MÜQƏDDƏS RAMAZAN BAYRAMINIZ MÜBARƏK, ƏZİZ VƏ DƏYƏRLİ VƏTƏN ÖVLADLARI!

WhatsApp Image 2019-06-04 at 00.03.36.jpg

Bəşər övladlarını xeyirxahlığa, birliyə, mənəvi kamilliyə dəvət edən, dünya müsəlmanlarına mənəvi-ruhi ucalığın, əxlaqi saflığın fərəhini, şəfqət, mərhəmət, həmrəylik duyğularının xoşluğunu yaşadan, öz mahiyyətilə bütün insanların ruhunu təzələyən on bir ayın sultanı Mübarək Ramazan Ayında, əziz xalqımızın Uca Yaradan qarşısında vicdani borc və vəzifələrini ləyaqətlə yerinə yetirib, mənəvi zənginliyin nəfs üzərində üstünlüyünün qələbə sevincini yaşamaq fürsətindən faydalanan dəyərli övladlarını, mərhəmət, xeyirxahlıq, yüksək əxlaqi hiss, mənəvi paklıq, saf düşüncə rəmzi və bütövlük, həmrəylik, vəhdət, sülh, əmin-amanlıq təcəssümü olaraq, ən yüksək dəyərlər zirvəsinin pik nöqtəsində özünə əbədi yer tutan bu Müqəddəs Bayram münasibətilə səmimi qəlbdən təbrik edir, onların hər birinə ən xoş arzularımızı çatdırır, xalqımızın və dövlətimizin əmin-amanlığı, tərəqqisi naminə etdikləri dualara həmrəy olduğumuzu bildiririk!

İlahi hikmətlər xəzinəsi müqəddəs Qurani-Kərimin nazil olması ilə əlamətdar olan bu əziz bayram günləri, ən xoş istək və niyyətlərin təntənəsinə çevrilən Orucluq mərasimlərində onların etdikləri dua və diləklərin Ulu Tanrı dərgahında qəbulunu və tezliklə gerçəkləşməsini diləyir, Böyük Allahdan hər birinə yüksək könül xoşluğu düzənində möhkəm cansağlığı, tükənməz həyat enerjisi, ruh yüksəkliyi, yüksək dözüm, milli köklərimizə sadiqlikdə, mənəvi dəyərlərimizə möhkəm bağlılıqda yorulmazlıq, sarsılmaz mübarizə əzmi, yüksək vətənpərvərlik, ailələrinə xoşbəxtlik, səadət, firavan həyat, süfrələrinə bol ruzi, xeyir-bərəkət daimi qazancı arzulayırıq!

 Xeyirli sabahlar, ruzili axşamlar diləyi və səmimi duyğularla,
"ARAZ" MEDİA QRUPUNUN VƏ ARAZ.AZ XƏBƏR PORTALININ KOLLEKTİVİ.

Əlaqəli xəbərlər