ŞOK: BU QƏSƏBƏDƏ sakinlərin 60 faizi yerin altında YAŞAYIR – FOTO

ldjlghaeru

Cənubi Avstraliyada yerləşən Kuber Pedi qəsəbəsinin 60 faiz əhalisi sözün əsl mənasında yerin altında yaşayır.

"BBC Travel" xəbər verir ki, buna səbəb mədənlərə görə qəsəbəni bürüyən qırmızı toz təbəqəsidir.

Yerli insanlar daha yaxşı hava udmaq üçün köhnə mədənlərin yerində sığınacaqdan kilsəyə qədər yeraltı cəmiyyət yaradıblar.

Qəsəbə 1970-1980-ci illərdə təqribən 1000-dən çox mədənçiyə ev sahibliyi edib.

Yeraltı qəsəbənin ən maraqlı tərəfi isə buradakı elektrik enerjisi layihəsidir.

2017-ci ildə tətbiq olunan layihəyə görə, ərazinin günəşli və küləkli havasından faydalanaraq, şəhərin ehtiyacı olan 70 faiz enerji təlabatı ödənilir.

"Bir dəfə yer altında yaşamağa öyrəşdinizsə, bir daha normal evdə yaşamaq istəməyəcəksiniz", - deyə 53 ildir mədəndə çalışan yaponiyalı Con Danstan deyib.

ŞOK: BU QƏSƏBƏDƏ sakinlərin 60 faizi yerin altında YAŞAYIR – FOTOŞOK: BU QƏSƏBƏDƏ sakinlərin 60 faizi yerin altında YAŞAYIR – FOTOŞOK: BU QƏSƏBƏDƏ sakinlərin 60 faizi yerin altında YAŞAYIR – FOTOŞOK: BU QƏSƏBƏDƏ sakinlərin 60 faizi yerin altında YAŞAYIR – FOTOŞOK: BU QƏSƏBƏDƏ sakinlərin 60 faizi yerin altında YAŞAYIR – FOTOŞOK: BU QƏSƏBƏDƏ sakinlərin 60 faizi yerin altında YAŞAYIR – FOTOŞOK: BU QƏSƏBƏDƏ sakinlərin 60 faizi yerin altında YAŞAYIR – FOTOŞOK: BU QƏSƏBƏDƏ sakinlərin 60 faizi yerin altında YAŞAYIR – FOTOŞOK: BU QƏSƏBƏDƏ sakinlərin 60 faizi yerin altında YAŞAYIR – FOTOŞOK: BU QƏSƏBƏDƏ sakinlərin 60 faizi yerin altında YAŞAYIR – FOTOŞOK: BU QƏSƏBƏDƏ sakinlərin 60 faizi yerin altında YAŞAYIR – FOTOŞOK: BU QƏSƏBƏDƏ sakinlərin 60 faizi yerin altında YAŞAYIR – FOTOŞOK: BU QƏSƏBƏDƏ sakinlərin 60 faizi yerin altında YAŞAYIR – FOTOŞOK: BU QƏSƏBƏDƏ sakinlərin 60 faizi yerin altında YAŞAYIR – FOTOŞOK: BU QƏSƏBƏDƏ sakinlərin 60 faizi yerin altında YAŞAYIR – FOTO

Bütün dünya Türkiyədə yaşanan balıqçı və leyləyin dostluğundan danışır – FOTO

422032981

Bu kənddə yaşanan balıqçı ilə leyləyin dostluğu, milyonlar tərəfindən diqqətlə izlənilərək hekayəyə dönüb. Leylək hər il kəndə gəlişini Adəm Yılmazın qayığına qonaraq xəbər verir.
Türkiyənin Bursa şəhərində yaşayan Adəm Yılmazla dostluğu film mövzusu olan Yaren adlı leylək Eskikarağac Leylək kəndinə bu il 10-cu dəfə gəlib. “Yaren Leylek” adlandırılan quşun gəlməsi onun 10 illik dostu, balıqçı Adəm Yılmazı hamıdan çox sevindirib.
“Yaren mənim övladım kimidir. Altı ay ərzində mən balıq tutub ona yedirəcəyəm”, – deyə Yılmaz bildirib.

