Nazirinə düzgün proqnoz verməyən baş hidrometeroloq ailə maraqlarını dövlət maraqlarından üstün tutur

1617731637 muxtar1Sadiq oxucularımız xatırlayarlar, bu ilin fevral ayında “Həqiqət carçısı” qəzetinin internet səhifəsi olan “Heqiqetcarcisi.az” saytında  “Mamasının gül balası Ekologiya Nazirliyində at oynadır, xidmət rəisi isə tədbir görmək əvəzinə vəzifəsini qaldırır” sərlövhəli, “Ekologiya Nazirliyinin əməkdaşlarının Amerika macəraları” yarımbaşlıqlı tənqidi məqalə dərc olunmuşdu.805d949b8b11c53

Sözügedən məqalə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən adının çəkilməsini istəməyən əməkdaşlarından birinin əslini Nazir cənab Muxtar Babayevə, surətini isə redaksiyamıza göndərdiyi müraciət əsasında hazırlanmışdı. Müəllif bildirirdi ki,Radiometerologiya Aviametereologiya Aerologiya mərkəzinin direktoru vəAudit Xidmətinin bölmə rəisi Nail Nəsibov əməkdaşlarla kobud davranır, vəzifə səlahiyyətlərindən sui-istifadə edir. kollektivə hörmətsizlik göstərir. Xatırladılırdı ki, Nail Nəsibov içkili olduğundan, onunla ABŞ-a ixtisasartırma kursuna gedən beş nəfər Nazirlik əməkdaşlarından Zaur Əlimuradovla dava etmiş, bir-birinə xəsarət yetirən bu iki şəxsin sifətləri elə günə düşmüşdür ki, ertəsi gün tədbirə gözlərində qara eynək taxaraq çıxmağa məcbur olmuşdular. Həmin dava Nazirlik tərəfindən doğru araşdırılmayıb,əksinə,əvəzində ölkəmizi xaricdə biabır edən bu şəxsin vəzifəsi artırılıb.1617737179 xsiyyt v 2

Müraciətdə həmçinin göstərilirdi ki, artıq Nail Nəsibovun dosyasında CM-nin 128-ci maddəsi ilə təqsirləndirildiyi barədə 12.04.2020-ci il tarixli məhkəmə hökmü və 24.07.2008- ci ildə Binəqədi rayon məhkəməsinin hökmü ilə 234.1 maddəsi ilə qanunsuz olaraq narkotik vasitələrindən istifadə etmə cinayəti üzrə 11 ay 28 gün həbs cəzası var. Qeyd olunurdu ki, saxtakarlıqla məşğul olan bu şəxs özünə saxta əlillik dərəcəsi təyin etdirməkdən belə çəkinməyib.

1617738971 whatsapp mage 2021 02 11 at 16 44 30 1

Araşdırmalarımızla o da məlum olmuşdu ki, Nail Nəsibovun anası Milli Hidrometrologiya Xidmətinin rəisi Umayra Tağıyevanın ərinin rəhbər vəzifədə çalışdığı Buzovnada yerləşən 14 saylı xəstəxanada həkim işləyir.

Öyrəndik ki, məqalə dərc olunandan, faktlar KİV-də ictimailəşəndən sonra cənab Muxtar Babayev tapşırıb ki,Nəsibovun “Amerika macəraları” ciddi araşdırılsın.Nazirlik əməkdaşları Nəsibovla birgə ABŞ-da səfərdə olan şəxslərin hamısından bir-bir izahat alınıb və onlar qeyd olunan faktları təsdiqləyiblər. Sözün düzü, fikirləşirdik ki, məqaləmiz və onu qoşma edib göndərdiyimiz müşayiətedici məktublar, imeyllər, vatsapp mesajları (linklər) cənab nazirə çatdırılmır. Amma nə yaxşı ki, cənab Muxtar Babayev vətəndaşların müraciətlərinə yanaşma məsələsində bir çox başqa həmkarlarından həssaslığı ilə seçilirmiş.

Nail Nəsibova gəlincə, onun hələ də xəstəlik və başqa müxtəlif bəhanələrlə işə çıxmadığı deyilir. Onu da öyrəndik ki, ƏƏSMN-dən əlillik statusu almağa nail olan bu şəxs bir ay1 saylı Kliniki Tibbi Mərkəzdə (keçmiş Semaşko adına xəstəxana) “yatıb”. “Yatıb” deyəndə əslində yatmaq görüntüsü yaradıb – avtomobilini xəstəxananın həndəvərində saxlayıb, özü isə axşamlar öz evinə gedib. Bircə onu dəqiqləşdirə bilmədik ki, Nəsibov bu dəfə özünü xəstəliyə vuranda məqsədi indilər haqqında dolaşan ittihamlardan yayınmaq məqsədi güdüb, yoxsa ki əlillik dərəcəsini artırmaq istəyib. Bu yerdə araşdırmalarımız nəticəsində əldə etdiyimiz bir faktı da qeyd edək ki, Nəsibov əvvəl işlədiyi Xırdalandakı müəssisədə də iş cədvəlində davamiyyəti aşağı olub, qrafikdəki xanalarda adının qabağında hey “xəstə” olduğu yazılıb.

