"Taliban"ın açdığı İkinci cəbhə -- Türkiyə və Azərbaycan üçün BÖYÜK TARİXİ ŞANS!

31t5qt24

İndi tarixin elə bir dönəmində yaşayırıq ki, həm Azərbaycan, həm də Türk Dünyası üçün, çox əlverişli yeni bir siyasi dövr başlayıb

"Taliban"ın bütün Əfqanıstanı nəzarətə götürməsi və hakimiyyətə yiyələnməsi, əslində, bu dövlətdə ikitirəli hakimiyyət dövrünün sonu, bütöv Əfqanıstanın vahid hakimiyyət tərəfindən idarə olunmasının bərpası deməkdir. Zatən, "Taliban" bu ölkədə hakimiyyətə təzəcə gəlməyib, ABŞ və NATO işğalından sonra, faktiki olaraq, iki hissəyə bölünən Əfqanıstanın müəyyən əraziləri üzərində bu günə kimi nəzarətini və hakimiyyətini qoruyaraq, saxlaya bilib.
Bəli, "Taliban" Əfqanıstanda hakimiyyətdən getməmiş, ABŞ və onun müttəfiqləri tərəfindən işğal olunmuş ölkənin yarısına nəzarəti itirmişdi. Odur ki, "Taliban" bütün Əfqanıstan üzərində vahid olacaq hakimiyyətini bərpa edə bilib. Təbii ki, "Taliban" kimi radikal dini təşkilatın Əfqanıstanda hakimiyyətə bu asanlıqla yiyələnməsi, böyük siyasi oyunun tərkib hissəsi kimi, əldə etdiyi hakimiyyəti müqabilində götürdüyü öhdəliyi, onun üçün müəyyən edilmiş hədəf və məqsədləri həyata keçirməli və reallaşdırmalıdır. "Taliban"ın hakimiyyətə gətirilməsi, ABŞ, Böyük Britaniya və Türkiyə arasında razılaşdırılmış plan üzrə həyata keçirilib. Proseslərin analizi və "Taliban"ın ilkin açıqlamaları, onun bu üç ölkəyə müəyyən dövr üçün müttəfiq kimi davranacağını göstərir. Ümumiyyətlə, Əfqanıstanda gedən və dünya nizamını dəyişə biləcək bütün proseslər, Rusiya və İran üçün ən xoşagəlməz və təhlükəli nəticələr vəd edir. Rusiyanın "Taliban"la bağlı qarışıq açıqlamaları, bu dövlətin Təhlükəsizlik Şurasının təcili iclasları və "Taliban" rəsmisinin Rusiya Federasiyası haqqında söylədikləri də göstərir ki, regionda əldə etdiyi tam hakimiyyəti müqabilində, bu qurumun əsas öhdəliyi, Rusiya üçün cəhənnəm yaratmaqdan ibarətdir.
İndi tarixin elə bir dönəmində yaşayırıq ki, həm Azərbaycan, həm də Türk Dünyası üçün, çox əlverişli yeni bir siyasi dövr başlayıb. Elə, bu tarixi şansımızdan tam istifadə etməklə də, publik səsləndirilməsi məqbul sayılmayan hədəflərimizi tam reallaşdıra bilərik. Onsuz da, dünyanın bölünməsi baş tutub və bu bölünmədə Türk Dünyası, ingilislər, yəhudilər bir tərəfin ön sırasında olanlardır. Türk qanına susamış İranın aqibəti isə, Rusiyadan da daha acınacaqlı olacaq. İstər-istəməz, "Taliban"la üzə-üzə gələcək İran ətrafında halqa daha da daralacaq və bu dövlətin indiki sərhədləri daxilində mövcudluğuna böyük təhlükələr daimi hərəkətdə olacaq.
"Taliban"la diplomatik və siyasi əlaqələrimiz qurulmalıdır. Düzdür, qeyri-rəsmi olsa da, Türkiyə artıq bu prosesləri idarə edir. Türkiyə və Azərbaycan arasında müttəfiqlik haqqında Şuşa Bəyanatı, bu qənaətimizə bir daha əsas verir. Çünki, həmin Bəyanata əsasən, Türkiyə və Azərbaycanın Təhlükəsizlik şuraları əlaqəli fəaliyyət göstərir. Bu baxımdan, Türkiyə və Azərbaycan arasında "Taliban" barəsində ümumi bir qərarın olduğu şübhəsizdir. Təbii ki, "Taliban"ın yaratdığı vəziyyət, Rusiya və İran üçün real üzücü, süründürücü hərbi qarşıdurma şəraiti yaradır. Faktiki olaraq, "Taliban" Rusiya və İrana qarşı ikinci cəbhə açmaqla, bu dövlətlərin hərbi və iqtisadi gücünü parçalamış olur. Belə bir durumda, Yaxın Şərqdə, eləcə də Asiyada konfliktlərə və hərbi qarşıdurmaya cəlb edilən Rusiya və İranın siyasi manevr imkanları da məhdudlaşır.
Əfqanıstanda "Taliban"ın tam hakimiyyətə yiyələnməsindən sonra, Rusiyanın patronajında olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) daxil olan müsəlman ölkələrindəki vəziyyət, Rusiyanı daim “foksda” olmağa məcbur edəcək. Əks təqdirdə, Rusiya Orta Asiya dövlətlərində hərbi mövcudluğunu itirə və onsuz da, formal KTMK-nı daha əhəmiyyətsiz hala sala bilər. Nəticədə, Rusiya özü üçün, keçmiş SSRİ respublikalarından yaratdığı “bufer” zonasından məhrum olar və birbaşa, öz sərhədlərində təhlükə ilə üz-üzə qalar. Odur ki, Rusiyaya qarşı açılmış ikinci cənub cəbhəsi ən real və qorxulu ssenaridir. Buna görə də, Rusiya bütün hərbi və iqtisadi gücünü bu istiqamətə sərf etmək məcburiyyətindədir. Elə, bu səbəbdəndir ki, hazırki durum, Türkiyə və Azərbaycan üçün olduqca əlverişli şərait və imkanlar yaradır. Bu isə, qəti şəkildə onu deyir ki, daha böyük hədəflərimizi reallaşdıra bilərik.

