Saakaşvilidən kinayəli sözlər: “Yazıq ölkəm! Kimin əlinə düşdün?"

30946f1bd68a55945a61f0f779b65343

“Yazıq ölkəm! Kimin əlinə düşdün? – Bunların mövcudluğu sona çatır!”. 24News.ge xəbər verir ki, bu sözləri eks prezident Mixeil Saakaşvili, İrakli Kobaxidzeyə Azadlıq Ordeni verilməsinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, bu ordeni O, Gürcüstanın azadlığının möhkəmləndirilməsində xüsusi xidmətləri olan qəhrəmanlar üçün tərtib etmişdi: “Orden mənim təşəbbüsümlə tərtib olunub. Mən, bu ordeni Gürcüstanın azadlığının möhkəmləndirilməsində xüsusi xidmətləri olan qəhrəmanlar üçün tərtib etmişəm. Yazıq ölkəm! Kimin əlinə düşdün? – Bunların mövcudluğu sona çatır!". Saakaşvili həmçinin İrakli Qaribaşvilinin ölkənin iqdisadi artımı ilə bağlı etdiyi çıxışına da münasibət bildirib: "Bu gün Qaribaşvili 'Qızıl Gül' inqilabından sonra, Gürcüstan iqtisadiyyatının çökdüyünü dedi. Belə çıxır ki, iqtisadiyyatın 4 dəfə artması çökmək deməkdir? İndi bunların vaxtında nəyinki artdı, əksinə 6% çökdü, onda bu çiçəklənmək deməkdir? Dərhal ona da sındırılmış azadlıq “orden”i verin! Amma siz özünüz qərar verin, hansı daha çox lentə sahib olmalıdır – Qaribaşvili yoxsa Kobaxidze?”, - deyə Saakaşvili bildirib.

www.24news.ge

Əlaqəli xəbərlər