"Zəngəzur: 100 sual, 100 cavab" kitabı nəşr edilib

65385090_345149022824562_4837086967273357312_n.jpgAzərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Zəngəzur Cəmiyyətləri İctimai Birliyinin sədri Hacı Nərimanoğlunun "Zəngəzur: 100 sual, 100 cavab" adlı kitabı nəşr edilib və zengezur.com saytında yerləşdirilib: http://zengezur.com/KITABLAR/Zengezur-kitab-1.pdf
 “QHT Nəşriyyatı”nda işıq üzü görən elmi-populyar nəşrdə arxiv materiallarından, müəllifin indiyədək Zəngəzurun tarixinə dair kitablarında, dissertasiya işində, elmi-publisistik məqalələrində istinad etdiyi mənbələrdən, araşdırmalarından  istifadə olunmaqla bölgənin tarixinə dair 100 sual cavablandırılıb. Vətənimizin dilbər guşəsi olan Zəngəzur bölgəsinin tarixi xəritələri, təbiəti, abidələri, görkəmli şəxsiyyətlərinin 100 fotosu da yer alıb.

Как армянские вандалы уничтожали азербайджанские мечети...

mecid-dagidilmls.jpgИсторик, публикующий свои материалы под псевдонимом Eldar Ginnes, на своей странице в Facebook опубликовал очередной статус, в котором коснулся вопроса об армянском населении на территории Эриванского ханства-«Армянской области» сразу после ее колонизации Российской империей.
Araz.az представляет вниманию читателей данный текст без изменений.

Qərbi Azərbaycan İcması fəaliyyətini genişləndirir -- TƏDBİR

qerbiaz.jpgAprelin 28-də Qərbi Azərbaycan İcması İdarə Heyətinin növbəti yığıncağı keçirilib. Yığıncağı giriş sözü ilə açan İcma rəhbəri Əziz Ələkbərli QAİ-nin getdikcə genişlənən fəaliyyəti barədə ətraflı məlumat verib. Təşkilatın Mətbuat Xidmətindən araz.az-a daxil olan məlumatda bildirilir ki, Əziz Ələkbərli çıxışında, aprelin 24-də Bakı Slavyan Universitetində "Turan Araşdırmalar Mərkəzi" İctimai Birliyinin təşkilatçılığı ilə, "Saxta erməni soyqırımı" mövzusunda keçirilən, aprelin 26-da isə, Azərbaycan Milli QHT Forumunun akademik Zərifə xanım Əliyevanın anadan olmasının 96-cı ildönümünə həsr etdiyi tədbirlərdə rəhbəri olduğu Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcması adından iştirak və çıxış etdiyini qeyd edib. Onun dediyinə görə, tədbir iştirakçıları əvvəlcə Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın məzarlarını ziyarət edərək, abidələri önünə gül dəstələri qoyublar. Sonra Bakı QHT Resurs və Təlim Mərkəzində görkəmli oftalmoloq alimin həyat və fəaliyyətinə həsr olunan tədbir olub. MQF-nin prezidenti Rauf Zeyni, MQF-nin vitse-prezidenti Nüşabə Məmmədova, Azərbaycan Tibb Universitetinin müəllimi, dosent Aidə Bəndəliyeva, BDU-nun professoru Leyla Gərayzadə, MQF İdarə Heyətinin sədr müavini İradə Rzazadə, MQF İdarə Heyətinin üzvü Çingiz Bayramov, Azərbaycan Qaçqınlar Cəmiyyətinin və Qərbi Azərbaycan İcmasının sədri və digər şəxslər tədbirdə maraqlı çıxışlar ediblər. Əziz Ələkbərli öz çıxışında akademik Zərifə xanım Əliyevanı Azərbaycan xalqının 20-ci yüzildə yetirdiyi görkəmli şəxsiyttələrdən biri kimi səciyyələndirib və alimin irsinin daha geniş sferada təbliğini vacib saydığını da vurğulayıb.

Tağıyevin heykəli burada ucaldılacaq

HAcizeynalabdintagi.jpgHacı Zeynalabdin Tağıyevin heykəlinin qoyulacağı məkan məlum olub.

Heydər Əliyev Fondundan “Qafqazinfo”ya daxil olan məlumata görə, heykəlin “İçərişəhər” metrostansiyası yaxınlığındakı meydançada (İstiqlaliyyət küçəsi) ucaldılması nəzərdə tutulur.

Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı Mədəniyyət Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və Heydər Əliyev Fondu açıq heykəltəraşlıq müsabiqəsi elan edib.

Ərizə və eskizlərin təqdim edilməsi üçün son tarix: 30 iyun 2019-cu il.

1 -dən səhifə 41

Əlaqəli xəbərlər