Vüqar DADAŞOV,
hüquqşünas, Qarabağ qazisi, MCP Siyasi Şurasının üzvü.

Rövnəq Abdullayevin SOCAR-da yaratdığı ailə təsərrüfatı...

WhatsApp Image 2021 01 10 at 23.35.04
 
 
..ARDNŞ prezidenti bu "çetedə" birləşən doğma-yaxınlarının əliylə, sərvətlərimizin istismarından əldə edilən milyonları həzmi-rabedən keçirir
  
İctimai-siyasi xadim, Böyük Dayaq Partiyası Təşkilat Komitəsinin sədri, "Tərəqqi""3-cü dərəcəli Vətənə Xidmətə Görə" ordenlərinin laureatı, yazıçı-publisist, 
Azərbaycan və Rusiya Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, diaspor fəalı
kimi yaxşı tanıdığımız Mirkazım Seyidov özünün Facebook səhifəsində ARDNŞ prezidenti Rövnəq Abdullayevlə bağlı maraqlı yazı dərc edib. Sosial şəbəkələrdə böyük marağa səbəb olan həmin yazını olduğu kimi təqdim edirik:
 
"Vətən Müharibəsində mənfur düşmənlə, eləcə də müharibə qədər qorxulu olan öldürücü pandemiya ilə mübarizə aparan xalqımız üçün gərgin keçən belə bir məqamda, ölkəmizdə benzinin və dizel yanacağının qiymətinin qaldırılması üçün Tarif Şurasına təklif verən Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin əsl məqsədi başqadır. Yəqin ki, Rövnəq Abdullayev bu dəfə öz oğlu Rəşada 1,5 milyonluq yox, daha bahalı saat almaq üçün, itilənmiş dişlərini qıcayıb. Məhz etdiyi bu və bu kimi xoşagəlməz əməllərinə görədir ki, artıq, el arasında da ARDNŞ-ın açmasını belə ifadə edirlər: "Abdullayev Rövnəqin Dədəsinin Neft Şirkəti". 
 
