Mayın 26-da prezident seçkiləridir - Suriyada

seckiler12345

Suriyada növbəti prezident seçkiləri mayın 26-da keçiriləcək.

Məlumata görə, bu barədə Xalq Şurası (parlament) qərar qəbul edib. Prezidentliyə namizədlərin irəli sürülməsi aprelin 19-da başlayacaq.

"26 may çərşənbə gününün Suriyada olan vətəndaşlar üçün prezident seçkiləri günü olmasına qərar verildi. Suriyanın xaricində olan Suriya vətəndaşları üçün seçkilər mayın 20-də, saat 07:00-dan diplomatik nümayəndəliklərin ərazisində keçiriləcək. Namizədlərin qeydiyyatı 19 aprel bazar ertəsi günü başlayır və 10 gün davam edəcək", - deyə parlament iclasında açıqlanan qərarda bildirilir.

Qeyd edək ki, Suriyada son prezident seçkiləri 2014-cü ildə keçirilib.

 

araz.az

2020-ci ildə Putinin gəlirləri nə qədər olub?

rtx3bx3p2 696x464

Kreml dövlət rəhbərliyindəki şəxslərin sərvətləri və gəlirləri ilə bağlı hesabat yayıb. Kremml tərəfindən açıqlanan hesabatda Rusiya prezidenti Vladimir Putinin də 2020-ci ildə nə qədər gəlir əldə etdiyi məlum olub. 

Məlumata görə, Putin 2020-ci ildə 2019-cu ildəki gəlirlərindən 2% çox, 9,9 milyon rubl (219 min 780 manat) gəlir əldə edib. Putin 2019-cu ildə 9,7 milyon rubl (199 min 800 manat) gəlir əldə etmişdi.

Kremlin yaydığı bəyənata görə, Rusiya prezidentinin hazırda Rusiyada 2 evi, 2 avtomobil qarajı, 3 avtomobili var.

Hazırda həbsdə olan Rusiya müxalifətinin lideri Aleksey Navalnının Antikorrupsiya Fondu yanvarın 19-da yeni araşdırma yayıb. Araşdırmada Rusiya Prezidenti Vladimir Putinin Qara dəniz sahilində tikdirdiyi iddia olunan dəbdəbəli imarətdən söz açılıb. Daha sonra Rusiya hökuməti və prezident Putin özü bu iddiaları təkzib edib. Putin belə bir evinin olmadığını bildirib.

“Ukraynaya hücum Putin üçün sonun başlanğıcı olar” – “Putin Baydeni sınaqdan keçirir”

bayput“Rusiyanın son günlərdə Ukrayna ilə sərhəddə qoşun toplaması, hərbi gəmilərini Qara dənizə yerləşdirmək cəhdləri Vladimir Putinin ölkəsinin Ukraynaya qarşı yeddi illik qarşıdurmanı həqiqətən müharibəyə çevirməsidir, yoxsa sadəcə, yeni ABŞ rəhbərliyinə meydan oxuyan bir şoudur? Bu məsələ mütəxəssislər arasında mübahisələrə səbəb olub.”

araz.az-ın verdiyi xəbərə görə, bununla bağlı “Azpolitika.info” yazır ki,ki, “The Washington Post” qəzeti “Putin Baydeni Ukrayna üzərindən sınaqdan keçirir” başlıqlı məqaləsində Rusiyanın Ukraynaya qarşı təhdidlərinin qlobal xarakter daşıdığını bildirərək, Baydenin bu məsələnin həllindəki rolunun vacibliyinə diqqət çəkib: “Hər iki halda - 2014-cü ildə Krımda olduğu kimi, bu gün də Ukraynanın başına eyni hadisələrin gəlməsinin qarşısını almaq Prezident Baydendən qətiyyətli hərəkət tələb edəcək. Yeni bir rus istilasına icazə verilməsi, yeni yaranan demokratiyaya daha bir zərbə vurmaqla yanaşı, dünyanın koronavirus pandemiyası və iqlim dəyişikliyi kimi ikiqat fəlakətlə qarşılaşdığı bir dövrdə qlobal nizamı pozacaq”.

Məqalədə ABŞ-ın Ukraynanın suverenliyini və ərazi bütövlüyünü açıq şəkildə dəstəkləməsi, Ukraynaya əlavə hərbi yardımlar göndərməsi xatırladılsa da, Baydenin bunlardan daha çox şey edə biləcəyi də vurğulanıb: “Ukrayna xalqının iradəsinə və beynəlxalq hüquqa baxmayaraq, Rusiya öz yolunu davam etdirərsə, Putin özünün korrupsiyalaşmış siyasi, hərbi və iqtisadi nüfuzunu keçmiş sovet ölkələrində və onun hüdudlarından kənarda yaymağa davam etmək üçün cəsarətlənəcək. NATO özünü çox güman ki, Baltikyanı ölkələrdə sınayacaq. Bir NATO dövlətinə hücum, ittifaqa hücum deməkdir ki, bu da kollektiv hərbi cavab tələb edir.”

Məqalədə həmçinin, Putinin Ukrayna ilə savaşı yenidən başlatmaq üçün daxili səbəblərinin olduğu qeyd edilib: “Donbasın yenidən “qızışdırılması” Putinin xalqın fikrini durğun iqtisadi vəziyyətdən, pandemiyadan, siyasi partiyasının populyar olmamasından və bürokratik idarəçilikdən, “Navalnı məsələsi”ndən yayındırmaq üçün xüsusi bir taktikadır. Ancaq Putin bilməlidir ki, Ukrayna ilə genişmiqyaslı müharibə həm də Rusiyaya əks təsir göstərə bilər. Rus xalqı ukraynalılarla müharibə etmək istəmir. Yeni bir hücum demokratiyanın birləşmiş cəbhəsini yaradar və ciddi sanksiyalara gətirib çıxarar ki, bu da Putinin hakimiyyəti üçün sonun başlanğıcı olar.”

 

 

 

araz.az

Türkiyədə karantin rejimi sərtləşdirildi - QƏRAR

senedlesme34

Türkiyədə koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində karantin rejimi qismən sərtləşdirilir.

Bu barədə qərar Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə aprelin 13-də keçirilən Nazirlər Kabinetinin toplantısında qəbul edilib.

Onun sözlərinə görə, qapanma Ramazan ayının ilk iki həftəsini əhatə edəcək.

Kim Çen In təhsil nazirini edam etdi

kimcen

Şimali Koreyanın lideri Kim Çen In təhsil naziri barəsində edam qərarı verib.


araz.az  xəbər verir ki, təhsil komissiyasının uğursuzluğu araşdırılıb, bəzi təhsil işçilərinin hökumətin siyasətini tənqid etdiyi məlum olub.


Şimali Koreya rejiminin prinsiplərini həyata keçirə bilməyən təhsil naziri kifayət qədər video zəng etmədiyi və nazirliyin iş yükündən şikayətləndiyi üçün edam olunub.


Adı xəbərlərdə yalnız “Park” kimi qeyd edilən nazirin 50 yaşlarında olduğu bildirilir.


Oxu.az

1 -dən səhifə 155

Əlaqəli xəbərlər