Azərbaycan neftinin tarixi və Azİİ-nin şöhrəti haqqında yeni kitab

Clip.jpgProfessor Ramiz Hümbətovun müəllifi olduğu, daha çox “Azİİ” (Azərbaycan İndustrial İnstitutu) adı altında məşhur olan ali təhsil müəssisəsinin fəaliyyətinə həsr olunmuş “Mənim “alma mater”im – Azİİ” adlı kitab rus dilində çapdan çıxıb.

Kitabın ilk səhifəsində Ulu öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ali təhsil müəssisəsinin Azərbaycanda, keçmiş SSRİ-də və dünyada neft-qaz işinin inkişafında rolu və yeri haqqında fikirləri əks olunur.
Daha sonra Azərbaycanda neft-qaz işinin, texnika və texnologiyaların 3-minillik inkişaf tarixi, müstəqillik illərində Ümummilli lider Heydər Əliyev tərəfindən irəli sürülmüş neft strategiyası çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında üğurla həyata keçirilən möhtəşəm layihələr haqqında qısa məlumatlar verilir.
Ölkədə elmi-texniki fikrin flaqmanı - Azərbaycan Dövlət Neft Akademiyasının yaranma və 90 illik inkişaf tarixinin ayrı-ayrı mərhələləri genış şəkildə işıqlandırılır. Bu ali təhsil müəssisəsinin tədris, elmi və beynəlxalq fəaliyyətinin əsas uğurları, bu uğurları təmin etmiş rəhbər, elmi-pedaqoji işçilərin, mütəxəssislərin, eləcə də Azərbaycanda, keçmiş SSRİ-də və dünyanın bir çox ölkələrində neft-qaz işinin inkişafına əhəmiyyətli töhfələr vermiş görkəmli şəxsiyyətlərin - keçmiş məzunların fəaliyyəti şərh edilir.

Əlaqəli xəbərlər