İllərdi bu qurumda baş verənlər, bu yozumun doğruluğuna şübhə yeri də qoymur. Rövnəq Abdullayevin və ətrafına topladığı doğma-yaxınlarının dövləti necə talamaları barədə mətbuat yazılarına baxmaq kifayətdir ki, bunun doğruluğuna sizlər də şübhə etməyəsiniz. Bu yerdə onu da diqqətinizə çatdırmaq istərdim ki, SOCAR-dakı ən mühüm vəzifələri də, Rövnəq Abdullayevin qohumları və yaxınları tutublar. Deyilənlərin təsdiqi olaraq, gəlin, həmin vəzifə sahiblərinin siyahısına bir daha diqqət yetirək: 
 
-- Anar Əlizadə! SOCAR prezidenti Rövnəq Abdullayevin dayısı oğludur. O, bu neft şirkətinin faktiki sahiblərindən biri kimi özünü təsdiq edib, çoxdan milyarderə çevrilib; 
 
-- Bədəl Əliyev! Anar Əlizadənin bu şirkətdə önəmli vəzifələr tutan qardaşlarından biridir. Çoxdan SOCAR İnformasiya Texnologiyaları Departamentində (rəis İnayət müəllim, onun təchizat üzrə müavini Rövnəq Abdullayevin sinif yoldaşı Azər müəllimdir) satınalmalar üzrə menecer vəzifəsində çalışır;
 
-- Nihad Əliyev! O da Anar Əliyevin qardaşıdır. Vəzifəsi SOCAR-da satış direktorudur;
 
-- Nüsrət Əliyev! Bu isə, Anar Əliyevin atası, Rövnəq Abdullayevin dayısıdır. Öz oğluna ölkənin senzoru olmadığını indiyədək başa sala bilməyən bu ata, Neft Emalı Zavodunda Qaz sektorunun müdiri vəzifəsini tutub;
\WhatsApp Image 2021 01 10 at 23.32.45
 
-- Anar Əliyevin əmisi Azad! Rövnəq Abdullayevin digər dayısıdır. Neft Emalı Zavodunda "Kislorod" deyilən sektorun müdiri vəzifəsi onun adına "özəlləşdirilib";
 
 -- Anar Əliyevin xalası oğlanları! Onların biri “Suraxanı OYL” Əməliyyat Şirkətinin, digəri isə, “Balaxanıneft”in  rəhbərləridir;
-- Anarın əmi nəvəsi Ramil Əliyev! O da, burada mühüm vəzifə tutur -- xeyli vaxtdır “EKOL”un rəisidir;
 
-- Anarın digər əmi nəvəsi Nail Əliyev!  Neft-Yağ Emalı Zavodunun rəisi vəzifəsində özünü möhkəmlədə bilib;
-- Anarın yaxın dostu Vasif müəllim! Onu da Anarın özü burada mühüm bir vəzifəyə gətirib. Daha doğrusu, o, şirkətin Neft Kəmərləri İdarəsinin rəisidir...
 
Bu siyahını hələ çox uzatmaq olardı. Lakin buna hələlik ehtiyac duymadıq. Bu yerdə yalnız onu demək istədik ki, bunlar, sanki Rövnəq Abdullayevin SOCAR-da qəsdən yaratdığı bir aktopod sistemidir və o, hər bir ölkə vətəndaşının payına düşən sərvətlərimizin istismarından əldə edilən milyonlarla vəsaiti, bu aktopod sistemi vasitəsilə həzmi-rabedən keçirir.
 
