ZAKİR FƏRƏCOVUN BAHALI KABİNETİ: 40 MİNLİK TƏMİR, 120 MİNLİK MEBEL

95392781_518113259067006_4495183853702348800_n.jpg

Sumqayıtın icra başçısı, adı son zamanlar qalmaqallarda daha çox hallanan Zakir Fərəcovun bu dəfə bahalı kabineti və mebelləri müzakirə mövzusuna çevrilib. Sosial şəbəkələrdə paylaşılan fotolar ətrafında gedən müzakirələrdən belə məlum olur ki, Azərbaycanda çox az sayda icra başçısının belə bahalı kabineti var.

Müzakirələrdə bunun doğru yollarla əldə edilmədiyi vurğulanır, Fərəcovun da fəaliyyətinin təftiş olunması istənilir. Hətta Dövlət Təhlükəsizlik Xidmətinin bununla bağlı konkret addım atmasının vacibliyi da qeyd edilir.
Qeyd edilir ki, Zakir Fərəcovun kabineti elə də ucuz başa gəlməyib. Bunun üçün 35-40 min manatın xərcləndiyi iddia edilir. Düzdür, həmin pulu icra başçısı cibindən xərcləməyib. Kabinetin təmir xərclərini belə Sumqayıtdan olan iş adamları ödəyib. araz.az jamaz.info-ya istinadən xəbər verir ki, Zakir Fərəcov kabineti üçün mebelləri də xaricdən gətizdirib. Bunun üçün tender də elan olunub. Həmin mebellərə isə, dövlət büdcəsindən 120 min manat pul ayrılıb. Güman ki, həmin pulun heç də hamısı mebellərə xərclənməyib. Yəni, pulun yarısı elə Fərəcov tərəfindən götürülüb.
Qeyd edək ki, son dövrlər icra başçılarının həbs edilməsi fonunda Zakir Fərəcov barəsində müzakirələrin və qalmaqalların intensivləşməsi onun üçün heç də xoş olmayan perspektivdən xəbər verir.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Əlaqəli xəbərlər