Yüz milyonlarla dollara başa gələn tarixin ən bahalı serialı çəkiliş məkanını dəyişdi

1628872082.4168“The Lord of the Rings” (“Üzüklərin hökmdarı”) serialının ikinci sezonu üçün çəkiliş prosesi Yeni Zelandiya əvəzinə Böyük Britaniyada aparılacaq. Bu barədə “BBC News” məlumat yayıb.

Bu addım “Amazon Studios” tərəfindən istehsal bazasının genişləndirilməsi strategiyasına uyğun olaraq atılıb.

Televiziya şousu orijinal trilogiyanın hadisələrindən min illər əvvəli əks etdirəcək. İlk sezonun premyerası 2 sentyabr 2022-ci ildə “Amazon Prime Video” vasitəsi ilə planlaşdırılır. Onun istehsalı studiyaya 465 milyon dollara başa gəlib. Bu serial artıq tarixin ən bahalısı sayılır.

 

 

araz.az xəbər portalı.

Əlaqəli xəbərlər