 Konkret desək, onun SOCAR-da qurduğu ailə təsərrüfatı Azərbaycan xalqından vəsaitləri oğurlamaqda peşəkar olub. Bu peşəkarların başında Anar Əlizadənin durduğu barədə yazılanlar isə, çoxdandır ki, Azərbaycan mediasının "bəzəyinə" çevrilib.  SOCAR-dakı bu “qara dəlik” vasitəsi ilə, dövlət əmlakını özününküləşdirmə mexanizmi, çoxdandır ki, açıq-aşkar fəaliyyət göstərir. 
 
Doğrudan da, bu aktopodların -- "yırtıcılar çetesinin" burada törətdikləri əsl cinayətlərdir. Bütün bunlar sensasion yazılar mövzusudur! Bəs, görəsən, bu yırtıcılardan canımız nə vaxt qurtaracaq?! Axı, bu adamlar öz qanunsuz əməlləri ilə, dövlət başçısı İlham Əliyevin siyasətini sabotaj etməklə məşğuldurlar. Məmurların bu və bu kimi dağıdıcı əməllərinə görədir ki, ölkədə sosial-iqtisadi problemlər bitib-tükənmir, əhalinin güzəranı düzəlmir ki, düzəlmir! 
 
Yəqin ki, cənab Prezident tezliklə yeni bir islahatlar proqramına da start verəcək. İnanıram ki, gün gələcək, Rövnəq və onun bu ailə təsərrüfatında birləşənlər də damlanacaqlar. Çox qalmayıb. Hər "xod gedənin" bir dövranı olur. Nə qədər güclü olsalar da, onlar, Ramiz Mehdiyev və onun ətrafına topladığı dəstədəkilər qədər güclü ola bilməyəcəklər. Gərək, onların başlarına gələnlərdən dərs alaydılar. Amma, ala bilmədilər...".           
 
araz.az xəbər portalı.

Separatçı təfəkkürə malik həmyerlilərimiz, indi də, "AzərRos"u "Talış -- Muğan Respublikasına" çeviriblər -- FOTO-VİDEO FAKTLAR BELƏ BUNUN TƏSDİQİDİR