Sputnik Türkiyə xəbər verir ki, Avropanın leyləklərin köç etdiyi kəndləri arasında Türkiyəni təmsil edən yeganə kənd Bursanın Karacabey rayonuna bağlı Eskikarağac Leylək kəndidir. Bu kənddə yaşanan balıqçı ilə leyləyin dostluğu, milyonlar tərəfindən diqqətlə izlənilərək hekayəyə dönüb. Leylək hər il kəndə gəlişini Adəm Yılmazın qayığına qonaraq xəbər verir.
Keçən illərə nisbətən Yaren Leylək bu il 3 gün gec gəlib. Bu da onun balıqçı dostunu çox narahat edib. Amma vəfalı quş kəndə çatanda ilk olaraq balıqçı dostunun qayığını ziyarət edib və balığa qonaq olub. Həmin anı təbiət fotoqrafı Alpər Tüydeş fotokamerasının yaddaşına köçürüb.
Alpər Tüydeş Yaren Leylək və Adəm Yılmaz hekayəsini ortalığa çıxarandan sonra, bu hadisə təbiətsevərlər tərəfindən maraqla izlənməyə başlayıb. Hadisə 2019-cu ildə Karacabey Bələdiyyəsinin təşəbbüsü ilə rejissor Burak Doğansoysal tərəfindən filmə çəkilib. Bu film Praqa Film Festivalı tərəfindən “Ən yaxşı sənədli film” mükafatını qazanıb. Karacabey Bələdiyyəsi Yaren Leylək və onun yoldaşının yaşadığı yuvanın internet üzərindən 7 gün 24 saat canlı yayında izlənə bilməsi üçün www.yarenleylek.com saytını yaradıb. Beləliklə, Yaren Leylək onu maraqla gözləyən təbiətsevərlər tərəfindən izlənilir.
Bu il gəlməyəcəyindən nigaran idim. Çünkü həmişəkindən üç gün gec gəldi. Gələcəyinə tərəddüd edirdim. Allaha şükür ki, dünən kəndə, bu gün də qayığıma gəldi. Çox şadam. Kəndimiz də Yaren Leyləyi çox sevir. Hər il olduğu kimi, bu il də gəldi. Yarenin gəlişinə övladlarımın gəlişi kimi sevinirəm. Altı ay müddətində balıq tutub ona yedirəcəyəm. Ümid edirəm ki, hər il gələcək və Adəm əmisini sevindirəcək. Üç övladım vardı, Yaren də dördüncü oldu. Bu il Yaren bizi çox intizarda qoydu. İndi məmnun və rahatam. Yarenlə hekayəmiz kitaba çevrilsə, çox gözəl olar, bundan şərəf duyaram”, – deyə Adəm Yılmaz bildirir.
Fotoqraf Alpər Tüydeş isə deyib ki, bu il Yarenin yaşı artdığı üçün onun gəlməyəcəyini düşünüblər:
Qonşu kəndlərə leyləklər gəldiyi üçün gözümüz havada qalmışdı. Adəm əmi ilə intizarla gözləyirdik. Leyləklərin ömrü təqribən 10 il olur. Biz də Yarenin yaşının 10-14 arası olduğunu düşünürük. Yaşlı olduğu üçün köçüb gələcəyinə o qədər də inanmırdıq. Amma Yaren dünən yuvasına gəldi və ora qondu. Hamı həyəcanla gözləyirdi. Biz Yareni qayığa qonmasından tanıyırıq. Bu gün səhər Yaren Adəm əmi ilə qovuşdu, onun qayığına qondu. Bu hekayəni həm ölkədə, həm də xaricdə yaymaq üçün sosial mediada da kampaniyaya başlamışıq”.
Yaren Leyləyin kilometrlərlə uzaqlardan heç yolunu azmadan yuvasına gəlməsi kənd camaatı arasında böyük sevinclə qarşılanır. Hər il Eskikarağac Leylək kəndinə Yarenlə birlikdə xeyli sayda Yarensevərlər də gəlir.
Karacabey Bələdiyyəsinin sədri Əli Özkan deyib ki, Yaren yaşlı olduğu üçün ona çip taxa bilməyiblər. Amma onun balalarına bu il bələdiyyə çip taxacaq. Bu, quşların hərəkət trayektoriyasını və Yarenin taleyini izləmək məqsədilə ediləcək

araz.az

Ən az benzin "yandıran" 5 maşının adı açıqlandı - SİYAHI

1401399

Sənayenin təbiətə vurduğu ziyan isə artıq rəqəmlərlə ölçülmür.

