DİASPOR RƏHBƏRİ ƏLİ NAĞIYEVƏ VƏ VİLAYƏT EYVAZOVA BÖYÜK İNAMININ İFADƏSİ OLAN TƏBRİKLƏRİNİ GÖNDƏRİB

Mirkazim SeyidovÖlkə başçısının iyun ayının 20-də imzaladığı sərəncamlarla, önəmli iki dövlət qurumunun rəhbərinin dəyişdirilməsi, ictimaiyyət arasında ciddi müzakirə mövzusuna çevrilib. General-mayor Əli Nağıyevin Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, polis general-leytenantı Vilayət Eyvazovun isə, respublikanın daxili işlər naziri kimi yüksək və məsul dövlət vəzifələrinə gətirilmələri, xaricdə yaşayan soydaşlarımızın da maraqlarına səbəb olub. Mərkəzi ofisi Novosibirsk şəhərində yerləşən Rusiyadakı Azərbaycanlıların Hüquqları və Qanuni Maraqları üzrə "Yedinstvo" ("Birlik") Regionlararası Konqreslər Assosiasiyasının prezidenti, tanınmış ictimai-siyasi xadim, yazıçı-publisist Mirkazım Seyidovun Əli Nağıyevə və Vilayət Eyvazova ünvanladığı təbrik məktublarında yazdıqları da, onun bu təyinatlara münasibətindən irəli gəlib. Tanınmış diaspor rəhbərinin strateji əhəmiyyətli bu vəzifələrə təyin edilmiş hər iki şəxsə dərin hörmət və ehtiramının, böyük inamının ifadəsi kimi diqqəti cəlb edən və araz.az-ın redaksiyasına da daxil olan həmin təbriklərdə qeyd olunanları, bu təyinatlara qonşu ölkənin dörd bir yanında məskunlaşan həmyerlilərimizin xüsusi əhəmiyyət kəsb edən çoxsaylı münasibətlərinin qısa məzmunu kimi də qəbul etmək olar.


Müəllif həmin təbriklərdə, öncə, xüsusi olaraq onu vurğulayır ki, uzun illər bu iqtidar komandası ilə birlikdə, müxtəlif vəzifələrdə çalışan hər iki vəzifə sahibi daim xalqa, dövlətə, prezidentə bağlılıqları və sədaqətləri, həm də onlara etibar edilən əvvəlki məsul işlərində böyük peşəkarlıqları, idarəçilik və rəhbərlik bacarıqları ilə seçiliblər: "Kadr seçimində belə şəxsi kriteriyalarınızın əsas kimi götürülərək, Sizin, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında formalaşaraq, daha da mətinləşən, zamanın çətin sınaqlarından şərəflə çıxaraq, Vətənə və xalqa xidmət missiyasını sədaqətlə yerinə yetirən, müstəqil dövlətimizin Konstitusiya quruluşunun əsaslarının müdafiəsində xüsusilə fərqlənərək, onun dayaqlarına çevrilib, dəyərli ənənələr yaradan, sonrakı dövrdə Ümummilli Liderin layiqli davamçısı, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, möhtərəm prezidentimiz İlham Əliyev cənablarının əvəzsiz diqqət və qayğısı sayəsində daha da inkişaf edərək, müasirləşən bu önəmli dövlət qurumunun rəhbəri vəzifəsinə gətirilməyiniz, daim Azərbaycanın taleyi ilə maraqlanan fəal diasporçu və siyasət adamı kimi, məni xüsusilə sevindirir," -- Assosiasiya prezidenti təbriklərini bu sözlərlə davam etdirir.
Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, general-mayor Əli Nağıyevin ünvanına göndərdiyi
təbrikdə Mirkazım Seyidov daha sonra bunları qeyd edir:
"Çox hörmətli Əli müəllim!
Məlum Sərəncamla Dövlət Təhlükəsizlik Xidmətinin rəisi vəzifəsinə təyin edilməyiniz, prezidentin ən uğurlu kadr dəyişikliyi kimi, mənimlə bərabər, Rusiya Federasiyasında yaşayıb, fəaliyyət göstərən soydaşlarımızın bir çoxunun
ürəyimizdən xəbər verdi. Azərbaycan cəmiyyətində çoxdan yetərincə peşəkar təhlükəsizlik əməkdaşı kimi imic formalaşdırmağınız, bunun əsas səbəbidir. Elə, buna görədir ki, cənab prezidentin sizinlə bağlı bu seçimi, ictimaiyyət tərəfindən, artıq, doğru olan ən düzgün seçim kimi dəyərləndirilib, üstəlik, bu təyinatınız, çoxdan formalaşmış sosial sifariş kimi də, öz qiymətini alıb.