bandicam 2021 01 08 00 30 53 733
 
Dünyada gedən informasiya müharibəsinin son vaxtlar daha da şiddətləndiyi hamıya məlumdur. Hərtərəfli bu müharibədəki haqq mübarizəsində xalqımızı xarici ölkələrdə təmsil edən diaspor qurumlarımızın apardıqları böyük işlərin miqyas ölçüsü, 44 günlük Vətən Müharibəsinin son nəticəsində də, öz əksini tapdı -- 30 il düşmən tapdağında inləyən Qarabağ uğrunda gedən mübarizədə tarixi qələbəyə imza atdıq. Halbuki informasiya müharibəsindəki son uğurları əvvəlcədən əldə etsəydik, mənfur düşmən qüvvələr tərəfindən illər öncə işğala məruz qalan Qarabağımız uğrunda apardığımız savaşda bu tarixi qələbəni çoxdan qazanardıq.
WhatsApp Image 2021 01 08 at 00.07.47
Çox təəssüf ki, ötən bu 30 ildə bu informasiya müharibəsində əllərinə əsas silahı götürən diaspor qurumlarımız arasında birlik olmadı. Konkret desək, xaricdəki təmsilçilərimiz belə iqtidara, müxalifətə və digər qruplara bölünərək, vahid mövqedən çıxış edə bilmədilər.
Məsələn, xarici ölkələrdə, ələlxüsus Rusiya Federasiyasında məskunlaşan soydaşlarımız, bir ara, bütün dünyada Azərbaycan diasporunun birləşməsi məsələsində, məhz, 1999-cu ildə bu ölkədə təsis edilən və az bir müddət ərzində tərkibində çox sayda təşkilatı birləşdirə bilən Rusiyada Azərbaycanlıların Federal Milli -- Mədəni Muxtariyyətinə -- "AzərRos"a böyük ümidlər bəsləyirdilər. 
Di gəl ki, Rusiya kimi belə bir nəhəng ölkədə fəaliyyət göstərən bu diaspor təşkilatımız da, uzun zaman ayrı-ayrı fərdlərin əlində alətə çevrildi. Təşkilatın rəhbər kürsülərinə məkrli niyyətləri olan kimlər əyləşdirilmədilər?! Bir sözlə, onlar “Milyarderlər İttifaqı”, eləcə də başqa adlar altında öz siyasi ambisiyalarını həyata keçirmək üçün, milli maraqlarımıza zidd ağlasığmaz çirkin məqsədlərə əl atmaqdan belə çəkinmədilər. Ətrafında yaranan bu və bu kimi digər iyrənc oyunlar, hətta, dəfələrlə bu təşkilatın bölünməsi ilə nəticələnən açıq-aşkar dramatik vəziyyətlərlə müşayiət olundu.bandicam 2021 01 08 00 50 27 874
Deyilənlərin bariz nümunələrini, xaricdəki diasporumuzun fəaliyyətini daim işıqlandıran bir mətbu orqanın -- "Araz" Media Qrupunun, araz.az xəbər portalının əməkdaşı olaraq, ötən illərin baş tutan seçkilərində və digər səs-küylü siyasi olaylarında daha çox gördüm. Şahidi oldum ki, ümumiyyətlə, fəaliyyət göstərdiyi illər ərzində bu təşkilat Rusiyadakı Azərbaycan icmalarını gücləndirə, eləcə də onları vahid mərkəz ətrafında birləşdirə bilərdi. Lakin Azərbaycanın sabiq Baş nazirinin müavini Abbas Abbasov bu qurumu yaradanda verdiyi sözlərini yerinə yetirmədi. Rusiya azərbaycanlılarının birləşdirilməsi və "AzərRos"la digər Azərbaycan təşkilatları arasında qarşılıqlı anlaşma mühitinin artırılması əvəzinə, onun rəhbərliyində özlərinə yer edənlər öz şəxsi məqsədləri naminə fitnəkarlıqlar törədərək, bu ictimai təşkilatı parçalayıb, siyasi bəyanatlar üçün platformaya çevirdilər. Elə, onlar, bütün bu hərəkətlərinə görə də, soydaşlarımız tərəfindən "AzərRos"a qarşı nifrət hissləri yaratdılar. 
Xatırladaq ki, "AzərRos"a əvvəllər Söyün Sadıqov, Asif Məhərrəmov kimi məkrli niyyətləri olan ambisiyalı şəxslər rəhbərlik ediblər. Ölkəmiz üçün gərgin və həssas keçən ötən illərdə isə, onun prezidenti postunda Rusiya prezidenti yanında Millətlərarası Əlaqələr Şurasının üzvü, ermənilərlə azərbaycanlıların hər zaman dost olduğunu bildirib, mənfur düşmənə hüsn-rəğbətini gizlətməyən, hətta saxtakar erməni alimlərindən tez-tez  sitatlar gətirməkdən belə çəkinməyən Mehriban Sadıqova əyləşdirilib. Beləcə, Abbas Abbasov kimilərin "əlləri altında" Azərbaycan icmasının nümayəndələrini aldadan, eləcə də Azərbaycan hakimiyyətinə qarşı etibarsızlıq yaradan bu
şəxslər öz dağıdıcı hərəkətləri ilə, Rusiyadakı soydaşlarımızın icmalarını parçalamaqdan və diaspor qurumları daxilində gedən qalmaqalları böyütməkdən heç vaxt çəkinməyiblər.bandicam 2021 01 08 00 50 21 562
Dəhşət ondadır ki, regionda sürətlə dəyişən belə bir mürəkkəb geosiyasi vəziyyətdə də, Rusiya və ətrafında olan postsovet ölkələrinə bir sıra Qərb ölkələri tərəfindən ciddi təzyiq göstərildiyi, bu nəhəng ölkədəki əqidələri təmiz vicdanlı və Azərbaycan sevgisi böyük olan soydaşlarımızın millətlərarası sülh və dözümlüyü təmin etmək üçün çalışdıqları bir vaxtda da, bu qurumu əllərinə alıb, bir alətə çevirənlər yenə dinc dayanmır, milli maraqlarımız əleyhinə işləməyi özlərinin həyat amallarına çevirirlər.
Etibarlı mənbələrdən araz.az-a daxil olan son bir xəbərdə bildirilir ki, bu yaxınlarda Mehriban Sadıqova istefa ərizəsi yazıb, "AzərRos"un prezidenti postuna isə, Xanoğlan Əliyev ad-soyadlı bir iş adamı gətirilib. Dəhşət ondadır ki, Rusiya vətəndaşı olan bu həmyerlimiz də, ötən illər ərzində Azərbaycanın maraqları əleyhinə fəaliyyət göstərən imkan sahibi kimi tanınıb. Azərbaycan qarşısında onun da vətəndaş məsuliyyəti vətənpərvərlik əməllərində heç vaxt nəzərə çarpmayıb. Daha dəqiq desək, Xanoğlan Əliyev öz ətrafı ilə birlikdə, həmişə, ölkəmizin cənub bölgəsində bir vaxtlar "Talış -- Muğan Respublikası" adlı qondarma bir qurum yaratmağa cəhd edən, buna görə layiqli cəzasını alan, həbsdən çıxandan sonra isə, xaricdə özünə "siyasi sığınacaq" tapan Əlikram Hümbətovun dəstəkçisi kimi də tanınıblar. Hətta onlar Rusiyada da, milli maraqlarımız əleyhinə olan belə bir qurum yaradıblar.
 
