Cəbhədəki hərbi əməliyyatlarla bağlı MÜHÜM AÇIQLAMA

Telim90“Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin başçılığı altında zəfər yürüşü davam edir”.

Pravda.az-ın xəbərinə görə, bunu polkovnik Elşad Əbilov işğal altından azad olunmuş Cəbrayıl rayonunda jurnalistlərə açıqlamasında deyib.

Polkovnik bildirib ki, Ermənistan Silahlı Qüvvələri azərbaycanlıların yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutub, mülkü şəxslər arasında ölən və yaralananlar olub: “Azərbaycan Ordusu buna cavab olaraq əks-hücum əməliyyatlarına başlayıb. Artıq bir neçə yaşayış məntəqəsi erməni işğalından azad edilib. Uğurlu əməliyyatlar davam edir. Azərbaycan Ordusunda yüksək nizam intizam və ruh yüksəkliyi var. Əsgər və zabitlərimiz torpaqları işğaldan azad etmək üçün canından, qanından keçməyə hazırdır. Bunu düşmən yaxşı bilir. Döyüşlər davam edir. Uğurlarımız var, bu belə də davam edəcək”.

E. Əbilov qeyd edib ki, humanitar atəşkəs olmasına baxmayaraq, Ermənistan ordusu yaşayış məntəqələrini və mülkü əhalini atəşə tutmağa davam edir.

Əlaqəli xəbərlər