Arzu Nağıyev: “Rusiya da başa düşür ki, Paşinyan Sorosun patronajlığı altında fəaliyyət göstərir”...

arvyÖtən həftə Prezident İlham Əliyev növbəti dəfə beynəlxalq ictimaiyyətə və işğalçı Ermənistana Azərbaycanın Qarabağla bağlı prinsipial mövqeyini bəyan etdi...

...Deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Arzu Nağıyev Musavat.com-a bildirib  ki, Azərbaycan müharibəyə daim hazırdır və biz bu savaşın hər gün içindəyik: "Əgər hər gün atəş səsləri eşidilirsə, mütəmadi olaraq işğalçılıq siyasəti aparan ermənilər cava verərək onları susdururuqsa, deməli, hərbi vəziyyət hər gün var. Ermənilərin verdiyi bəyanatlar özlərini sığortalamaqdan başqa bir şey deyil. Tonoyan hansı səlahiyyətlə bəyanat verə bilər ki, qondarma "DQR" özünü dövlət kimi aparmağa çalışır. Əvvəlcə onlar öz aralarında razılığa gəlsinlər və havadarlarından "xeyir-dua" alsınlar, sonra nədənsə danışısınlar. Digər tərəfdən, hansı qüvvə ilə müharibə aparacaqlar ki? Tovuz istiqamətində demək olar ki, bütün qüvvələrini cəmləşdirdilər və nəticə də göz qabağındadır".

Deputat qeyd etdi ki, bu gün Ermənistanı narahat edən ciddi məsələlər var: "Onları narahat edən Rusiya - Türkiyə yaxınlaşması, Azərbaycan - Türkiyə hərtərəfli tərəfdaşlığı, keçirilən birgə hərbi təlimlərdir".

Ermənistanın baş naziri Nikol Paşinyanın Xocalı soyqırımına görə Rusiyanı ittiham etməsinə gəldikdə isə, A.Nağıyev bunları bildirdi: "Təbii ki, onların dediyində müəyyən həqiqət var, çünki 366-cı alay soyqırımda birbaşa iştirakçıdır. Lakin məhz indi bunu bəyan etmək sadəcə, həm cinayətin törənməsini bölüşdürmək, həm də riyakarlıqdır. Rusiya da başa düşür ki, Paşinyan birbaşa Sorosun patronajlığı altında fəaliyyət göstərir. Lakin geosiyasi maraqlar baxımından Ermənistan bunu inkar da etmir".

A.Nağıyevin sözlərinə görə, bu gün Ermənistan çox çalışır ki, Rusiya-Türkiyə münasibətləri gərginləşsin: "Bununla da ermənilər istəyirlər ki, Azərbaycan-Rusiya münasibətləri pisləşsin. Lakin buna da nail ola bilmirlər. Düşünürəm ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müəyyən bir məqam yetişib. İstər hərbi yolla, istərsə də diplomatik yolla müsbət bir nəticə əldə etmək mümkündür"...Olaylar.Az 

Əlaqəli xəbərlər