"28 May -- Azərbaycan xalqının qürur, şərəf və ləyaqət günü!"

7317799F 7595 4826 909B CA05F3EFB33A

Bu, Respublika Günü münasibətilə "Bakı -- Dirçəliş" İctimai Birliyinin qəbul etdiyi Bəyanatın əsas motividir

Azərbaycanın milli bayramı -- Respublika Günü münasibətilə "Bakı -- Dirçəliş" İctimai Birliyi öz Bəyanatını yayıb. Birliyin həmin sənədində 1918-ci ilin may ayının 28-i xalqımızın azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunmuş bir gün kimi qeyd olunub: "Hər bir Azərbaycan vətəndaşının milli qürur hissi duyduğu, arzularının çiçək açdığı həmin gün Şərqdə ilk dəfə azad, demokratik, dünyəvi dəyərlərə söykənən müstəqil bir respublikanın yarandığı dünyaya bəyan edildi. Xalqımız 1918-ci il mayın 28-də çar Rusiyasının bir əsrdən artıq davam edən müstəmləkə əsarətindən azad olaraq, demokratik bir dövlətin təməlini qoydu. Həmin gün Azərbaycan Milli Şurasının iclasının qəbul etdiyi İstiqlal Bəyannaməsi ilə qurulduğu elan olunan Azərbaycan Xalq Cümhuriyyəti, dünyanın diqqət mərkəzinə gəldi. Bu, həm də XX əsrdə xalqımızın həyatında yeni bir mərhələ, tarixi hadisə kimi öz qiymətini aldı.
Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsrlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanış və dirçəliş proseslərinin məntiqi nəticəsi olaraq meydana çıxdı. Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın siyasi şüur səviyyəsinin, intellektual və mədəni potensialının, yüksək istedad və qabiliyyətinin göstəricisi kimi, tarixin qızıl səhifələrində özünə xüsusi yer tutdu...
...Bu günün özündə də, vətəndaşı olduğumuz Azərbaycan Respublikası AXC-nin layiqli varisi olaraq, bu tarixi missiyasını inamla davam etdirir".
“Bakı -- Dirçəliş” İctimai Birliyi öz Bəyanatının sonunda Azərbaycan xalqını bu milli qürur, şərəf və ləyaqət günü münasibətilə ürəkdən təbrik edir, hər bir Azərbaycan vətəndaşına xoşbəxtlik, səadət arzulayır.

araz.az

Əlaqəli xəbərlər