 
 
 
 
Bu azmış kimi, Əlikram Hümbətovla tez-tez görüşlər keçirib, öz iyrənc məqsədlərinə daha tez çatmaq üçün ondan məsləhətlər alıblar. Əldə etdiyimiz foto-şəkillər də, video-görüntülər də, Xanoğlan Əliyevin və onun ətrafının öz Facebook səhifələrindəki status-yazışmaları da, deyilənlərin sübutudur. Həmin sübutları dəyərli oxucularımızın da diqqətinə çatdırırıq. Qoy, onlar desinlər, fəaliyyəti Azərbaycan əleyhinə tuşlanan belə bir şəxsin, ölkəmizin beynəlxalq aləmdə tanınmasında və güclənməsində rol oynaya biləcək belə bir diaspor təşkilatının rəhbəri vəzifəsinə gətirilməsi nə dərəcədə düzgündür?! Nədən, indiyədək, Azərbaycanın əlaqədar dövlət qurumlarının bu ciddi məsələyə rəsmi reaksiyaları olmayıb?! 
Ümumiyyətlə, "AzərRos"un belə bir aqibətlə üzləşəcəyi gözlənilən idi. Çünki bu təşkilatın rəhbərliyində birləşənlər heç vaxt Azərbaycan üçün Rusiya kimi böyük bir ölkədə uğurlu təmsilçi olmayıblar. Halbuki bunu hər vaxt Azərbaycanın gələcəyi tələb edib.WhatsApp Image 2021 01 08 at 00.06.23
WhatsApp Image 2021 01 08 at 00.06.24
WhatsApp Image 2021 01 08 at 00.06.24 1
 
 
Məhi ELSEVƏR,
araz.az xəbər portalının xüsusi müxbiri.
 
REDAKSİYADAN:
 
 
Son vaxtlar araz.az saytı etibarlı informasiya mənbələrindən buna bənzər digər məlumatlar da əldə edib. Daha doğrusu, həmin məlumatlar da, Rusiya Federasiyasının ayrı-ayrı bölgələrindəki diaspor qurumlarımızı ələ keçirərək, ölkəmiz əleyhinə məkrli planlar əsasında qorxub-çəkinmədən işləyən həmyerlimizin iyrənc əməlləri barəsindədir. Tezliklə Kemerovo, Samara, Rostov və digər bölgələrdə məskunlaşan həmin "diaspor fəallarının" fəaliyyətləri barədə də, geniş yazılar dərc etməyi planlaşdırırıq.

1 -dən səhifə 8

Əlaqəli xəbərlər