“Problemli kreditlərin 60 faizi korrupsiya ilə verilən kreditlərdir” – tanınmış ekspert

 kreditBu il yanvarın ayının 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi 1 273,1 mln. manat təşkil edib ki, bu göstərici son bir ayda 137,3 mln. manat və ya 9,7% azdır. Azərbaycan Mərkəzi Bankından (AMB) "APA-Economics"ə verilən məlumata görə, illik müqayisədə isə problemli kreditlərin həcmi 311,9 mln. manat və ya 19,7% azalıb. 

MASALLINI BU CÜR GÖRMƏK İSTƏMƏZDİM

WhatsApp Image 2020-01-07 at 02.15.17.jpegBir-neçə gün öncə, dostlarımla birgə güzarımız təxminən 27-28 il əvvəl yolüstü ötüb-keçdiyim Masallıya düşdü. Düzü, onun küçələrindən keçəndə, bazarətrafı yerləri görəndə çox məyus oldum. Sanki "sovetlər"dən sonra oralarda heç nə dəyişməyib - müasir memarlıqdan uzaq, yöndəmsiz görünüşlü tikililər, köhnə-təzə dükanların pərakəndəliyi, xoşagəlməz görkəmləri, yaşıllığın azlığı, palçıqlı küçələr, bazarın səliqəsizliyi, necə gəldi yerə düzülmüş mallar və s. Bütün bunlar təmiz qəlbli, mehriban və zəhmətkeş masallılara yaraşmadığından mənə çox pis təsir etdi. Axı, Masallı rayonu Azərbaycanın gözəl, zəngin təbiətli bir guşəsidir, həm də mənim çox gözəl şair, jurnalist, rejissor dostlarımın doğma yurdudur. Onların torpağını, yurdunu bu cür qəlb küsdürən bir vəziyyətdə görmək istəməzdim. Bəs, ötən illər ərzində burda "başçı" olanlar nəyə "başçılıq" ediblər?

İsmayıllı şəhər bazarı da, “EuroHome” tikinti materialları bazarının taleyini yaşaya bilər -- GÜCLÜ YANĞIN TƏHLÜKƏSİ

WhatsApp Image 2019-12-10 at 16.41.09.jpegİsmayıllı şəhər bazarındakı acınacaqlı durumla bağlı, ölkə mətbuatı ilə bərabər, araz.az saytı da, ciddi narahatlıq ifadəsi olan yazılar dərc edib. Lakin aidiyyatı dövlət qurumları yazılanlarla maraqlanmaq istəmir. Hətta bazardakı antisanitariya rayonun səlahiyyət sahiblərinin belə veclərinə deyil.

CAVİD QURBANOVUN YAXIN ADAMI TƏRƏFİNDƏN ALDADILAN VƏTƏNDAŞLARDAN DÖVLƏT BAŞÇISINA CİDDİ ŞİKAYƏT VAR

demir yollariTENDER QALIBİ LƏKİ-QƏBƏLƏ DƏMİRYOLU XƏTTİNİN TİKİNTİSİNDƏ İŞLƏYƏNLƏRİN ƏMƏK HAQQLARINI VERMİR

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri, millət vəkili Cavid Qurbanova məxsusluğu deyilən "Azəryol-Tikinti" Məhdud Məsuliyyətli Cəmiyyətinin tabeçiliyində aylarla işləyən, lakin indiyədək əmək haqqlarını ala bilməyən bir qrup şəxs tərəfindən araz.az saytına məktub daxil olub. Narazı həmin vətəndaşlar mətbuat vasitəsi ilə ölkə başçısına və Birinci vitse-prezidentə şikayət xarakterli müraciət ünvanlayıblar.

2 -dən səhifə 69

Əlaqəli xəbərlər