OSMANLI DÖVLƏTİNİN UZUN MÜDDƏT DAĞILMAMASININ BAŞQA BİR SƏBƏBİ

photo_86848.jpgİstanbulun türklər tərəfindən alınması, fəth olunması müsəlman, türk aləmi üçün nə kimi avantajlar sağladığı haqqında gen bol yazılar yazılıb fikirlər söylənilməkdə. İstanbulun türklər tərəfindın əldə edilmə vəsiləsi, həm də uzun zamandır başlatdıqları ancaq uğur qazana bilmədikləri xristian dünyasının şərqə, müsəlman aləminə doğru başladacaqları taaruzları, hücumları, soyqırımları, savaşları əngəllədi, məharətlə qarşısını aldı. Hətta durdurdu deyə bilərik. Əgər o dönəmdə İstanbul fəth edilməsəydi, müsəlmanlar Fatehin siyasəti və öndərliyində İstanbula gedib çıxmasaydılar, indiki dünyanın xəritəsində dəhşətli dərəcədə nizama xidmət edən, ədalətə söykənən çox şeylərdən əsər-əlamət qalmazdı. Üstəlik bu günə gəlib çıxmış bir çox ortacağ islam əsərlərindən, nümunələrindən, tarixindən heç bir iz qalmayacaqdı. Türklər tərəfindən İstanbulun alınması, xristiyan dünyasının Şərqə açılımını və bunun müqabilində bir çox qarşısıalınmayacaq olumsuzluqları gözəl şəkildə əngəllədi.

***

İstanbulun alınması həm də xristian dünyası üçün bir çox gəlişmələrin oluşumuna imza atdı və daha doğrusu, bir çox irəliləyişlərin sağlanmasını hızlandırdı, alovlandırdı. Bu hiz türklərin varlığından duyduqları qorxudan da ola bilirdi. Bunun nəticəsində İstanbul alınarkən alimlər, aydınlar batıya döğru köç etdilər. Batının varlığında bu qorxunun gətirdiyi dalğalanma, fiziki gücün, mənəvi gücün önündə ağıl gücünün işə düşməsiylə dünya yeni bir çağa qədəm basdı.

Bu dünyada baş verən hadisələrə yarımçıq fikirlər, ayrımçı anlayışlar üzərindən düşüncə yürütməməliyik. Bu düya bütövdür. Bu dünyanı Allaha yarımçıq şəkildə  və bölüb, parçalayıb, ayrı-ayrı hissələrlə yaratmayıb. Baş verən hər hansı bir olaya bütöv nəzərlərlə diqqətimiz sabit olmalıdır. Xristianlar, yəhudilər və müsəlmanlar.... Bunlar ayrı ayrı inaclar içində bir bütövlük arz edərlər. Bunların heç birisinin varlığından axıra kimi danışıb, ona nə üstünlük, nə aşağılıq imajı biçə bilməzsən. Bu üç devasal dinin toplumlarının varlığı və bunlar arasındakı hər türlü qovğaların, toqquşmaların, irəliləyişlərin, münasibətlərin fonunda dünya haqqında, hər birisi haqqında bir həqiqəti söyləmək icab edər. Müsəlmanların batıya doğru yönəlməsi yeni bir güc dəngələrinin sağlanması konusunda düşüncələr oyadır. Müsəlmanın ayaq basdığı batı torpaqlarında batılı qorxusu yaransa da, müsalman üstünlüyü diqqət çəksə də, bir az sonra dəngələr fərqli yöndə dəyişimə üz tutur. Mətbəənin icadı, Amerikanın kəşfi, Hindistan  dövriyyəyə girməsi, gəmilərin yeni-yeni formullar və təsisatlar altında icadı, düzəldilməsi kimi... dev projelər dünya üçün elm adı altında indi daha bir yeniliyin insanlığa dönüşünü müjdələyirdi.

