Hikmət Hacıyev Bərdəyə raket hücumundan yazdı

hikmet 1

“Ermənistan silahlı qüvvələri humanitar atəşkəsi amansızca pozaraq Azərbaycanın Bərdə rayonundakı dinc əhaliyə raketlərlə hücum edib”.

Turkustan.info xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitterdə yazıb.

“Bu dəhşətli hücum nəticəsində bir mülki şəxs həlak olub və dörd dinc sakin isə yaralanıb. Ermənistanın hərbi cinayətlərinə son qoyulmalıdır”, – o qeyd edib.

Əlaqəli xəbərlər