"Qara maskalı"lar Sumqayıta gəlsin !

big_1590922117_xuda.jpg

Uzun müddətdir ki, ölkə mətbuatında Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov və onun müavini "KAMAZ" ləqəbli Adil Xudadatov barəsində yazılar dərc olunur.

 Neçə-neçə iş adamı, sahibkar, biznesmen, fəhlə, dülgər, usta və digər peşə sahibləri dövlət qurumlarına, hətta cənab Prezident İlham Əliyevə müraciət edərək öz halal pullarını Zakir Fərəcovdan tələb edirlər. Bu yüzlərlə insan Sumqayıt şəhərinin möhtəşəm bulvarının qurulmasında, şəhərin abadlaşdırılmasında can qoyublar, çalışıblar, amma bugünədək öz halal pullarını ala bilmirlər. Neçə ildir Zakir Fərəcov bu insanları aldadır və pullarını vermir.

 

Onu da qeyd edək ki, Zakir Fərəcovun adı hələ Abşeronda icra başçısı işləyəndən elə dəhşətli cinayətlərdə hallanır ki, bu cinayətlərin təkcə birinə görə, başçı təcili vəzifəsindən uzaqlaşdırılmalı idi. Ancaq atalar demişkən, sən saydığını say, gör, Prezident nə sayır..

Cənab Prezident yenidən Zakir Fərəcova etimad göstərdi və onu ölkənin ən böyük şəhərlərindən birinə başçı təyin etdi. Təssüf ki, yenə Zakir Fərəcov Prezidentin etimadını doğrultmadı.

Bütün bunlar azmış kimi atalar demişkən, "Ağası Gülüm, daha doğrusu Zakir olanın...müavini Adil Xudadatov olar".

Bəli, təsəvvür edirsiniz, bu boyda şəhərin başçısının müavini olan Adil Xudadatovun ləqəbi "KAMAZ"dır. Bu adamın ali təhsili olub-olmaması ilə bağlı mətbuatda nə qədər yazırlar. Ancaq baxan, araşdıran yoxdur. Bu adam az zamanda milyonlarla əmlaka sahib olub. Soruşan yoxdur ki, bu əmlakın mənbəyi nədir ?

Zakir Fərəcov isə bu gün ölkədə ən varlı oliqarxlardan biridir. Zakir Fərəcovun sağ əli olan Adil Xudadatov isə neçə ildir Sumqayıt şəhərində iş adamlarından, sahibkarlardan, ticarət obyektlərindən hər ay pul yığmaqla məşğuldur.

Bir sözlə, bu Fərəcov-Xudadtov cütlüyü hazırda Sumqayıt üçün bəlaya çevrilib.

Bunlar azmış kimi cütlük son vaxtlar mediada özlərini təriflədir, kimlərisə ittiham edirlər. Fərəcov-Xudadatov cütlüyü bütün sərhədləri keçərək kimlərinsə ailəsini-uşağını problemə qatırlar. Bunlar unudurlar ki, ailə-uşağı məsələyə qatmaq yolverilməzdir. Qoy Fərəcov-Xudadatov bilsin ki, bu həssas mövzuya girişsək, ayaqlarınız göydə qalacaq. Ona görə, buna yol verməyək.

 

Sonda vətəndaşlar yazır ki, Prezident deyir ki, mənə məlumat verin. Nə qədər məlumat vermək olar, nə qədər yazmaq olar, nə qədər şikayət etmək olar..?

Artıq insanların yazmağa-pozmağa, teleqram vurmağa inamı-ümidi qalmayıb. Yeganə ümid yeri...

 

Bəli, vətəndaşlar inanır ki, yaxın zamanlarda Azərbaycan cəmiyyətinin ümid yerinə çevrilən "Qara maskalı"lar Sumqayıt şəhərində olacaq və zülmə son qoyulacaq.

Əlaqəli xəbərlər