FƏRƏCOVLARIN XARİCƏ QƏDƏR UZANAN BİZNESİ - SİYAHI - FOTOLAR

Zakir-nazim-ferecovlar.jpgSumqayıtın icra başçısı Zakir Fərəcovun qardaşı, keçmiş deputat Nazim Fərəcov İNTELEKT LTD MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİni 2007-ci ildə qeydiyyatdan keçirib. Şirkət SUMQAYIT ŞƏHƏRİ, MƏH 20, ev 16/56-da qeydiyyatdadır. JAMAZ.İNFO xəbər verir ki, bu barədə tanınmış araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb.


O bildirib ki, həmin ünvanda eyni ilin iyun və iyul aylarında daha 5 şirkət - TRANS-AVTO LTD MMC, EVEREST LTD MMC, QIZILDAŞ LTD MMC, KAİNAT LTD MMC və "GƏNCLİK" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ hüquqi qeydiyyata alınıb. "TRANS-AVTO LTD MMC-nin qanuni təmsilçisi SÜLEYMAN ƏBDÜRRƏHMANOV AKİF OĞLU eyni zamanda BİNƏQƏDİ RAYONU, MİKRORAYON 7, ev 9/25, m. 146-da hüquqi qeydiyyatda olan "YARADAN KƏNDLİ-FERMER TƏSƏRRÜFATI" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİnin qanuni təmsilçisidir.
Nazim Fərəcovun təsisçisi olduğu "LAMİNAT-KOMMERS LTD" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ isə 2008-ci ildə qeydiyyatdan keçib. Onun oğlu Ruslan Fərəcovun təsisçisi olduğu RUSLAN-S MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ isə 2003-cü ildən fəaliyyətdədir".
O xatırladıb ki, Nazim Fərəcov 2012-ci ildə Türkiyədə Kuşadasında yerli əmlak şirkətlərindən birinin vasitəçiliyi ilə dəyəri bir neçə milyon lirə olan restoran və mənzil alsa da, sonradan aldadıldığı məlum olub.
Qeyd edək ki, Zakir Fərəcovla bir qrup sahibkar arasında 4 ilə yaxındır borc qalmaqalı yaşanır. Sumqayıtda Dənizkənarı Bulvarın tikintisini həyata keçirən iş adamları illərdir icra başçısından bir neçə milyon manat pullarını ala bilmirlər. Məsələ ilə bağlı JAMAZ.İNFO-ya danışan sahibkarlar bildirirlər ki, Zakir Fərəcovun bu qədər sərvətə malik olması gizli məsələ deyil. Onların sözlərinə görə, sözügedən icra başçısının sərvətinin bilinən tərəfi ilə yanaşı, bilinməyən tərəfləri var. "Təkcə, bizə olan borcun məbləğində Zakir Fərəcov 50 şirkət yarada bilər. Bizə təəccüblü olan bir neçə məsələ var. Birincisi, Zakir Fərəcovun bu qədər sərvəti, imkanı və şirkətləri varkən, bizim pulumuza göz dikib? İkincisi, bu adam nə qədər pul hərisidir ki, fəhlənin, zəhmət adamının puluna göz tikib? Bunlar utancvericidir. Bir icra başçısı bu qədər sərvətə sahibkən, iş adamlarının haqqını vermirsə, həqiqətən utancvericidir".
Sahibkarlar sonda onu da vurğulayıblar ki, Zakir Fərəcovun sərvəti məsələsi araşdırılmalıdır.

Əlaqəli xəbərlər