMMƏD ƏLİZADƏNİN VAXTSIZ ÖLÜM XƏBƏRİ HAMINI SARSITDI

Memmed-Elızade.jpegHaqqında, bizim üçün, ən ağrılı olan xəbəri səhər tezdən eşitdik. Doğrudan da, dünya yaman dünyaymış: Dəyərli insanın ölüm xəbəri bütün dostları yaman sarsıtdı. Hamı məsləhət gördü ki, bu yaxınlarda araz.az-da dərc olunan onun öz yazısını tapaq. Tapdıq da. Sanki özünə həsr edibmiş bu yazısını. O yazıda nə yazıbsa, hamısı, elə bil, özünə aiddir. Azərbaycanının və xalqının müstəqilliyi, azadlığı naminə mübarizələrdə nələr gəlmədi başına?! Bu çətin yolda, hətta cəhənnəm kimi bəşəriyyətə məlum olan Lefertovo zindanının məşəqqətini də yaşadı.
İndi əlimizdən nə gəlir ki?!. Elə, o yazısını təkrar dərc edməklə, onun nə qədər dəyərli insan, ölkəmiz üçün nə qədər lazımlı ictimai-siyasi xadim olduğunu bir daha ictimaiyyətin diqqətinə çatdırırıq. Çünki o yazısında göstərilən bütün kriteriyalar onun dahi, vətənpərvər insanlıq xarakterinin göstəriciləridir. Bu baxımdan, yazısında qeyd etdiyi bütün əməl ölçüləri onun etdikləri ilə həmahənglik təşkil edir.
Redaksiyamızın kollektivinin isə, onun kədərli ailəsinə, onu sevən üzüntülü bütün yaxınlarına və bu ölüm acısını yaşayan hər kəsə başsağlığı verməkdən başqa əlindən bir şey gəlmədi.
Allahdan hamıya səbr diləyirik!
Qəbri nurla dolsun, bu dəyərli və gözəl insanın!

1 -dən səhifə 112

Əlaqəli xəbərlər