araz.az  xəbər verir ki, avtomobil sektoru isə bu zərərin başında gələn amillərdəndir. Artıq dünyada bir çox ölkə, Günəş enerjisi, elektirklə işləyən zərərsiz avtomobillərdən istifadəyə keçid edir. Bütün dünyanın bu yenilikləri tətbiq etməsinə isə illərlə zaman lazımdır. O zamandək çalışıb ən az benzin istifadə edərək havaya çirkli və zərərli qazların buraxılmasının qarşısını alan avtomobilərdən istifadə etmək tövsiyə edilir.

"Peugot 208" - 5K 1.0 l

“Peugeot 107” - 1.0 I 12V 68hp

“Skoda Citigo” - 1.0 MPI 60 PS

“Ford Fiesta” - 1.0 L 100PS Manuel

“Nissan NOTE” - 1.2 M/T

(avtosfer.az)

Hər gün 30 qram kərə yağı yeməlisiz - VACİB SƏBƏB

big 1614451726 ky
 
Bir zamanlar qıtlıq illərində həkimlər, dietoloqlar kərə yağını az qala sağlamlığın düşməni elan edib, insanları inandırırdılar ki, problemlərin səbəbkarı kərə yağıdır.
Duru yağı, ucuz bitki yağı, marqarin daha yaxşıdır. İndi isə əksinə deyirlər: kərə yağı lazımdır, vacibdir, indi də yaxşı, təmiz kərə yağı tapılmır.
Normaya görə insan sutkalıq 30qr kərə yağı almalıdır.
Hər gün kərə yağı yeməyin faydalarını təqdim edirik.
-Yanlış olaraq deyirlər ki, kərə yağı xolesterini artırır, damarları tutur. Amma kərə yağı pis xolesterinlə yanaşı yaxşı xolesterini də artırır, bu da damarlardan, qandan zərərli xolesterini qovmaq üçün vacibdir.
- Dırnaqlar, saç, dəri sağlamlığı üçün – Omeqa 3-6, A, E, D vitaminləri kərə yağındadır.
- Ürək-damar sistemi üçün – damarlarda xolesterin tıxaclarının qarşısını alır. Damarları tonusda saxlayır.
- Mədə-bağırsaq sistemi üçün – kərə yağında olan qlikosfinqolipidlər bağırsaqları infeksiyalardan qoruyur. İltihabı götürür, qastrit əmələ gəlməsinə qoymur
- Xoşbəxtlik hormonu serotonin artır Süd yağı triptofan beyin üçün vacibdir. Triptofan və serotonin beynin işini yaxşılaşdırır, yuxunu qaydaya salır, depressiyadan çıxarır, təşviş və qorxuya qarşıdır. Sümük sistemi, endokrin hormonlar, hipofiz üçün vacibdir.
- Mərkəzi sinir sistemini tənzimləyir – deməli bütün nevroloji problemlərdə kərə yağı lazımdır. Bəlkə ona görə son zamanlar insanlarda pessimizm, sinir, əsəb pozulması artıb. Çünki yağlı süd və kərə yağı qəbul etmirik.
- Orqanizmin daxilində zərərli göbələklərin yayılmasının qarşısını alır
Həkimlər gündə 30 qram təmiz kərə yağının nə piylənmə, nə damar tutulması, nə ürək problemi yaratmayacağını bildirir.
Bişirilmələr üçün əridilmiş kərə yağı istifadə olunmalıdır.(medicina.az)

Azərbaycanlı gənc dizayner “Zəfər” adlı avtomobilin dizaynını hazırladı

Screenshot 2 19masın

Azərbaycanlı gənc dizayner Ramil Nəcəfov yeni layihə üzərində işini başa çatdırıb.

