Dünyanın bir nömrəli qadın tennisçisi "US Open" turnirində iştirak etməyəcək

869730

 

Qadın tennisçilər arasında dünyanın bir nömrəsi Eşli Barti bu mövsüm "US Open" turnirində iştirak etməyəcək.

 AZƏRTAC bildirir ki, bu barədə açıqlama verən avstraliyalı raketka ustası "Böyük dəbilqə" seriyalı yarışa qatılmayacağının əsas səbəbinin koronavirus olduğunu deyib.

Bildirib ki, koronavirusla bağlı hələ də ciddi risklər var. Buna görə də özümü və komandamı mövcud vəziyyətlə qarşı-qarşıya qoya bilmərəm.

"US Open" turniri avqustun 31-də başlayacaq və sentyabrın 13-dək davam edəcək.

araz.az

Əlaqəli xəbərlər