Mərkəzi bankın hazırkı binası tələblərə cavab vermir - Sədr

milli bank

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov yeni binanın tikintisinin hansı zərurətdən doğduğuna aydınlıq gətirib.

araz.az  Modern.az-a istinadən xəbər verir ki, İdarə Heyətinin sədri Elman Rüstəmov onlayn mətbuat konfransında bildirib ki, əvvəllər Mərkəzi Bank klassik idi, indi isə bütövlükdə maliyyə bazarlarına tam nəzarəti icra edir:

“Bizim iş həcmimiz və işçilərimizin sayı əhəmiyyətli dərəcədə artıb. Biz bu gün faktiki olaraq, 3 ünvanda yerləşirik: bizim köhnə binamız, yeni binamız və çoxunun bilmədiyi xəzinədarlığımızdır, hansı ki, Nərimanovda bir dalanda yerləşir. O nə fiziki tələblərə, nə də təhlükəsizlik tələblərinə cavab verir. Yəni Mərkəzi Bankın xəzinəsinin əhəmiyyətli hissəsi kənardadır. Təbii ki, bu, idarəetmə baxımından əlverişsizdir”.

Baş bankir deyib ki, Mərkəzi Bankın biznes proseslərini tam avtomatlaşdırılmış şəkildə idarə etməsi üçün yeni binaya ehtiyacı var:

“Bir şeyi də diqqətə çatdırım ki, bina tam hazır olandan sonra hazırkı binları dövlətə qaytaracağıq. Bunlar çox əhəmiyyətli və qiymətli aktivlərdir. Bizim hesbalamalarımıza görə bu, bizim sərf etdiyimiz dəyərin ən az yarısını dövlət üçün qabaqlayacaq”.

Əlaqəli xəbərlər