Onun budəfəki layihəsi Vətən müharibəsində qazandığımız şanlı qələbəyə həsr olunub.

Dizayner AZƏRTAC-a bildirib ki, hazırladığı avtomobil layihəsi “Zəfər” adlanır.

Avtomobilin 3d formatda dizaynını işləyən Ramil qeyd edib ki, yeni layihənin hazırlanmasında estetik və modern üslubdan, eləcə də müasir texnologiya və vizual səhnələrdən istifadə olunub:

“Qarabağımızda qazandığımız möhtəşəm qələbə məni bu işə sövq etdi. Şuşanın azad olunması, qısa müddətdə bu mədəniyyət beşiyimizə avtomobil yolunun çəkilişinə başlanması məni hədsiz sevindirdi. Ona görə də vizual səhnələrdə “Zəfər” avtomobilini Şuşaya çəkilməkdə olan avtomobil yolunda göstərməyə çalışmışam”, – deyə gənc dizayner bildirib.

Ramil Nəcəfovun sözlərinə görə, bu layihə təkmilləşdirilərək gələcəkdə yerli avtomobil sənayesinə, həmçinin dünya bazarına çıxarıla bilər. Bunun üçün investisiya lazımdır. O, bu layihəni işləməklə avtomobil istehsalı ilə məşğul olan şirkətlərin, investorların diqqətini çəkmək istəyir.

İyirmi səkkiz yaşı olan gənc dizayner bu sahə üzrə təhsilini xaricdə davam etdirmək, avtomobil istehsalçıları ilə əməkdaşlıq etmək arzusundadır.





Peyvənd insanı neçə müddət qoruyur? — “Moderna” açıqladı

peyvendd

“Moderna” şirkətinin istehsal etdiyi koronavirus peyvəndi insanda bu virusa qarşı ən az bir illiyə immunitet yaradır.

Turkustan.info-nun məlumatına görə, Novator.az saytı “Reuters” agentliyinə istinadla xəbər verir ki, peyvəndin istehsalçısı bunu yanvarın 11-də açıqlayıb.

“Moderna” (“Modified RNA”nın qısaldılmış forması) ABŞ-ın Massaçusets ştatının Kembric şəhərində yerləşən biotexnologiya şirkətidir. 2010-cu ildə təsis olunub.

Şirkət koronavirus əleyhinə vaksinin hazırlanması prosesinə 2020-ci ilin yanvarından başlayıb.

Mart ayında ABŞ-da qida məhsullarının və dərman preparatlarının keyfiyyətinə sanitar nəzarəti həyata keçirən administrasiya (FDA) “Moderna”nın koronavirus vaksini üzrə klinik sınaqlara keçməsinə icazə verib. Klinik sınaqların yüksək mərhələsi (üçüncü mərhələ) iyul ayında start götürüb.

“Moderna”nın peyvəndi ABŞ-da dövlətin klinik sınaqların üçüncü mərhələsində maliyyələşdirdiyi ilk COVİD-19 vaksini olub. Klinik tədqiqatlar zamanı “Moderna” peyvəndi ümumilikdə COVİD-19-a yoluxma hallarının və xəstəliyin ağırlaşmasının qarşısının alınmasında 95 faiz effekt verib.

Bu vaksin həm kişilərdə, həm də qadınlarda, bütün yaş qruplarında, irqi və etnik cəhətdən fərqli qruplarda, həmçinin yanaşı xəstəliyi olduğu üçün risk qrupuna aid edilən şəxslərdə effektiv nəticə göstərib.

“Moderna” vaksini mRNT əsaslıdır. Vaksin orqanizmə koronavirusun səthində yerləşən peplomerlərdən müdafiə yaratmaq üçün genetik resept olan mRNT ötürür. Peyvənd inyeksiya edildikdən sonra orqanizmdə immunitet sistemi peplomerlərə qarşı anticisimlər formalaşdırır. Peyvənd olunmuş şəxs sonradan koronavirusa məruz qaldığı zaman bu anticismlər virusa hücuma keçir.

