Gömrük Akademiyasının məzunu: “İndi ən düzgün seçimi etmiş olduğumu bilirəm”
Dövlət Gömrük Komitəsinin Akademiyasının bakalavriat səviyyəsi üzrə “Hüquqşünaslıq” və “İqtisadiyyat” ixtisaslarının 4-cü kurs tələbələrinin yekun dövlət attestasiyası - buraxılış işlərinin onlayn müdafiəsi başa çatıb. Bu tədris ilində Gömrük Akademiyasının “Hüquqşünaslıq” ixtisası üzrə 21, “İqtisadiyyat” ixtisası üzrə 19 tələbəsi təhsilini başa vurur. Tələbə-məzunlar Akademiya haqqında xoş ürək sözlərini sosial şəbəkələrdə paylaşıblar.