Azad Rəhimovun oğlu 20 milyonluq tender “uddu”

Azad-rehimov.jpgAzərbaycanda əksər tanınmış və iri şirkətlərin adının hansısa məmur-oliqarxla, yaxud nazirlə əlaqələndirilməsinə artıq çoxdan adət etmişik. Ona da adət etmişik ki, ölkədə keçirilən tenderlərin böyük hissəsinin qalibi də məhz belə şirkətlər olur.

Gömrük Komitəsində sahibkarlarla görüş keçirilib

gomruk-gorus.jpgDövlət Gömrük Komitəsində “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə hüququ əldə edən sahibkarlarla görüş keçirilib.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Araz.az-a daxil olan məlumata görə, görüşdə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-mayoru İsmayıl Hüseynov, Komitə sədrinin müavini, gömrük xidməti general-mayoru Cavad Qasımov, Baş İdarə rəisləri, aidiyyəti qurumların rəhbərləri, sahibkarlar iştirak edib.

“Qərar qüvvədə qalarsa, yüz min tonlarla kartof məhv olacaq”

kartof.jpgXəbər verdiyimiz kimi, aprelin 5-də Nazirlər Kabineti daxili bazarda qiymət artımı müşahidə olunan soğan, kartof və kələmin ixracına əlavə rüsum tətbiq edib. Qurumun qərarı ilə soğan və kələmin ixracına 1 kiloqram üçün 2 dollar, kartofda isə 1 dollar rüsum müəyyənləşdirilib.

Soğan və kələmin ixracına rüsum tətbiq olunması razılıqla qarşılansa da, kartofla bağlı atılan addım etirazlara səbəb olub. Cənub bölgəsində faraş kartof yetişdirən fermerlər etirazlarını rayon icra strukturlarına çatdırmaq üçün toplantı belə keçiriblər. Bu etirazlar Nazirlər Kabinetinin kartof ixracına əlavə rüsum tətbiq etməsinə dair qərarının doğru addım olub-olmadığına dair müzakirələrə yol açıb.

Dövlət Gömrük Komitəsinin Akademiyasında “Maliyyə bazarlarında praktik fəaliyyət” mövzusunda seminar keçirilib

Copy of 1.jpg

Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) “Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası” İctimai Birliyi, “İnvest-AZ İnvestisiya Şirkəti” QSC və Akademiyanın birgə təşkil etdiyi “Maliyyə bazarlarında praktik fəaliyyət” mövzusunda seminar keçirilib.

Səfər Mehdiyev: "Bütün dövlət qurumları gələcək risklərin müəyyən edilməsi və onun təsirlərinin aradan qaldırılması üçün işlər aparırlar"

Sefer mehdiyev00001

Son 15 ildə Azərbaycanda aparılan uğurlu islahatlar nəticəsində ölkə iqtisadiyyatına 230 mlrd. ABŞ dollarından artıq investisiya yatırılıb.

Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) təşkilatçılığı ilə keçirilən “İqtisadi islahatlar: Sahibkarlığın inkişafı və diversifikasiya” adlı beynəlxalq konfransda çıxış edən Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev deyib.

S.Mehdiyevin sözlərinə görə, bu investisiyaların 50%-ə qədəri xarici investisiyalardır:

1 -dən səhifə 24

Əlaqəli xəbərlər