"YASMİN" KİMİ QİYMƏTLİ OBYEKTLƏRƏ BANK SAHİBLƏRİ VERDİKLƏRİ KÜLLİ MİQDARDA QANUNSUZ KREDİTLƏR QARŞILIĞINDA ƏL QOYURLAR

B8DE59A2 3660 4D1C 9567 9A8B097EFE67VƏKİL ƏKRƏM HƏSƏNOV:
"GUYA, TİCARƏT MƏRKƏZİNİN BİNASINDAKI OBYEKTLƏRİN İLLƏR ÖNCƏ BAŞQA-BAŞQA İŞ ADAMLARINA SATILMASI, GİROV PREDMETİ ÜZRƏ MÜLKİYYƏT HÜQUQU HAQQINDA MƏLUMAT TOPLAYAN "XALQ BANK" RƏHBƏRLƏRİNƏ SONRADAN MƏLUM OLUB"

Ölkə banklarından böyük həcmdə götürülən kreditlərlə bağlı meydana çıxan çətinliklərin daha çox girovla bağlı olduğu hamıya məlumdur. Hamıya o da məlumdur ki, girovların real dəyərini çox aşağı qiymətləndirən bankirlər, öncədən qurduqları çirkin niyyətli planlarını, elə, prosesin gedişi zamanı reallaşdırmış, konkret desək, xoşlarına gəldiyindən, çoxdan gözlərini dikdikləri sahibkar obyektlərini ələ keçirmiş olurlar. Bu səbəbdən, imkanlı əksər bank rəhbərləri Mərkəzi Bank tərəfindən təsdiq edilən və Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatından keçirilən “Banklarda kreditlərin verilməsi Qaydaları”nın tələblərinə məhəl qoymadan, sahibkarların böyük məbləğdə kredit götürmələrinə razılıq verirlər. Sonda isə, kredit götürən iş adamlarının bir çoxu həm əmlaklarından, həm də bizneslərindən məhrum olurlar. Eynən, "Xalq Bank" Açıq Səhmdar Cəmiyyəti ilə, 04 oktyabr 2013-cü il və 08 iyul 2015-ci il tarixlərində kredit müqavilələri bağlayaraq, birinci dəfə 10 milyon, ikinci dəfə isə, 17 milyon dollar məbləğində qanunsuz kreditlər götürən "Mars-M" MMC-nin təsisçisi və direktoru Mərhəmət Bəşirov kimi! Acınacaqlısı odur ki, qanun tələblərindən kənar verilən həmin kreditlər ucbatından, Mərhəmət Bəşirovla bərabər, 2008-2013-cü illərdə "Mars-M" MMC-nin tərkibində olan "Yasmin" ticarət mərkəzindəki müxtəlif ölçülü obyekt və ofislərin külli miqdarda qiymətləndirilən dəyərlərini tam ödəməklə, şəxsi əmlakları kimi öz adlarına alan 22 nəfər iş adamı da eyni taleni yaşayırlar. Bir sözlə, həmin sahibkarlar da, artıq, əmlak və bizneslərindən məhrum olmaq təhlükəsiylə üz-üzədirlər.

Azərbaycanda bank öz işçilərinin "boşanmış və dul" olması ilə maraqlanır – Video

kredit-cv.jpgSosial şəbəkədə yayılan məlumata görə, “Xalq Bank” ASC tərəfindən insanlar ailə vəziyyətinə görə diskriminasiya olunurlar.

Bizimyol.info xəbər verir ki, “Xalq Bank”ın CV formasında ailə vəziyyəti haqqında bölmədə əvvəllər “evli və subay” bəndi vardısa, indi həmin bölməyə “dul və boşanmış” bəndləri də əlavə edilib. Qeyd edək ki, CV qısaca olaraq tərcümeyi-haldır.

Sosial şəbəkədə aparılan müzakirədə “Ailə vəziyyəti haqqında detallı məlumatın bir insanın iş karyerasına hansı təsir ola bilər” sualına cavab axtarılıb.

Qida Təhlükəsizliyi Agentliyi də, İsmayıllı şəhər bazarındakı acınacaqlı durumla maraqlanmaq istəmir -- İTTİHAM

WhatsApp Image 2019-10-14 at 05.28.58.jpegBazardakı antisanitariya, hətta rayonun səlahiyyət sahiblərinin belə veclərinə deyil