***

Osmanlının türk dövlətləri içərisində və islam dövlətləri müqabilində ən uzun ömürlü olması, ən böyük və ən uzunömürlü imperatorpluq məqamını saxlaya bilməsinin kökündə İstanbulun alınmasıdır deyə bilirik. Bu fakt Osmanlı dövlətinin uzun əsrlərlə davam etməsinə, dağılmamasına olanaq sağlayıb. Təsəvvür edin ki, o dönəmdən başlayaraq Osmanlının baş kəndi İstanbul deyil də, Bağdad, Mədinə, ya Məkkə olsaydı, üstəlik də İstanbul alınmasaydı, bu imperiya 600 sənə davam gətirə bilərdimi? Xeyir. Osmanlı padişahlarının İstanbul kimi bir yad, xristiani bir iqlimdə, otmosferdə bulunması, bu qürbət torpağında uyumamaq gərəkdiyinin fərqinə varıblar kimi bir tarixi gerçəklik sərgiləyir mənə. Bu qurbət otmosferində uyumayan, torpaqları genişləndirmə içgüdüsünə sahiblənən, daxili instiktinə bu yolda yenik düşən bu sultanlar buralarda olmanın bilincini bir tərəfədən həssasiyyətlərində tutublar, bir tərəfdən də Qürbət, Yad, Xristian toplumu, mədəniyyəti, torpaqları əhatəsində hər an əl tətikdə, sanki bir hücuma qarşı durmaqla  önləm alacaq bir vəziyyətdə, varlıqlarını gərginlikdə saxlayıblar. Sultanların böyləsinə bir yaşam durumu, həssaslığı, dövlətin məqamına daşıdıqları əxlaq yükünün tarixə çevrildiyini  bu gün necə də duymaq, görmək mümkün.

Mən inanıram ki, o dönəmdə Osmanlı gedib Məkkəni tutsaydı, payitaxtını Məkkədə elan eləsəydi, bu Osmanlı deyiləsi dövlətdən uzaq başı 100-200 ildən artıq bir əsər- əlamt qalmıyacaqdı. Osmanlı dağılıb yox olacaqdı.

Hətta birinsi və ikindi Dünya savaşlarının da tarixi yer dəyişdirməklə, tamami ilə indiki məlum xəritələrin dışında bir xəritə tərtibini, çizgisini, bu xəritə üzərindəki dövlətlərin sərhədlərini bizə miras qoyacaqdı.

Əgər vaxtında İstanbul alınmasaydı, türklər də bu zamana kimi onlarla dövlət qurub yıxacaq, bir - birinin ətini yeyib bir - birinə saldıracaqdı.Bu da qardaş qanlarının daha çox tökülməsinə rəvac verəcəkdi. Üstəlik, türklər bu zamana kimi türklərlə deyil, xristianlarla coğrafi yaxınlıq  və iç -içəlik, bir yaxınlığın sağladığı imkandan,( bu durum onları özlərini hər alanda , hər anlmada qorumasına şərait yaratmışdır) yararlana bilməyəcəkdilər. Türklər, müsəlmanlar İstanbulu almaqla, Bizansı dağıtmaqla, Avropanın göbəyində, xristian aləmin ortasında bir mədəniyyət yaşamı sürdürməklə, bir zamanlarda olduğu kimi, öz savaşçı, işqalçı, fətihçi zehniyyətini  müsəlman-türk qövmlərinə qarşı deyil, artıq xristian aləminə qarşı yönləndirmiş, dəyişdirmiş oldular.

***

Onu da unutmaq lazım deyil ki, İstanbulu fəth edəndən, türklərin Avropaya daxil olduğundan sonra, Fatehin ağli və iradəsiylə xristiyan aləmininin, dinin, kilsənin yüksəlişi və yeni bir hakimiyyətə sahiblənməsi üçün tarixlər boyunca heç xristian dövlətlərinin yaratmadığı imkanı yaratdı. Söhbət ondan gedir ki, xristianlara və kilsəyə bu yüksəlişi Osmanlı sultanı Fateh bilməyərəkdən deyil, bilərəkdən təşkil elədi. Fikrimizcə, Fateh Sultan Məhmət dünya spilitikasının ən gözəlini, ən insani və bəşəri olanını uyğulamışdır.

***

Mən həm də bu qənaətdəyəm ki, Türklər müsəlman olmasaydı belə, İstanbulu alacaqdılar.

Zəruri qeyd: Türklərin İstanbulu alma və Osmanlının yüksəlmə imkanlarını tarix kitablarından bilirəm və mən çalışdım ki, bu yazımda o faktların heç bir rolu olmasın. Məqsədim,fikirmizi istanbulun önəminə çəkməkdir həm də.

Xanəmir Telmanoğlu

Əlaqəli xəbərlər