Hikmət Hacıyev: Ermənistanın Ağdamdakı dağıntıları nüvə silahından da pisdir

cb571281 fe08 3dfe 840d 8477e7a57789 850 1“Məşhur Qarabağ şikəstəsi muğamı yenidən Qarabağ torpağına qayıdır”.

araz.az “Report”-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün tvitterdəki səhifəsində yazıb.

“Gənc müğənni bu gün (dünən-red) dağıdılmış və talan edilmiş Ağdam Mədəniyyət Evinin qarşısında çıxış etdi. Qarabağ Azərbaycan xalqının təqribən min illərlə tarixi olan mədəni və sivil irsidir”, - deyə o vurğulayıb.

Prezidentin köməkçisi qeyd edib ki, işğal edilmiş torpaqlarda, o cümlədən Ağdamda Azərbaycan xalqının mədəni və dini irsinə qarşı belə vandalizmdən sonra Ermənistanın dəyərlərdən danışmağa haqqı yoxdur.

Ağdamı Cənubi Qafqazın “Xirosiması" adlandıran Hikmət Hacıyev Ermənistanın 30 illik işğal müddətində burada törətdiyi dağıntıların nüvə silahından da pis olduğunu qeyd edib.

 экрана 2020 11 29 013917

Əlaqəli xəbərlər