İsmayıllı rayonunun sabiq icra başçısı Vaqif Rəhimovun adına deyilən, hələ də onun yaxın adamlarının əlində qalan şəhər bazarındakı mövcud acınacaqlı durumla bağlı, araz.az saytı da, ötən ayın sonunda tənqidi yazı dərc etdi. Lakin nə əhalini böyük təhlükəylə üz-üzə qoyan bu antisanitariya məkanındakı kritik durumla, nə də buna görə günbəgün artan ictimai gileylə bağlı yazdıqlarımız rayonunun səlahiyyət sahiblərindən heç kəsi narahat etmədi. Bu səbəbdən, həmin yazını olduğu kimi Qida Təhlükəsizliyi Agentliyinə də ünvanlayıb, yazıda göstərdiyimiz bütün ciddi məsələlərə bu agentlikdən münasibət öyrənməyi daha vacib bildik. Lakin sanitariya və gigiyena norma və qaydalarına, bunlar haqqında olan qanunvericiliyin tələblərinə ciddi riayət edilməsinə dövlət nəzarətinin təminatında yüksək səlahiyyətə malik həmin agentlikdən də, yazıda göstərilənlərə reaksiya olmadı. Məhz belə laqeydliklərə görədir ki, həmin bazarda indiyədək heç nəyin dəyişmədiyinin şahidi olursan. Halbuki yeddi dövlət qurumunun -- Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin, Kənd Təsərrüfatı Nazirliyi Yanında Fitosanitar Nəzarəti Xidmətinin, Baytarlıq Nəzarəti Xidmətinin, Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Qorunması üzrə Dövlət Xidmətinin və idxal zamanı Dövlət Gömrük Komitəsinin səlahiyyətlərini həyata keçirmək üçün yaradılan və ötən ilin ilk günündən
fəaliyyətə başlayan bu agentlik, ona həvalə edilən “tarladan süfrəyədək” prinsipi əsasında, burada satılan qida məhsullarının təhlükəsizliyini təmin etmək üçün, bir çox lazımi tədbirlərini həyata keçirə bilərdi.

Antisanitariya yuvasına çevrilən İsmayıllı bazarı sabiq başçı Vaqif Rəhimoun adamlarının əsarətindən qurtula bilmir – İTTİHAM

WhatsApp Image 2019-09-23 at 06.01.55.jpegƏhalini böyük təhlükə ilə üz-üzə qoyan bazardakı kritik durum da, buna görə, günbəgün artan ictimai giley də, dövlət qurumu rəhbərlərini qorxutmur ki, qorxutmur

"Sahibi rayonumuzun sabiq icra başçısı Vaqif Rəhimov olan İsmayıllı şəhər bazarındakı biabırçı durum uzun zamandır qalmaqdadır. Camaat üçün vacib olan, lakin antisanitariyanın hökm sürdüyü bu alver məkanındakı ürəkbulandıran mənzərə, bazarın iki addımlığındakı qəbristanlıq içindəki küçə ticarəti ərazisinin durumundan heç nə ilə fərqlənmir. İşıqlandırma sistemi sarıdan da acınacaqlı vəziyyətə düşən bu bazar hər an yanğın təhlükəsi ilə üzləşə bilər. Nə olsun, əhali üçün daha qorxulu görünən bu acınacaqlı vəziyyət şəhər rəhbərliyindəki heç kəsi narahat etmir. Hətta bazarın icraçı direktoru Mirdamət Cəfərovun xətrinə dəyən belə tapılmır", -- bu sözlər İsmayıllıdan araz.az xəbər portalının redaksiyasına ünvanlanan şikayət xarakterli müraciətdəki hədsiz narahatlığın ifadəsidir. Şəhər sakinləri olan şikayətçilər öz müraciətlərində onu da xüsusi vurğulayırlar ki, bu kritik durumun ağrı-acısı daim vətəndaşların, xüsusilə əhalinin aztəminatlı hissəsinin "başında çatlayır": "Hökumət qurumlarının bazarı təhlükəli mallardan azad etmək, buna görə, əhali arasında yayıla biləcək müxtəlif yoluxucu xəstəliklərin qarşısını almaq səlahiyyətləri olsa da, deyilənlər heç onların veclərinə belə deyil. İsmayıllı camaatının qida təhlükəsizliyi böyük təhlükə qarşısında olsa da, bilmirik ki, dövlətin Qida Təhlükəsizliyi Agentliyi hara baxır, kimi gözləyir, rəhbərlik hərəkətə keçməyə nədən tələsmir?!.

...Doğrudan da, bizim bazarda vəziyyət olduqca dözülməzdir. Səhər tezdən burada sanitariya və baytarlıq yerləri açıq olmur ki, onlar həqiqi yoxlamalar aparsınlar. Bazarda yalançı ekspertizalar keçirmək, pullar yığmaq və yalandan möhür vurub, sənədlər vermək, sanki məşğuliyyətə çevrilib. Bütün alver malları ekspertizadan keçirilmədən istehlakçıya satılır. Bazardakı antisanitariya isə, getdikcə daha da şiddətlənir. Bizi olduqca narahat edən də, elə, budur...".

4 -dən səhifə 69

Əlaqəli xəbərlər