Yaxın vaxtlarda Ermənistanla böyük sülh müqaviləsi imzalana bilər? - Fazil Mustafa AÇIQLADI

bandicam 2021 08 04 20 40 25 513

“Ermənistanla Azərbaycan arasında böyük sülh müqaviləsinin imzalanmasını yaxın vaxtlarda gözləməyə dəyməz. Çünki hələ bir sıra məsələlərə aydınlıq gəlməlidir”.

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa deyib. Deputatın fikrincə, Azərbaycan tərəfi üçün bütün məsələlər aydındır, Ermənistan tərəfi üçün də bəzi məsələlər aydınlığa qovuşmalıdır:

“Onlar bəyan etməlidirlər ki, hansı istiqamətdə hazırdırlar. Ermənilər hələ də aqressiv addımlar atmağa davam edirlər. Tez-tez atəşkəsi pozurlar. Burada Rusiyanın da mövqeyi aydın və birmənalı şəkildə izah olunmalıdır. Bütün bunlar öz həllini tapdıqdan sonra böyük sülh müqaviləsinin imzalanmasına gedilə bilər. Amma yaxın zamanlarda güman etmirəm ki, onlar bu addımı atsınlar. Çünki Ermənistan rəhbərliyi ictimai rəyi hələ ki, yetərincə hazırlaya bilməyiblər”.

BQP sədri ermənilərin tez-tez atəşkəsi pozması fonunda Azərbaycan tərəfinin Qarabağ bölgəsində anti-terror əməliyyatlarına başlama ehtimalından da danışıb:

“Əlbəttə, Azərbaycan onsuz da istənilən an anti-terror əməliyyatlarına başlaya bilər. Bu mümkündür. Çünki düşmənin bu istiqamətdəki addımları Azərbaycan üçün narahatlıq yaradır. Bu da nəzərdə tutulan bəyanatın müddəalarının pozulmasıdır. Ona görə də bu istiqamətdə problemlər hələ də qalmaqdadır. Ermənistan doğrudan da öz aqressiv kursundan əl çəkməsə, Azərbaycan da bu problemlərin həlli istiqamətində öz qətiyyətli addımlarını ata bilər. Bu, böyük sülhə məcburetmədir. Azərbaycan ona doğru mütləq bir addım atacaq”.

 

araz.az xəbər portalı.

Əlaqəli xəbərlər