Azərbaycanda yeni media təşkilatı yarandı

OnlaynMediaKlubu.jpgDəyərli həmkarlar, əziz oxucular, heç şübhəsiz, yaşadığımız XXI əsr informasiya əsridir. Biz artıq tez-tez belə bir ifadə ilə rastlaşırıq ki, media çox vaxt ictimai rəyə təsir edə, qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gələ bilmir. Bu isə o deməkdir ki, cəmiyyətdə mediaya inamsızlıq hökm sürür, baş vermiş hadisələrin əhəmiyyətinə diqqət yetirilmir.

Qərəzli, oxucuların haqlı tələb və təkliflərinə, müraciətlərinə peşəkar yanaşmayan xeyli sayda media orqanlarının mövcudluğu sırasında yeni bir onlayn informasiya məkanına ciddi tələb yaranır.

 

Bu baxımdan Onlayn Media Klubu yuxarıdakı tələbləri ödəyəcək bir layihə olaraq meydana gəldi. Bu media orqanı işini peşəkarlıq, dövlətçilik baxışı, əksəriyyət oxucu zövqünü təmin etmək prinsipi üzərində quraraq düşündürücü mövzularda bir müzakirə masası yaradacaq.

Əlaqəli xəbərlər