Yeri gəlmişkən, onu da qeyd etməyi vacib bilirəm ki, Azərbaycan Respublikasının əhalisi kimi, xaricdəki həmvətənlilərimizin də, Sizi, peşəkar çekist kimi tanıdıqları danılmazdır. Əvvəlki illərdə, ölkənin bu önəmli dövlət strukturundakı məsul vəzifənizdə əldə etdiyiniz danılmaz uğurlarınız bunu deməyə tam əsas verir və həm də, camaatın Sizə olan dərin hörmətinin, möhkəm inamının və yüksək etimadının təsdiqi rolunu oynayır. Bütün bunlar bir daha onu da təsdiqləyir ki, dövlətə və dövlətçiliyimizə, Ulu Öndər Heydər Əliyev ideyalarına sadaqətini həmişə əməli fəaliyyəti ilə sübut edən, qloballaşan dünyanın yeni çağırış və təhdidlərinə adekvat cavablar verməyə qadir olan, xalqa, Vətənə, dövlətə və andına sadiqliyi ilə seçilən, eyni zamanda milli təhlükəsizliyimizin qorunması və təmin olunması sahəsində üzərinə düşən vəzifələri, qarşıya qoyulmuş tapşırıqları yüksək məsuliyyət hissi və ləyaqətlə yerinə yetirən bu dövlət qurumunun əldə etdiyi bütün möhtəşəm uğurlarda, Sizin də əməyiniz, danılmaz bir həqiqət kimi, daim göz önündə olub. Məhz, həmin danılmaz həqiqətlər bir daha deməyə əsas verir ki, Sizin kimi peşəkar və prinsipial vəzifə sahibinin rəhbərliyi altında, bundan sonra da, respublikanın Dövlət Təhlükəsizlik Xidməti əvvəllər qazandığı uğurları üstünə alqışalayiq yeni-yeni uğurlar gətirəcək.
Ölkə başçısının böyük etimad göstərdiyi peşəkar bir çekist olaraq, bu önəmli vəzifənizdə bundan sonra da, dövlətimizə və millətimizə ləyaqətlə xidmət edəcəyinizə bütün varlığımla inanır, belə uğurlu kadr təyinatı ilə, möhtərəm prezidentin Azərbaycan dövlətçiliyinin gücünə güc qatdığını bir daha bəyan edirəm!".
Daxili İşlər Naziri vəzifəsinə təyin edilən polis general-leytenantı Vilayət Eyvazova göndərdiyi təbrikini isə, Mirkazım Seyidov aşağıdakı sözlərlə davam etdirir:
"Çox hörmətli Vilayət müəllim!
Məlum prezident Sərəncamıyla daxili işlər naziri vəzifəsinə təyin edilməyiniz, ən uğurlu kadr seçimi kimi, Rusiya Federasiyasındakı nüfuzlu bir diaspor təşkilatı rəhbəri olaraq, mənim də ürəyimdən xəbər verdi. İnanıram və tam əminəm ki, Azərbaycan polisi Sizin rəhbərliyiniz altında, bundan sonra da, doğma Vətəndə asayişin, haqqın, ədalətin qorunması sahəsində alqışalayiq fəaliyyətini yorulmadan davam etdirəcək, qazandığı uğurları üstünə möhtəşəm uğurlar gətirəcək. Nazirlikdəki əvvəlki məsul vəzifənizdə əldə etdiyiniz uğurlar məndə yaranan bu inamın daha bir təsdiqidir; Dövlətimizin mənafeyi naminə və milli dövlətçiliyimizin daha da möhkəmləndirilməsi yolunda Ulu Öndər Heydər Əliyev ideyalarına sadaqətini həmişə əməli fəaliyyəti ilə sübut edən, indiyədək öz xalqına, Vətəninə, dövlətinə və içdiyi andına sadiqliyi ilə seçilən, eyni zamanda respublikada cinayətkarlığın bütün növlərinə qarşı mübarizədə, əmin-amanlığın, sabitliyin bərqərar olmasında,
ictimai qaydaların qorunması və ictimai təhlükəsizliyin təmin olunması sahələrində üzərinə düşən vəzifələri, qarşıya qoyulmuş tapşırıqları yüksək məsuliyyət hissi və ləyaqətlə yerinə yetirən ölkənin nüfuzlu daxili işlər orqanlarının əldə etdiyi bütün uğurlarda Sizin də danılmaz əməyinizi, cəmiyyətdə polisin nüfuzunun yüksəlməsi naminə səy və bacarığınızı heç vaxt əsirgəmədiyinizi, yorulmaz və fədakar xidmətinizlə bu quruma xalqımız qarşısında şərəf və başucalığı gətirməyinizi, gözlərim qarşısındakı danılmaz həqiqətlər kimi, həmişə xatırlayıram. Bütün bunlar bir daha deməyə əsas verir ki, Sizin kimi bir peşəkar və prinsipial vəzifə sahibinin rəhbərliyi altında, Daxili İşlər Nazirliyinin bütün qurumları indiyədək qazandıqları uğurlarının sayını getdikcə daha da artıracaq.