“Moderna”nın vaksini xüsusilə virusun “birləşmə öncəsi stabilləşdirilmiş peplomer qlikoproteini” adlandırılan struktur üçün nəzərdə tutulmuş sintetik mRNT ehtiva edir.

Vaksinin tərkibində lipidlər adlanan yağlı maddələr, trometamin, trometamin hidroxlorid, sirkə turşusu, natrium asetat və saxaroza da var.

“Moderna”nın peyvəndi bir adama 28 günlük intervalla 100 mikroqram dozada iki dəfə inyeksiya edilir. İkinci dozadan sonra ən azı 14 gün ərzində peyvəndin COVİD-19-a qarşı effektivliyi 95 faiz təşkil edir.

Bu vaksin 18 yaşdan yuxarı şəxslərin istifadəsi üçün nəzərdə tutulub.

“Moderna” vaksini təxminən mənfi 20 dərəcədə, yəni məişətdə istifadə olunan adi soyuducuların yaratdığı temperaturda saxlana bilər.

Peyvənd olunan adamda ortaya çıxan əks təsirlərə inyeksiya nahiyəsində ağrı, yorğunluq, baş ağrısı, əzələ ağrısı, oynaqlarda ağrı və üşütmə daxildir. Əlavə təsir kimi limfa düyünlərində şişmə də ola bilər.

2020-ci ilin noyabrında “Moderna” şirkəti öz vaksininin kütləvi istifadəsinə icazə verilməsi üçün FDA-ya müraciət edib.

Dekabr ayında FDA “Moderna”nın vaksininə yaşıl işıq yandırıb.

Hazırda ABŞ-da, Kanadada, Böyük Britaniyada və bir sıra başqa ölkələrdə əhalinin koronavirus əleyhinə peyvəndlənməsi prosesində bu vaksindən də istifadə olunur.

“Moderna” şirkəti 2021-ci ilin sonunadək 600 milyon dozadan çox, 1 milyard dozayadək vaksin istehsal etməyi planlaşdırır. Həmin dozaların satışından şirkətin 11 milyard 700 milyon dollar qazanc əldə edəcəyi gözlənir.

“Üçüncü şəxslər görmür” – “WhatsApp”dan yeni gizlilik müqaviləsi ilə bağlı VACİB AÇIQLAMA

vatsap123

“WhatsApp” tətbiqetmənin davamlı istifadəsi üçün 8 fevral tarixinə qədər təsdiqlənməsi ilə bağlı yenilənmiş gizlilik müqaviləsi barədə açıqlama verib.

araz.az  konkret.az-a istinadən xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.

Bildirilir ki, “WhatsApp” insanların tətbiqetmədən alış-veriş etməsini və müəssisələrdən dəstək almasını asanlaşdırmaq istəyir:

“Şəffaflığı daha da artırmaq və müəssisələrin “WhatsApp” vasitəsilə müştəriləri ilə ünsiyyət qurmasına kömək etmək üçün gizlilik siyasətimizi yeniləyirik. Bu sayədə müəssisələr ana şirkətimiz “Facebook” vasitəsilə etibarlı hostinq almaq imkanı qazanacaqlar.

Bu yeniləmə “WhatsApp”ın “Facebook”la məlumat paylaşmasını dəyişdirmir, insanların dünyanın harasında olursa-olsun, dostları və ya ailəsi ilə xüsusi ünsiyyət qurmalarına təsir göstərmir”.

Qeyd edilir ki, “WhatsApp”da dostlarınız və ailənizlə etdiyiniz söhbətlər və mesajlar şifrələmə ilə qorunur. Şifrələmə məlumatın yalnız sizin və söhbət etdiyiniz şəxs tərəfindən oxunub dinlənilməsini təmin edir. Üçüncü şəxslər hətta “WhatsApp” və ya “Facebook”da bu məzmuna baxa bilmir. 

1 -dən səhifə 41

Əlaqəli xəbərlər