Səfərli susdu, oğlu danışdı: “Narahatam...”

VuqarSeferliveEliyevXəbər verdiyimiz kimi, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq sədri Vüqar Səfərli yol verdiyi nöqsanlar hesabına dövlətə vurduğu ziyanın 100 min manatını artıq ödəyib.


"MediaPost" məsələ ilə bağlı Vüqar Səfərlinin oğlu Seymur Səfərlidən münasibət öyrənməyə çalışıb.


- Seymur bəy, atanızın yol verdiyi nöqsanlara görə dövlət büdcəsinə vurduğu ziyanın 100 minini geri qaytarması ilə bağlı məlumatlar yayılıb. Bu barədə nə deyə bilərsiniz?


- Bu məlumatı ilk dəfə sizdən eşidirəm. Mənim bu barədə məlumatım yoxdur. Atam hazırda özünü yaxşı hiss edir və hər şey qaydasındadır. Yəni bu barədə sizdən eşidirəm.


- Sizin atanız olduğu üçün biz bu barədə sizə suallar ünvanlayırıq. Hesablama Palatası Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunda (KİVDF) apardığı yoxlamaların nəticəsi olaraq Baş Prokurorluğa 400 səhifəlik hesabat təqdim edib. Həqiqətənmi atanızla bağlı bu cür ciddi problemlər mövcuddur?


- Qardaş, bu barədə siz atamın özü ilə əlaqə saxlayıb, münasibət öyrənin. Mən bu barədə məlumatsızam və heç nə deyə bilmərəm.


- Vüqar müəllim bu barədə heç nə danışmaq istəmir axı!


- Əgər münasibət bildirmək istəmirsə, mən nə deyim ki?


- Siz özünüzdə “Mövqe”, “Goal.az” saytının redaktorusunuz və jurnalist fəaliyyəti ilə məşğulsunuz. Bu barədə yəqin ki, bizi tez başa düşərsiniz…


- Mən jurnalist deyiləm. Aydın məsələdir ki, media şirkətinin rəhbəriyəm. Əgər özü yazılanlarla bağlı danışmaq istəmirsə, deməli, nəsə deməyə ehtiyac yoxdur.


- Onda atanızla bağlı yazılanlardan narahat deyilsiniz?


- Narahatlığın buna nə aidiyyatı? Təbii ki, narahatam. Əgər münasibət bildirmirsə, deməli, danışmağa bir fikri yoxdur. Münasibət bildirməyə bir şey yoxdur ona görə…

 

Əlaqəli xəbərlər