Repressiya və İşgəncələr Əleyhinə Komitənin BƏYANATI

1573908863_received_547228712763842.jpeg

"Repressiya və İşgəncələr Əleyhinə Komitə" ictimai-siyasi xadim, tanınmış hüquq müdafiəçisi Oktay Gülalıyevin avtomobillə vurulma hadisəsi ilə əlaqədar qaranlıq məqamları müzakirə edərək, bir daha aşağıdakıları bəyan edir:

Oktay Gülalıyev "Siyasi Məhbusları Müdafiə Mərkəzi" və "Repressiya və İşgəncələr Əleyhinə Komitə" adlı hüquq-müdafiə təşkilatlarının koordinatoru idi. Özünə və ailəsinə qarşı hakimiyyət tərəfindən real təhlükələr olmasına baxmayaraq, "Eurovision işi", "Nardaran işi", "Tərtər işi", "Gəncə işi" üzrə siyasi motivlərlə həbs edilmiş, işgəncələrə məruz qalmış məhbusların, həmçinin mühakimə edilmədən güllələnərək öldürülən şəxslərin hüquqlarının müdafiəsini təşkil edirdi. O, həm də siyasi məhbus siyahılarının hazırlanması üzrə ixtisaslaşmış hüquq müdafiəçisi idi. Onun hüquq müdafiəsi sahəsindəki ardıcıl və prinsipial mövqeyi Azərbaycan hökumətini narahat edirdi. Təsadüfi deyil ki, Oktay Gülalıyev dədələrlə Azərbaycan Respublikasının Baş Prokurorluğuna və Daxili İşlər Nazirliyinə çağırılmış, ondan hüquq-müdafiə işindən əl çəkməsi təkidlə tələb edilmiş, təzyiq və təhdidlərə məruz qoyulmuşdur.
Oktay Gülalıyevin avtomobillə vurulma anına aid video-görüntünün təhlilinə dair müstəqil ekspert-mütəxəssis rəylərinə əsasən, "Repressiya və İşgəncələr Əleyhinə Komitə" olaraq, bildiririk ki, Oktay Gülalıyevin avtomobillə vurulma hadisəsi heç də ehtiyatsızlıqdan baş vermiş adi avtomobil qəzası deyil və burada insan həyatına açıq-aydın sui-qəsdə dair çox sayda təkzibedilməz faktlar mövcuddur.

"YASMİN" KİMİ QİYMƏTLİ OBYEKTLƏRƏ BANK SAHİBLƏRİ VERDİKLƏRİ KÜLLİ MİQDARDA QANUNSUZ KREDİTLƏR QARŞILIĞINDA ƏL QOYURLAR

B8DE59A2 3660 4D1C 9567 9A8B097EFE67VƏKİL ƏKRƏM HƏSƏNOV:
"GUYA, TİCARƏT MƏRKƏZİNİN BİNASINDAKI OBYEKTLƏRİN İLLƏR ÖNCƏ BAŞQA-BAŞQA İŞ ADAMLARINA SATILMASI, GİROV PREDMETİ ÜZRƏ MÜLKİYYƏT HÜQUQU HAQQINDA MƏLUMAT TOPLAYAN "XALQ BANK" RƏHBƏRLƏRİNƏ SONRADAN MƏLUM OLUB"

Ölkə banklarından böyük həcmdə götürülən kreditlərlə bağlı meydana çıxan çətinliklərin daha çox girovla bağlı olduğu hamıya məlumdur. Hamıya o da məlumdur ki, girovların real dəyərini çox aşağı qiymətləndirən bankirlər, öncədən qurduqları çirkin niyyətli planlarını, elə, prosesin gedişi zamanı reallaşdırmış, konkret desək, xoşlarına gəldiyindən, çoxdan gözlərini dikdikləri sahibkar obyektlərini ələ keçirmiş olurlar. Bu səbəbdən, imkanlı əksər bank rəhbərləri Mərkəzi Bank tərəfindən təsdiq edilən və Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatından keçirilən “Banklarda kreditlərin verilməsi Qaydaları”nın tələblərinə məhəl qoymadan, sahibkarların böyük məbləğdə kredit götürmələrinə razılıq verirlər. Sonda isə, kredit götürən iş adamlarının bir çoxu həm əmlaklarından, həm də bizneslərindən məhrum olurlar. Eynən, "Xalq Bank" Açıq Səhmdar Cəmiyyəti ilə, 04 oktyabr 2013-cü il və 08 iyul 2015-ci il tarixlərində kredit müqavilələri bağlayaraq, birinci dəfə 10 milyon, ikinci dəfə isə, 17 milyon dollar məbləğində qanunsuz kreditlər götürən "Mars-M" MMC-nin təsisçisi və direktoru Mərhəmət Bəşirov kimi! Acınacaqlısı odur ki, qanun tələblərindən kənar verilən həmin kreditlər ucbatından, Mərhəmət Bəşirovla bərabər, 2008-2013-cü illərdə "Mars-M" MMC-nin tərkibində olan "Yasmin" ticarət mərkəzindəki müxtəlif ölçülü obyekt və ofislərin külli miqdarda qiymətləndirilən dəyərlərini tam ödəməklə, şəxsi əmlakları kimi öz adlarına alan 22 nəfər iş adamı da eyni taleni yaşayırlar. Bir sözlə, həmin sahibkarlar da, artıq, əmlak və bizneslərindən məhrum olmaq təhlükəsiylə üz-üzədirlər.

Azərbaycanda bank öz işçilərinin "boşanmış və dul" olması ilə maraqlanır – Video

kredit-cv.jpgSosial şəbəkədə yayılan məlumata görə, “Xalq Bank” ASC tərəfindən insanlar ailə vəziyyətinə görə diskriminasiya olunurlar.

Bizimyol.info xəbər verir ki, “Xalq Bank”ın CV formasında ailə vəziyyəti haqqında bölmədə əvvəllər “evli və subay” bəndi vardısa, indi həmin bölməyə “dul və boşanmış” bəndləri də əlavə edilib. Qeyd edək ki, CV qısaca olaraq tərcümeyi-haldır.

Sosial şəbəkədə aparılan müzakirədə “Ailə vəziyyəti haqqında detallı məlumatın bir insanın iş karyerasına hansı təsir ola bilər” sualına cavab axtarılıb.

1 -dən səhifə 66

Əlaqəli xəbərlər