Ölkə rəhbərinin böyük etimad göstərdiyi peşəkar polis generalı kimi, bu yüksək vəzifədə dövlətimizə və millətimizə ləyaqətlə xidmət edəcəyinizə bütün varlığımla inanır və bir daha bəyan etmək istəyirəm ki, belə uğurlu kadr təyinatları ilə, möhtərəm prezident Azərbaycan dövlətçiliyinin gücünə güc qatır. Bu, ölkə polisinin doğma Vətənə əzmlə xidmət edəcəyinə, vətəndaşlarımızın qanunla qorunan hüquq və azadlıqlarının keşiyində dəyanətlə duracağına, öz fəaliyyətində milli maraqlarımızı, dövlətçiliyimizin mənafelərini daim uca tutacağına, respublikanın davamlı inkişafı naminə həyata keçirilən dövlət əhəmiyyətli mühüm tədbirlərə, xalqımızın dinc həyatının və asayişinin qorunmasına layiqli töhfələr verəcəyinə inamımızı günü gündən daha da artırır!".
Federasiyasının Novosibirsk vilayətindən göndərdiyi hər iki təbrik məktubunun sonlarına yaxın, özünü Heydər Əliyevin qatı tərəfdarı kimi təqdim edən Mirkazım Seyidov, Yeni Azərbaycan Partiyası iqtidarındakı ölkə başçılarının uğurlu dövlət siyasətlərinin qatı tərəfdarları kimi tanınan və bu gün strateji əhəmiyyətli dövlət strukturlarının rəhbərliyinə gətirilən hər iki peşəkar və prinsipial vəzifə sahiblərinə dərin hörmətinin, möhkəm inamının, yüksək etimadının və böyük ümidinin olduğunu bir daha bəyan edir. Bildirir ki, Azərbaycan dövlətinin təhlükəsizliyi, daxili sabitliyi üçün həyati əhəmiyyət kəsb edən bu vacib məsələlər Azərbaycan Prezidenti möhtərəm İlham Əliyev cənabları və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən daim diqqət mərkəzində saxlanılır. Bütün bunlar həm də onun sübutudur ki, hazırda Azərbaycan dövlətinin hüquq-mühafizə və təhlükəsizlik sistemində dövrün tələblərinə uyğun islahatların aparılması ölkə rəhbərliyinin xüsusi nəzarətindədir. Bu isə, hər iki vəzifə sahibinin bu çətin və şərəfli vəzifə başında milli təhlükəsizliyin, dövlətin maraqlarının, eləcə də ölkdə asayişin, haqqın və ədalətin qorunmasında yorulmadan fəaliyyət göstərəcəklərinə indidən inam və əminlik verir. Məhz onların belə ciddi rəhbərlik xüsusiyyətləri, ölkə rəhbərliyinin Dövlət Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyinə olan inam və etimadını, bundan sonra da, layiqincə doğruldacaq: Bəli, hər iki dövlət qurumu Vətənə inamlı xidmət fəaliyyətlərində milli maraqları, dövlətçilik mənafelərini daim uca tutmaqla, qloballaşan dünyanın yeni çağırış və təhdidlərinə adekvat cavablar verməyə qadir olmaqla, milli təhlükəsizliyi kənar müdaxilələrdən əzmlə qorumaqla, ölkədə sabitliyin, vətəndaşların qanunla qorunan hüquq və azadlıqlarının müdafiəsində dəyanətlərini əsirgəməməklə, konkret desək, doğma Azərbaycanın ən təhlükəsiz məkanlardan birinə çevrilməsi üçün, olduqca əhəmiyyətli fəaliyyət planları ortaya qoymaqla möhtərəm prezidentin dövlətin davamlı inkişafı naminə həyata keçirdiyi mühüm tədbirlərə, xalqın dinc həyatının və asayişinin qorunmasına layiqli töhfələrini verəcəklər. Bir sözlə, bu çətin missiyanı yerinə yetirərkən, göstərəcəkləri yorulmaz və fədakar xidmətləri Azərbaycan xalqı qarşısında onlara şərəf və başucalığı gətirəcək.
Müəllif hər iki təbrikini ürəkdən gələn eyni cümlələrlə bitirir: "Bu yüksək və məsul vəzifəyə layiq görülməyiniz münasibətilə, Sizi, səmimi qəlbdən bir daha təbrik edir, bu çətin və şərəfli işinizlə müstəqil Azərbaycan Respublikasına xidmətdə, Sizə, yeni-yeni böyük uğurlar arzulayıram!".

Malik MİRZƏ,
araz.az saytının xüsusi müxbiri.

Əlaqəli xəbərlər