“Sübut etməsə, nakişidir” – Fazil Mustafa Cəlaloğluna

1565871396_fazilaaaa.jpg
"Dəfələrlə böhtan ataraq məni FETO-çu adlandıran Sərdar Cəlaloğlu bunu sübut etməsə, namussuzdur, nakişidir”. 

BakuPost xəbər verir ki, bu sözləri deputat Fazil Mustafa sosial şəbəkədə yazıb. ADP sədrinin onu FETO-çu adlandırmasına sərt reaksiya verən millət vəkili bu cür iddiada olanlara qısa və açıq mesaj göndərdiyini bildirib:
 
"Öz adıma deyirəm, FETO-çu olan namussuzdur, nakişidir. Deyir ki, bu barədə bir dəfə yazmaq istədim MTN-ə, dostlar qoymadı. Ay-hay. Sən satdığın adamlar haqqında məlumatları yazanda dostları eşidəydin bari. İndi isə fürsətdir, bütün qurumlara yaz, araşdır, incələ. Bir dəfə bu adama söyləmişdim, sən gündə bir dəfə üzünü yuyursan, mənsə azı beş dəfə ayağımı. Ayağım belə sənin üzündən çox-çox təmizdir. Azərbaycan dövləti də, milləti də gözəl bilir ki, bizim bu dövlətdən, bu millətdən başqa qibləgahımız yox!”
 
Qeyd edək ki, S. Cəlaloğlu Musavat.com-a açıqlamasında Fazil Mustafanın FETO-çularla əlaqəsinin olmasını onun özünə, Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinə də, Türkiyə təhlükəsizlik orqanlarına da sübut edə biləcəyini, faktlarının olduğunu söyləyib.

Əlaqəli xəbərlər