ƏFLATUN AMAŞOV JURNALİSTİN QARDAŞINA DƏSTƏK VERDİ

Eflatun AmasovSosial şəbəkələrdə xəbər verildiyi kimi, mərhum jurnalist Süleyman Osmanoglunun qardaşı Vaqif Osmanov məlumat yayıb ki, 1991- ci il təvəllüdlü oglu Osmanov Kənan Vaqif oglunun vəziyyəti son dərəcə ağırdır və ona təcili kömək lazımdır. Xəbərdə qeyd edilir ki, uşaq koronavirus testindən 3 gün əvvəl keçib, analiz verib... Bu günə qədər heç bir cavab verilməyib. Vəziyyətin kritik halda olduğu barədə ata dəfələrlə 103-xidmətinə məlumat verib, kömək istəyib... 103 xidmətindən isə koronavirus testinin nəticəsi məlum olmadığı üçün kömək etməkdən hələlik imtina edilib. "Nizami r-n Yavər Əliyev küçəsində yaşayan 1991-ci il təvəllüdlü gənc ölüm ayağındadır"- deyə məlumatlarda bildirilirdi.


Yaranmış problemlə bağlı Mətbuat Şurasının sədri Əflatun Amaşov "Təzadlar"a bildirib ki, Vaqif Osmanovun narahatlığına son qoyulub: "Vaqif bəy mənə zəng etdi və mən aidiyyəti qurumlarla danışdım... Uşağı nəzarətə götürüb xəstəxanaya apardılar. Sonra həkimlə danışdım, dedi ki, narahat olmayın, hər şey yaxşı olacaq, əlimizdən gələni edirik...".
Ə.Amaşov əlavə edib ki, müalicə həkimi ilə əlaqə saxlayıb xəstənin vəziyyətini öyrənməkdədir.

Əlaqəli xəbərlər