Avropada minimum əmək haqqı: Azərbaycan sonuncudur! – REYTİNQ

bandicam 2021 03 13 13 08 22 782

2020-ci il üzrə Azərbaycan və Avropa İttifaqı ölkələrində əmək haqlarının minimum miqdarı açıqlanıb.

araz.az   Beynelxalq.İnfo-ya istinadən  xəbər verir ki, Avropa İttifaqının ötən il üçün hazırladığı hesabatda, 25 Avropa ölkəsində, eləcə də Azərbaycanda dövlət və özəl sektorlarda çalışanların minimum əmək haqları ilə bağlı geniş məlumat yer alıb.

Hesabatda, çalışanlarına minimum əmək haqqının ən yüksək məbləğini verən ilk beş dövlətin adı açıqlanıb. Beşlikdə, ən yüksək məvacibin Lüksemburq Krallığında olduğu müəyyən edilib. Belə ki, bu ölkədə minimum əmək haqqı 2.141 € (4.327 manat) məbləğindədir. Sonrakı sırada isə İrlandiya (1.706 € (3.448 manat)), Hollandiya (1.680 € (3.394 manat)), Almaniya (1.584 € (3.200 manat)) və Fransa (1.539 € (3.110 manat)) qərarlaşıblar.

Hesabatda,  minimum əmək haqqının orta və ən aşağı məbləğinə sahib olan ölkələrin də adı açıqlanıb. Belə ki, İspaniyada orta aylıq məvacibin 1.108 EURO (2.239 manat), ən aşağı orta aylıq maaşın Latviya Respublikasında 500 EURO (1.010 manat) məbləğində olduğu müəyyən edilib.

Aİ-nın açıqlamasında, Ruminya, Bolqarıstan və Azərbaycan minimum əmək haqqının ən aşağı məbləğinə sahib olan ölkələr kimi reytinq cədvəlində sonuncu yerləri bölüşüblər.  Belə ki, Ruminyada minimum əmək haqqı 472 € (954 manat), Bolqarıstanda 332 € (670 manat), Azərbaycan isə 123 €  (250 manat) məbləğindədir.

Bu hesabatdan aydın olur ki, ölkəmizdə əhalinin yaşam səviyyəsinin təmin edilməsi məsələsində prioritet mövqeye malik olan minimum əmək haqqı miqdarı Avropa ölkələrindəkindən kifayət qədər aşağı səviyyədədir.

Yeri gəlmişkən, məşhur “Trading Economics” xəbər portalının yayımladığı “Sosial təminat dərəcəsi” reytinqində  Azərbaycan 25 faizlik miqdar ilə Avropa ölkələrindən xeyli geridə qalıb.

Azərbaycan / Birlik ölkələri Minimum əmək haqqları
Lüksemburq 2.141 € (4.327 manat)
İrlandiya 1.706 € (3.448 manat)
Hollandiya 1.680 € (3.394 manat)
Almaniya 1.584 € (3.200 manat)
Fransa 1.539 € (3.110 manat)
İspaniya 1.108 € (2.239 manat)
Slovenya 940 € (1.900 manat)
Malta 761 € (1.539 manat)
Yunanıstan 758 € (1.532 manat)
Portuqaliya 665 € (1.343 manat)
Slovakya 623 € (1.258 manat)
Polşa 611 € (1.234 manat)
Litva 607 € (1.226 manat)
Çexiya 586 € (1.184 manat)
Estoniya 584 € (1.179 manat)
Xorvatiya 546 € (1.103 manat)
 Latviya 500 € (1.010 manat)
Macarıstan 488 € (985 manat)
Ruminya 472 € (954 manat)
 Bolqarıstan 332 € (670 manat)
 Azərbaycan 123 €  (250 manat)

 

 

araz.az

Əlaqəli xəbərlər