DTX-nın həbs etdiyi icra başçısına hökm oxundu - 9 İL

big 1628112172 hkm

Dövlət Təhülkəzislik Xidməti tərəfindən həbs olunmuş sabiq icra baçısı və müavininə hökm oxunub. 

 

araz.az xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 02.08.2021-ci il tarixli hökmü ilə Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq başçısı Nizaməddin Quliyev 9 il,  onun müanini Ramiz Tatarov isə 8 il 6 ay müddətində azadlıqdan məhrum ediliblər.

Həmçinin məhkəmə cinayət yolu ilə əldə edilmiş vəsaitlərə görə, istintaqla üzərinə həbs qoyulmuş əmlakların dövlətin xeyrinə xüsusi müsadirə olunması barədə qərar qəbul edib.

Nizaməddin Quliyev və Ramiz Tatarov barəsində MƏHKƏMƏ QƏRARI – Yenicag.Az

Məlumat məhkəmə sistemi tərəfindən təsdiqlənib.

Qeyd edək ki, külli miqdarda rüşvət almaqda ittiham olunan Nizaməddin Quliyev və müavini Ramiz Tatarov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən 2019-cu ilin dekabrında həbs ediliblər.

 

araz.az xəbər portalı.

Əlaqəli xəbərlər