1617741503 i qrafiki
Nəsibovun yuxarıdakı sətirlərdə qeyd etdiyimiz kimi, iki dəfə cinayət məsuliyyətinə cəlb olunduğu üzə çıxsa da, necə olubsa, iş yerinə təqdim etmək üçün ASAN xidmət vasitəsilə DİN-dən məhkumluğunun olmaması haqda arayış ala bilib. Ancaq araşdırmalarımız zamanı məlum oldu ki, o həqiqətən də məhkumluq həyatı yaşayıb.( Kiminsə şübhəsi varsa Binəqədi rayon məhkəməsinə sorğu göndərə bilər) Bundan sonra nazir onun hiyləsinin də üstünü açıb və qəti şəkildə işdən çıxarılması barədə tapşırıq verib.Qəribədir ki, bu imperativ tapşırığın yerinə yetirilməsi Xidmət rəisi UmayraTağıyeva tərəfindən yubadılır. Amma yox, qəribə deyil. Yenə də yuxarıda qeyd etdiyimiz kimi, UmayraTağıyevanın həyat yoldaşı, 14 saylı Bakı şəhər xəstəxanasının baş həkimi Soltan doktor Nail Nəsibovun anasının işlədiyi tibb müəssisəsinə rəhbərlik etdiyindən, Nazirliyin nüfuzu iki ailənin dostluq münasibətlərinə qurban verilir.

Əksinə, U.Tağıyeva N.Nəsibovun nazir qarşısında düşən nüfuzunu qaldırmaq üçün necə deyərlər, “dəridən-qabıqdan”çıxır. Məlumata görə, MHX-nin direktoru U.Tağıyeva Xidmətin 12 nəfər əməkdaşına guya martın 20-24-ündə kurslarda müvəffəq iştirak etdiklərinə görə martn 12-də (?) sertifikat verib. Sertifikatı laureatlara amerikalı ekoloq təqdim edib. Başa çatmazdan 12 gün qabaq mükafatlandırma mərasimi keçirilən kurslara görə sertifikat verilən işçilərdən biri də həmin “bizim” bu Nail Nəsibov olub. 

1617742105 ygi

Digər məlumata görə, cənab nazirin şəxsən özünün iştirakı ilə Şamaxıda keçirilən müasir tipli DOPPLER radiometeoroloji lokatorun açılış mərasimində U.Tağıyeva canfəşanlıqla çalışıb ki, Nəsibovu nazirlə təmasda olan əməkdaşların ön cərgəsində təqdim etsin. Lakin direktorun bu cəhdi gözlədiyi nəticəni verməyib – nazir narkomanın əlini sıxmayıb. Etibarlı mənbə bildirir ki, aprelin 10-da Nəsibovun Nazirliklə əməkdaşlıq müqaviləsinin vaxtı bitir və qərara alınıb ki, onunla müqavilə təzələnməsin. Ümid edirik ki, U.Tağıyeva bu dəfə hörmətli naziri qəti qərarından döndərə bilməyəcək.

P.S. Redaksiyamıza məlumat verən mənbə onu da vurğulayır ki, Nail Nəsibovu nazirlikdə qoruyan ikinci görünməyən əl var ki, işçilərə onun adı ilə hədə qorxu gəlinib təzyiq göstərilir. Mənbə həmin şəxsin adını da açıqlayıb. Jurnalist araşdırması apardığımız üçün hələlik həmin adamın adının çəkilməsini məqsədəuyğun hesab etmirik. Mənbə onu da bildirir ki, əgər cənab Nazir gələcəkdə bu özbaşınalığa qarşı ciddi bir tədbir görməsə daha geniş açıqlama verəcəyik.

Hər dəfə məqalə dərc olunmazdanan əvvəl, başda ETSN olmaqla aidiyyatı qurumlara sorğu məktubu göndərsəkdə, hətda məcbur olub cənab nazir Muxtar Babayevin mobil telefonuna votsap vasitəsilə sual ünvanlayıb məlumatlandırsaq da, hələlik heç bir təşkilatdan cavab ala bilməmişik. Ancaq bunlara baxmayaraq yuxarıda adları keçən hər bir şəxsin mövqeyini də dərc etməyə hazırıq.

Mövzuya yenidən qayıdacağıq  

Heqiqet carcisi.az

Əlaqəli xəbərlər